Qərbin meydan şousu...
17.05.2024 [10:45]
Avropa İttifaqına üzv ölkələrin nazirlərinin Tbilisiyə səfəri vəziyyəti daha da gərginləşdirməyə yönəlib
Gürcüstanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Buna səbəb ölkə parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul olunmasıdır. Müxalifətin etirazlarına rəğmən qanun layihəsi üçüncü oxunuşda da qəbul olunub. Lakin Prezident Zurabaşvili sənədə veto qoyacağını bəyan edib.
Mövcud gərginliklər fonunda Gürcüstana Avropa İttifaqına üzv olan dörd ölkənin xarici işlər nazirlərinin səfəri daxili ziddiyyətləri daha da artırıb. Belə ki, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis, Estoniyanın xarici işlər naziri Marqus Canka, İslandiyanın XİN başçısı Thordis Gilfadotri və Latviyanın xarici işlər naziri Baiba Braze mayın 15-də Tbilisiyə səfər ediblər. Nazirlər açıq-aşkar gürcü müxalifətinə dəstək nümayiş etdiriblər. Məsələn Estoniyanın xarici işlər naziri Marqus Canka X paylaşımında bildirib: “Biz Gürcüstana endik. Çətin dövrlərdə siz öz dostlarınıza etibar edə bilərsiniz”. Litvanın xarici işlər naziri Qabrielius Landsbergis isə paylaşımında Tbilisidə demokratiya və azadlıq uğrunda mübarizə aparıldığını qeyd edib: “Demokratiya, azadlıq və Avropanın gələcəyi uğrunda daha bir döyüşün baş verdiyi Tbilisiyə endim”.
Hakim partiya: Nazirlərin səfərində məqsəd radikalizmi və ölkənin daxili işlərinə əsassız müdaxiləni artırmaqdır
Nazirlərin bu səfərindən iki gün öncə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının yaydığı bəyanat yayaraq bildirmişdi ki, Avropa İttifaqına üzv olan dörd ölkənin xarici işlər nazirlərinin Gürcüstana səfərində məqsəd radikalizmi və ölkənin daxili işlərinə əsassız müdaxiləni artırmaqdır. “Hesab edirik ki, hökumət bu siyasətçilərin ölkəyə daxil olub-olmamasını müzakirə etməlidir. Onlar rəsmi şəkildə bildirdilər ki, ölkəyə səfərlərinin məqsədi Gürcüstanın “Qərb kursunu” dəstəkləməkdir. Əslində, hamı yaxşı bilir ki, bu insanlar açıq şəkildə Milli Hərəkatı dəstəkləyir və Gürcüstan hökumətinə qarşı hücuma keçiblər. Bunu təsdiqləyən çoxlu fakt var”, - deyə bəyanatda vurğulanırdı.
Lakin hökumət konstruktivlik nümayiş etdirərək nazirlərin səfərinə əngəl törətmədi. Qeyd edək ki, Gürcüstana səfər çərçivəsində dörd ölkənin xarici işlər nazirlikləri Prezident Salome Zurabişvili, Baş nazir İrakli Kobaxidze, eləcə də parlamentin sədri Şalva Papuaşvili, müxalifət və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüblər.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri ilə görüşdə rəsmi Tbilisinin Avropaya inteqrasiya prosesinə və bu yolda ölkənin əldə etdiyi irəliləyişlərə toxunulub. Aİ-yə namizəd ölkə statusu verildikdən sonra Gürcüstan üçün üzvlük danışıqlarının başlanmasının vacibliyi vurğulanıb. Baş nazir bildirib ki, Gürcüstan istər demokratiya, istər qanunun aliliyi, istər insan hüquqları, istərsə də iqtisadi inkişaf tempi kimi bütün sahələrdə namizəd ölkələr arasında liderdir və buna Avropa İttifaqı müvafiq addımlarla cavab verməlidir.
