Bakıda “COMMONIST” müasir incəsənət sərgisi açılıb
22.09.2012 [15:27]
Dünən “YARAT!” Müasir İncəsənət Məkanında “COMMONIST” layihəsi çərçivəsində multikulturalizm mövzusuna həsr olunmuş sərgi açılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.
AzərTAc xəbər verir ki, sərgidə həyəcanlandırıcı mövzuya tamamilə müxtəlif baxışlarını əks etdirən 19 rəssamın işi nümayiş olunur. Layihənin “COMMONIST” adı hər hansı siyasidən çox, daha geniş, universal mənaya çağırışdır. “COMMONIST” sağ və ya sol baxışlara malik vətəndaş deyil, insan birgə yaşayışının dəyişən qaydaları ilə barışmaq məcburiyyətində olan vətəndaşdır. O, öz mülahizələrində ümumbəşəri dəyərləri rəhbər tutur.
Multikulturalizm yeni və çox sürətlə inkişaf edən hadisə kimi açıq həyəcandan və inadkar imtinadan tutmuş utancaq ümidə qədər son dərəcə ziddiyyətli reaksiyaya səbəb olur.
Multikulturalizmə siyasətçilər, sosioloqlar, filosoflar və yazıçılar tərəfindən yüzlərlə təriflər verilmişdir. “YARAT!” Müasir İncəsənət Məkanı hər kəsə təsir edən böyük və birmənalı olmayan fenomenin bədii interpretasiyasını təqdim edir. Müəlliflərin hər biri multikulturalizmə öz şəxsi tərifini - bəzən müsbət və ya mənfi, lakin əksər halda böyük sual işarəsini təklif edirlər.
Tədbirdə “YARAT!” qeyri-kommersiya təşkilatının təsisçisi Aida Mahmudova çıxış edərək layihə barədə məlumat verib. O, Azərbaycanın müasir incəsənətinin gözəl gələcəyinə inamını ifadə edib. Aida Mahmudova sərginin Sitarə İbrahimova və İsfar Sarabskinin birgə hazırladıqları “Hüdud” video musiqi performansı ilə açıldığını nəzərə çatdırıb.
Sərgi ilə yaxından tanış olan Mehriban xanım Əliyevaya buradakı bənzərsiz sənət nümunələri haqqında ətraflı məlumat verilib. Layihənin iştirakçıları həm gənclər, həm də artıq tanınmış rəssamlardan ibarətdir: Afət Bağırova, Aida Mahmudova, Əli Həsənov, Cemma Səttar, Faiq Əhməd, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, İlkin Hüseynov, Leyla Əliyeva, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Niyaz Nəcəfov, Orxan Hüseynov, Pərviz Cəfərov, Rəşad Babayev, Sitarə İbrahimova, Tərlan Qorçu, Vüsal Rəhim.
2011-ci ildə Aida Mahmudova tərəfindən əsası qoyulmuş “YARAT!” müasir Azərbaycan incəsənətinin təbliği və inkişafı ilə məşğuldur. “YARAT!”ın qarşısına qoyduğu məqsəd və tapşırıqlar həm rəssamlığa yenicə başlayan, həm də formalaşmış rəssamlar üçün professional yaradıcılıq platformasının yaradılmasından ibarətdir.
Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, tanınmış sənət adamlarının, ziyalıların iştirak etdiyi sərgi böyük maraq doğurub.
Sonda bütün tədbir iştirakçılarına minnətdarlığını bildirən “YARAT!” qeyri-kommersiya təşkilatının təsisçisi Aida Mahmudova üzərində rəhbərlik etdiyi təşkilatın adı yazılmış tortu kəsib.
Sərgi oktyabrın 22-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19

