Zəngəzurda kəsişən maraqlar...
27.07.2024 [10:20]
ABŞ niyə fəallaşıb?
Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması beynəlxalq birliyin diqqət mərkəzindədir. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması üçün Azərbaycanla Ermənistan üçün sülh müqaviləsinin imzalanması vacibdir. Azərbaycan dövləti regionun gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib. Uzun müddətdir ki, tərəflər sülh sazişi layihəsini müzakirə edir. Sonuncu dəfə bununla bağlı xarici işlər nazirləri arasında görüş 10-11 may tarixlərində Qazaxıstanın Almatı şəhərində gerçəkləşib.
İki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı bəzi böyük dövlətlər vasitəçilik təşəbbüsü ilə çıxış ediblər. ABŞ da belə təşəbbüslər irəli sürən dövlətlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi layihəsinin müzakirəsi ilə bağlı üç görüşü ABŞ-da baş tutub. Həmçinin, iyulun 10-da Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Rəsmi məlumata görə, görüşdə tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar. Bundan əlavə, ABŞ rəsmiləri mütəmadi olaraq, Azərbaycana və Ermənistana səfərlər edir, münasibətlərin normallaşdırılması üçün müxtəlif təkliflər verirlər.
Lui Bono İrəvana niyə gəlmişdi?
Yeri gəlmişkən, qeyd edək ki, iyulun 25-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanda səfərdə olub. O, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib. Erməni tərəfinin məlumatına görə, görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi və son hadisələr müzakirə olunub. Bu səfərdən sonra ABŞ-ın Ermənistandakı səfirliyinin sosial şəbəkə hesabında belə bir paylaşım oedilib: “Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının vaxtı çatıb”. “Sputnik Armenia” diplomatik missiyanın bu qənaətə Dövlət Departamentinin Qafqaz danışıqları üzrə müşaviri Lui Bono və ABŞ səfiri Kristina Kuinnin Ermənistanın yüksək vəzifəli rəsmiləri ilə görüşlərindən sonra gəldiyini iddia edib. Səfirliyin paylaşımında onların İrəvan və Bakı arasında davamlı və ləyaqətli sülhün yaradılması istiqamətində işi müzakirə etdikləri də qeyd olunub.
Rusiya və ABŞ-ın vasitəçilik təklifləri
Diqqəti cəlb edən məqamlardan biri Lui Bonun Ermənistana səfərinin Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Moskvanın “Bakı və İrəvan nümayəndələrini danışıqlar üçün platforma ilə təmin etməyə və onlar üçün ən rahat şərait yaratmağa hazır” olması haqda bəyanatından bir gün sonraya təsadüf etməsidir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Rusiya tərəfinin bu mövqeyinə çox çevik cavab verib: “Azərbaycan Rusiyada və başqa yerlərdə Ermənistanla danışıqlara həmişə hazır olub”.
Keçmiş baş nazir: Bizi tam təslim etmək istəyirlər
Ermənistan isə rəsmi Moskvanın bu təklifinə cavab verməyib. Nə Xarici İşlər Nazirliyindən, nə də hökumətdən cavab yoxdur. “Niyə?” sualına 1992-1993-cü illərdə Ermənistanın baş naziri olmuş Xosrov Arutyunyan belə cavablandırıb: “Ermənistanın hazırkı hökuməti Rusiyanın istənilən təklifini, Ermənistan-Azərbaycan məsələsinin həlli üçün platformanın verilməsini rədd edir. Azərbaycan isə dərhal reaksiya verir və Rusiyanın qlobal geosiyasi proseslərdə rolunu çox yaxşı bilir və fürsəti əldən vermir”. Onun sözlərinə görə, hətta Qərb blokunun nümayəndələri də bu gün açıq şəkildə deyirlər ki, Ukrayna müharibəsi sona çatır. “Yeri gəlmişkən, Ukrayna Prezidenti Zelenski Rusiya ilə danışıqlar aparmağı qadağan edən qanun qəbul etmişdi. Amma görünən odur ki, o, indi danışıqlara getməyə hazırlaşır ki, bu da Rusiyanın mövqelərini xeyli gücləndirəcək. Artıq hamı bütün Qərbin Rusiyanı strateji cəhətdən məğlub etmək planının iflasa uğradığını bəyan edir. İndi hər kəs Ukrayna münaqişəsini aktiv hərbi əməliyyatlar olmadan həll etməyin mümkün olub-olmayacağı ilə maraqlanır. Azərbaycan prosesləri dəqiq analiz edir. Bütün bunların fonuna indi ABŞ Ermənistana sülh təklif edir. Həmin təkliflər güzəştləri nəzərdə tutur. Məqsəd pantürkist planın həyata keçirilməsidir. ABŞ Ermənistana sülh təklif edir, amma sual budur ki, nəyin hesabına? Mən belə başa düşürəm ki, bizi tam təslim etmək istəyirlər. Çünki Ermənistan bütün strateji mövqelərini əvvəllər Qarabağdan danışan Azərbaycana veribsə, indi Ermənistandan danışırsa və bu şərtlər altında sülh müqaviləsi imzalamaq niyyətindədirlərsə, bu o deməkdir ki, Ermənistanın strateji mövqeləri tam əldən gedəcək. Əslində bu, növbəti kapitulyasiyadır”, - deyə keçmiş baş nazir vurğulayıb.