“4 nazirin müxalifətin mitinqlərinə qoşulması dostluq deyil”
Görüşdə “Xarici təsirin şəffaflığı haqqında” qanun diqqət mərkəzində olub. Hökumət və aidiyyəti media qurumları hökumətin hələ də qanunla bağlı əsaslı rəyləri dinləməyə və müzakirələr nəticəsində veto proseduru çərçivəsində hüquqi iradları qanunda əks etdirməyə hazır olduğunu vurğulayıb.
Bütün bunların fonunda ölkədə səfərdə olan həmin nazirlər müxalifətin keçirdiyi etiraz aksiyasına qoşulublar. Parlamentə yürüşdə onlar da təmsil olunublar. Avropalı siyasətçilərin Rustaveli prospektində görünməsi etirazçılar tərəfindən alqışlarla qarşılanıb. “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze isə nazairlərin yürüş-mitinqə qoşulmasına münasibət bildirərkən “Bu dostluq deyil, düşmənçilikdir, ölkədə qütbləşməni qızışdırmaq cəhdidir” deyib. “Xarici işlər nazirimizin, belə demək mümkünsə, digər ölkəyə gedib müxalifətin mitinqində çıxış etməsini necə təsəvvür edirsiniz? Bu necə münasibətdir? Bu, həqiqətənmi dostluqdur?”, - deyə Kaladze vurğulayb.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel problemə səbəb olmuş qanunun qəbulu ilə bağlı Prezident Salome Zurabişvili və Baş nazir İrakli Kobaxidze ilə telefonla məsləhətləşmələr aparıb. Mişel Gürcüstanda qütbləşmənin aradan qaldırılmasında Zurabişvilinin “xüsusi rolunu” vurğulayıb və ona bu istiqamətdə göstərdiyi bütün səylərə görə təşəkkür edib. Eyni zamanda o, Kobaxidzeni siyasi təlatümlərdən çıxış yollarının axtarışını davam etdirməyə çağırıb.
Politoloq: Gürcüstanda baş verənlər ölkənin milli təhlükəsizliyinin qorunması məsələsidir
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, hazırda Gürcüstanda baş verənlər ölkənin milli təhlükəsizliyinin qorunması məsələsidir. Ayrı-ayrı QHT-lərin, media qurumlarının vasitəsilə Tbilisidə hökuməti təzyiq və təsir altında saxlamaq istəyən Qərb dairələrini Gürcüstanın üzləşə biləcəyi risklər deyil, özlərinin şəxsi mənafeləri maraqlandırır. 2004-cü ildən sonra Gürcüstanda kök salan Qərb dövlətləri və təşkilatları bu gün hökumətə “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini qəbul etməyə mane olurlar, hökuməti şantaj, təhdid edirlər. Avropa İttifaqına üzv olan 4 ölkənin XİN başçısının Tbilisiyə səfəri də təxribat məqsədi daşıyır.
İrakli Kobaxidze hökumətinin öz mövqeyində haqlı olduğunu bildirən politoloq deyib: “Çirkli pulların, qeyri-şəffaf qrantların axdığı Gürcüstanda qaranlıq, təhlükəli layihələr həyata keçirilir. Hər bir hökumətin haqqı var ki, ölkəyə daxil olan vəsaitlərin mənbəyi və məqsədləri barədə məlumatlara malik olsun. Amma Gürcüstandakı xarici fondlar, QHT-lər, media resursları böyük maliyyə tutumlu layihələrlə bağlı hökumətə, ictimaiyyətə heç bir hesabat vermirlər. Bu da İ.Kobaxidze hökumətini narahat edir. Hakimiyyətdə olan iqtidar yaxşı başa düşür ki, Qərb Gürcüstanda olduğu kimi Ukraynada da həyata keçirdiyi inqilablardan sonra hər iki ölkə öz torpaqlarını itirdilər. 2004-cü ildə Gürcüstanda hakimiyyətə gətirilmiş Mixail Saakaşviliyə yalan vədlər verildi, ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləndi. M.Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmadı. Gürcüstan xalqı və siyasətçiləri Qərbin bu cür qorxaq və riyakar siyasətini yaxşı xatırladıqları üçün yenidən şirin vədlərə inanıb aldanmaq istəmirlər”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

