Qərbsayağı “sülh ismarıcı”
26.07.2024 [10:50]
Ermənistanın sürətlə hərbiləşdirilməsi ABŞ-ın sülh çağırışları ilə tərs mütənasibdir
Ermənistan hakimiyyətinin Qərbin himayəsi altına sığınması artıq hərbi kontekstdə də özünü qabarıq göstərməkdədir. Rusiyanın təşəbbüsü ilə yaradılmış KTMT-nin üzvü olan Ermənistan nə qədər paradoksal olsa da, əks qütbün təmsilçiləri ilə hərbi əməkdaşlığı gücləndirir. ABŞ və Ermənistanın birgə hərbi təlim keçirməsi bu baxımdan, diqqəti cəlb edir. Belə ki, 15-24 iyul tarixlərində Ermənistanda “Eagle Partner 2024” kod adlı ABŞ-Ermənistan birgə təlimləri baş tutub. Rəsmi məlumata görə, təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, idarəetmə və kommunikasiya sahəsində təcrübə mübadiləsi və Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır. Birgə hərbi təlimləri ABŞ-ın Ermənistandakı səfiri də izləyib. İyulun 24-də isə təlimin rəsmi bağlanış mərasimi keçirilib.
ABŞ Ermənistanda hərbi mövcudluğunu gücləndirir
Xatırladaq ki, bu, Ermənistanla ABŞ arasında ilk belə hərbi təlim deyil. Ötən ilin sentyabrında da “Eagle Partner 2023” kod adlı ABŞ-Ermənistan birgə təlimləri keçirilmişdi. Erməni hərbi ekspert Leonid Nersisyan hesab edir ki, Ermənistanda keçirilən birgə hərbi təlimlər yalnız başlanğıcdır: “Ən əsası odur ki, ABŞ əvvəllər Ermənistan ərazisində hərbi təlimlər keçirməyib. Bu, çox ciddi addımdır”. Onun sözlərinə görə, hazırda Ermənistan ordusunun daha ciddi hərbi təlimlərə, məsələn, quru qoşunlarının təlimlərinə ehtiyacı var: “Söhbət təkcə hərbi təlimlər və ABŞ-la hərbi sahədə əməkdaşlıqdan getmir. Məsələn, artıq Amerika ordusunun nümayəndəsinin Ermənistanın Müdafiə Nazirliyində işləməsi ilə bağlı qərar var ki, bunu da çox mühüm sayıram”. ABŞ Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya isə “Hetq” nəşrinə müsahibəsində ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağını təsdiqləyib. Bir müddət əvvəl ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn də bildirmişdi ki, ABŞ və Ermənistan təhlükəsizlik və müdafiə məsələləri üzrə “çox aktiv və mənalı” müzakirələr aparır. O, həmçinin qeyd edib ki, ABŞ Ermənistan Müdafiə Nazirliyinə müşavir təyin etmək niyyətindədir.
Parisdən ermənilərə neokolonializm hədiyyəsi
Eyni zamanda, Fransa da Ermənistanı fəal şəkildə silahlandırır. Bu ölkə də Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır. Bundan əlavə, Fransa Ermənistanda kök salmaqla neokolonializm siyasətini Cənubi Qafqaza da ixrac etmək məqsədi güdür. Yəni Paris erməniləri də öz koloniyasına daxil etmək və onlardan öz məqsədləri üçün istifadə etməyi hədəfləyib. Ermənistanın Beynəlxalq Frankofoniya Təşkilatına üzv qəbul olunması da prosesin ilk addımı hesab oluna bilər. Fransa ilə yanaşı, Hindistan da Ermənistana silah satışını davam etdirir. Təsadüfi deyil ki, Ermənistan ordusunun hərbi qulluqçuları ABŞ-la birgə təlimlər zamanı Hindistan istehsalı olan dəbilqəyə quraşdırılan termal görüntülü monokulyardan istifadə ediblər. Hindistanın “Tonbo Imaging” şirkətinin istehsalı olan bu avadanlıqlar Ermənistan ordusunda əvvəllər mövcud olmayıb. Hazırda isə Ermənistandan başqa Hindistan ordusu da “Spartan-SH” adlanan bu monokulyardan məhdud sayda əldə edib.
Xəyanətkar Paşinyan üçün fürsət
Ümumiyyətlə, məsələnin görünməyən tərəfi bütün region üçün narahatlıq doğuran perspektivlərlə bağlıdır. Burada bir sıra məqamlara diqqət yetirmək lazım gəlir. Məğlub Ermənistanda baş qaldıran revanşizmin birgə hərbi təlimlərin baş tutmasına səbəb olan əsas amillərdən biri kimi qeyd edə bilərik. Sülh prosesinin müəyyən qədər irəlilədiyi bir ərəfədə Ermənistanda revanşizm mövqeyindən çıxış edən qüvvələr fəallıqlarını artırıblar. Paralel şəkildə bu ölkədə hakimiyyətin də mövqeyinin sürüşkən olduğu sezilir. İkinci məqam xəyanətkar xislətli Ermənistanın Rusiyadan qopmaq, Qərbə yaxınlaşmaq istəyini özündə ehtiva edir. İndiyədək Ermənistan Rusiyadan hərtərəfli şəkildə asılı olub. Bu ölkə mövcudluğuna görə məhz Rusiyaya borcludur. Bəs, Ermənistanın minnətdarlığı nədən ibarətdir? - Xəyanətdən. Deyə bilərik ki, bu ölkədə siyasi oriyentasiyanın dəyişməsi dövlət siyasəti səviyyəsinə yüksəldilib. Hazırda məlum səbəblərdən Rusiyanın başı müharibəyə qarışıb. Ermənistan isə öz ənənəvi xislətinə uyğun olaraq tabeçilik ünvanını dəyişməyə, hazırda ona istədiyi qədər yardım, dəstək göstərməyən Rusiyadan qopmağa cəhdlər edir. Eyni zamanda, hazırda N.Paşinyan Rusiyanı öz hakimiyyəti üçün ən böyük təhlükə sayır.
Üçüncü mühüm məqam isə Ermənistanın istəyi ilə Qərbin Cənubi Qafqaz siyasətinin üst-üstə düşməsi ilə bağlıdır. Cənubi Qafqazda Rusiyanı əvəzləmək və burada möhkəmlənmək Qərbin çoxdankı planlarına daxildir. Qərb dairələri Rusiyanın geostrateji mövqeyinin çətinləşdiyi, həmçinin N.Paşinyan iqtidarının sürüşkənliyi fonunda əzəli planlarının reallaşdırılması üçün ən uyğun zaman yetişdiyini düşünür.
Lakin Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Eyni zamanda, həmin şərtlərə əməl etməklə münasibətlər qurulmalı və bu istiqamətdə təhlükə yaradan çağırışlar aradan qaldırılmalıdır. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir. Əks halda, revanşizmin artması, silahlanmanın davam etməsi Ermənistanın özü üçün ciddi problemlər yaradacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

