Dəyişən dünya, Bakı və enerji
11.08.2012 [14:39]
Keçdiyimiz günlərdə Azərbaycanın paytaxtı Bakıda təşkil edilən “Dəyişən dünya və enerji” başlıqlı paneldə Prezident İlham Əliyev dünyanın müxtəlif bölgələrindən gələn minə yaxın iştirakçıya Bakını anladarkən bu tarixi şəhərin çirkli bir neft şəhəri olmadığını söylədi.
Bakı, sadəcə bir neft şəhəri olaraq anılarsa şübhəsiz ki, o zaman Qafqazın və Xəzər sahillərinin bu ən böyük şəhərinə qarşı böyük bir haqsızlıq edilmiş olar. Görəsən, gün batdıqdan sonra bu qədər işıl-işıl parıldayan bir başqa yer varmı?
Bakıya bir axşam vaxtı təpədən baxınca “İşıqlar şəhəri Bakı” deməkdən özünüzü saxlaya bilməzsiniz. İşıq şüalarının Xəzər dənizindəki əksi isə şəhərə ayrı bir gözəllik qatır... Və eyni parlaqlıq sanki gənclərin gözlərinə də yansıyıb.
Azərbaycan gənclərin baxışlarında tərifi mümkün olmayan bir istilik və ümidlə qarışıq bir coşqu var. “Şəhərimiz çox yaxşıdır, amma daha da yaxşı olacaq!” deyən kimidir, o baxışlar... Sənət və mədəniyyət həyatlarının bir parçasıdır... Bakı şairləri, bəstəkarları, opera sənətçiləri, rəqqasları ilə bir sənət və mədəniyyət şəhəridir.
“Müstəqilliyimizi qazandığımız zaman o dövrdə müstəqilliyini qazanan ölkələr arasında ən kasıbı biz idik” deyir, çıxışında, Azərbaycanın dövlət başçısı İlham Əliyev. Beş il öncəki Bakı ilə indiki Bakının çox fərqli olduğunu söyləyir. Sabitliyin təmin olunduğunu və dünyanın ən etibarlı ölkələrindən biri halına gəldiklərini qürurla vurğulayır. Gürcüstanın dövlət başçısı isə paneldəki çıxışına “Tez-tez Bakıya gəlirəm və hər səfərimdə inanılmaz bir fərqlilik, bir inkişaf və gözəllik görürəm”, - deyə başlayır.
Heç şübhəsiz, neft və qazın gətirdiyi zənginliyin bu sürətli inkişafdakı payı danılmazdır; lakin bu uğuru sırf maliyyə imkanına bağlamaq da haqsızlıq olar. “Yaxşı bir iqtisadi sistem yaratmaq arzusundayıq. çünki biz sırf neftə əsaslanan bir iqtisadiyyat istəmirik. Neft qiymətlərindəki qalxma və enməyə bağlı olan bir iqtisadiyyatın zəif və qeyri-sabit olacağını bilirik”, - deyə Prezident İlham Əliyev çıxışını davam etdirir.
Geniş küçələr, yaşıl parklar, estetik memarlıq və şəhərin formasına uyğun yeni inşaatlar modern şəhərçilik anlayışından xəbər verir. Amma bu zaman şəhər sakinlərinə göstərilən sayğının da önəmi böyükdür. Adətən, Bakı maddi gücün şəhərçilik qaydaları ilə birləşdiyi zaman necə gözəl bir şəhərin yaradıla biləcəyinə nümunə təşkil edr. Heydər Əliyev Mərkəzi isə dünyada məşhur iraqlı Zaha Hadidin bir əsəridir. Tədbirə ev sahibliyi edən bu görkəmli bina şəhərə xüsusi bir ab-hava verir.
Qədim şəhər ayrı bir gözəllikdir. “İçərişəhər” deyirlər azərilər... Bizim Lefkoşamızın “Surlar İçi” kimi İçərişəhər də daş divarlarla əhatə olunub. İçərişəhərin qapıları var və şəhərə ordan girirlər...
Sarı daş memarlığı, qədim binaları, dar küçələri, daşlı yolları heç də bizlərə yabançı deyil... Lefkoşadakı Böyük Xanın bənzəri olan bir çox kiçik xan görürük. “Karvansara” deyilir, bu qədim tikililərə. Ortadakı boş sahələr restoran kimi fəaliyyət göstərir. Böyük bir çətirlə də üstü örtülüb. Bu şəkildə bütün hava şərtlərində xidmət göstərə bilməsi nəzərə alınıb. UNESCO ilə əməkdaşlıq nəticəsində təşkil edilən “Qadın hüquqları və İnsan hüquqları” başlıqlı panelə dəvət olan qadın qonaqlarını xanım Mehriban Əliyeva bu tarixi və mədəni məkanda qəbul edir.
ölkəmizdən uzaq bir ölkədə öz dilimizlə danışaraq anlaşa bilmək fərqli və gözəl bir duyğudur... Xüsusilə Azərbaycan dilinin Kipr türk dili ilə bənzərliyindən təsirlənməmək mümkün deyil. Hardasa unutduğumuz bir çox sözləri onların gündəlik danışıqlarında eşitmək fərqli duyğulara qərq edir bizi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ortaq duyğularımızı “Bizim kökümüz birdir”- deyə dəyərləndirir.
Dağlıq Qarabağın işğal altında olması, bir milyon azərbaycanlının məcburi köçkün və qaçqın həyatı yaşaması Azərbaycan xalqının ən böyük yarası və üsyanı. “Toraqlarımızın 20 faizi işğal altındadır və təəssüflər olsun ki, bütün dünya da buna seyrçi mövqedən yanaşır” deyərək etirazını dilə gətirir Prezident İlham Əliyev. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal yerinə yetirilməsini istəyir.
Dəyişən dünya və qloballaşma ilə birlikdə ölkələr arasındakı əlaqələr və problemlər də fərqli bir mənzərə yaradır. Bir tərəfdən enerjiyə olan ehtiyac artarkən, digər tərəfdən, enerji mənbələrinin yetərsizliyi insanlıq üçün böyük bir təhlükə təşkil etməkdədir... Mövcud enerji mənbələri də nə yazıq ki, toplumların səadətinə və sülhə xidmət etmək əvəzinə, bir çox hallarda gərginliyə və müharibəyə səbəb olmaqdadır.
“Enerji siyasi təzyiq və güc vasitəsi olaraq istifadə edilməməlidir...” deyən Azərbaycanın dövlət başçısının səsi salonda geniş əks-səda doğurur... Bu sözlərin dərin mənası bir daha beyinlərimizdə və ürəklərimizdə öz yerini alır, gözəl şəhər Bakıya “xoşca qal” deyərkən...
06.07.2012
“Yenidüzən” qəzeti
Sibel Siber
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49