ABŞ Ermənistandan güzəşt tələb edir
Bəs ABŞ-ın “tərəflər güzəştə getməlidir” mesajı kimə ünvanlanıb? Təbii ki, bu mesajın əsas ünvanı Ermənistandır. Məlumdur ki, sülh üçün ən böyük maneələrdən biri Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, xüsusilə Zəngəzur dəhlizinin açılmasına əngəl olmasıdır. Vaşinqton isə bu dəhlizin açıqlmasında maraqlıdır. İyunun 28-də ölkəmizdə səfərdə olarkən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn regionda kommunikasiyaların açılmasının önəmini vurğulamışdı. Amerikalı diplomat keçirdiyi brifinqdə Orta Dəhlizin bütövlükdə region üçün çox vacib bir addım olduğuna inandığını demişdi: “Orta Asiya dövlətləri beynəlxalq bazara Rusiya və ya Çin vasitəsilə ixrac edirlər, indi onları Xəzər dənizi üzərindən keçərək bunu edə bilmək imkanını görürük”. Onun sözlərinə görə, Azərbaycan Xəzər dənizindən keçən malları və xidmətləri qəbul edərək bunların qlobal bazara çıxmasına şərait yarada bilər: “Bu yol Gürcüstandan keçə bilər və ya Ermənistanla Türkiyədən keçərək beynəlxalq bazara çıxması üçün böyük imkan var. Bu fürsət həm də nəqliyyat xərclərini aşağı salacaq, həmçinin geosiyasi müdaxilədən təhlükəsiz alternativlər təmin edəcək. Tacikistandan Türkiyəyə qədər bütün xalqlar bu dəhlizin açılmasından faydalanacaq. Biz inanırıq ki, bu, bütün maraqlı tərəflərin razılığı ilə edilməlidir və biz bilirik ki, bu, Ermənistan və Azərbaycan arasında anlaşmadan başlayır”. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi də Orta dəhlizin bir hissəsidir, o zaman ABŞ-ın kommunikasiyaların açılmasında marağı özünü aşkar surətdə büruzə verir. Vaşinqton Zəngəzur dəhlizinin açılması ilə qlobal rəqiblərini neytrallaşdırmağa, onları beynəlxalq ticarətdə dividentlərinin əhəmiyyətli dərəcədə azaltmağa çalışır. Yəni, Qərb Avropa-Qafqaz-Xəzər-Orta Asiya xətti üzrə nəhəng iqtisadi-ticari marşrutun yaradılmasında maraqlıdır. Ancaq əsas hədəf ondan ibarətdir ki, Rusiya və Çin bu nəhəng marşrutda birbaşa iştirakçı kimi söz sahibi ola bilməsin. Bu isə deməkdir ki, sözügedən beynəlxalq güclərin Zəngəzur dəhlizində maraqları toqquşur. Çünki hazırda Qərbin sanksiyalarından əziyyətdən çəkən Rusiya da Zəngəzur dəhlizinə nəzarəti ələ almaq niyyətindədir. Bu məsələdə Moskva 10 noyabr üçtərəfli Bəyanatına istinad edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

