Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi açılıb
23.08.2012 [02:10]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın adından iftar süfrəsi açılıb və Azərbaycan Respublikası Günü keçirilib.
Azərbaycan diasporunun nümayəndələrinin, gənclərin, müxtəlif xalqların təmsilçilərinin iştirakı ilə təşkil olunmuş gecənin əvvəlində “İxlas” Fondunun sədri Anas Məmmədov müqəddəs Ramazan ayının əhəmiyyətindən və oruc tutmağın faydasından danışıb. Müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, axşam namazı qılınıb. Sonra həmvətənlərimiz və Moskva müsəlmanları iftar açıb, Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova bildirib ki, artıq bir neçə ildir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan bu layihədə iştirak edir. Fondun əməkdaşı deyib: “Ənənəyə görə, Leyla xanım Əliyevanın təşəbbüsü ilə müqəddəs Ramazan ayının müəyyən günü iftar süfrəsi açılır. Həmin gün oruc tutanlar Azərbaycan mətbəxinin ləziz nümunələrindən dadmaqla yanaşı, milli musiqimizi dinləyir, şeirlər oxuyurlar. Bu gün də iftar süfrəsinə gələnlər “Ramazan çadırı” qarşısında açılmış “Azərbaycan” sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycanın foto ustalarının çəkdiyi və Bakının füsunkar mənzərələrinin, Azərbaycanın görməli yerlərinin əks olunduğu fotoşəkillər, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunmuş çap məhsulları nümayiş etdirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Azərbaycan haqqında videoçarx da xüsusi maraq doğurub”.
Qeyd edək ki, iftar süfrəsi 600 nəfər üçün nəzərdə tutulub.
Tədbirdə iştirak edən azərbaycanlı gənclər və qonaqlar dindarlara göstərdiyi diqqət və qayğıya, xalqımızın dini adətlərinə ehtiramla yanaşdığına görə Leyla xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Həmvətənlərimiz bayram süfrəsinin açılmasını milli adət və ənənələrimizə qayğı kimi qiymətləndiriblər.
Azərbaycan Respublikası Günündə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Rusiya Müftilər Şurasının və Moskva hökumətinin nümayəndələri, milliyətindən və dinindən asılı olmayaraq müxtəlif qonaqlar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxElanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11

