Fransızlar Azərbaycanla bağlı sərgi və konsertə böyük maraq göstəriblər
02.11.2012 [01:09]
Azərbaycanı Fransada tanıtmaq, zəngin tarixi və mədəni dəyərləri barədə fransızlarda daha geniş təsəvvür yaratmaq məqsədi ilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Azərbaycan günləri ilə bağlı növbəti tədbir Dö Sevr departamentinin Niort şəhərində keçirilib.
Tədbir şəhərin möhtəşəm “Le Moulin du Bac Scene Nationale” sarayında ölkəmizlə bağlı sərginin açılışı ilə başlayıb. Şəhərin meri, departamentin deputatı xanım Jenevyev Qayyard niortluların az tanıdıqları Azərbaycan mədəniyyəti və incəsənəti, habelə mahnı və rəqsləri ilə ilk dəfə yaxından tanış olmaq imkanı əldə etdiklərini diqqətə çatdırıb, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə keçirilən tədbirlə əlaqədar Fransada səfərdə olduğunu xatırladıb, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, mətbəximizin Azərbaycan zənginliyinin meyarlarından biri olduğunu bildirib.
Azərbaycanın Fransa ilə bütün sahələrdə, o cümlədən mədəni sahədə əlaqələrinin inkişaf etdiyini vurğulayan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Parisdə ölkəmizlə bağlı mədəni tədbirlərin mütəmadi keçirildiyini, Fransanın müxtəlif ali məktəblərində yüzlərlə azərbaycanlı gəncin təhsil aldığını, keçən il Qafqazda ilk dəfə olaraq Bakıda fransız məktəbinin təməlinin qoyulduğunu bildirib.
Hazırda diplomatik səylərin iki ölkə arasında mədəni və iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəldildiyini deyən səfir Fransada inkişaf edən üzümçülük sahəsinə xüsusi maraq göstərildiyini qeyd edib.
E.Əmirbəyov Azərbaycanın tarixi və mədəni irsinin zənginliyindən söhbət açıb, sərgidə nümayiş etdirilən eksponatların ölkəmizin mədəni dəyərlərinin bariz nümunəsi olduğunu bildirib.
Səfir 1991-ci ildə müstəqilliyini bərpa edən, müxtəlif dinlərə, azsaylı xalqlara münasibətdə tolerant ənənələrinə sadiq qalan Azərbaycanın sivil cəmiyyətin yaranması və inkişaf etdirilməsi istiqamətində Avropa Şurası, BMT və digər beynəlxalq təşkilatların irəli sürdükləri söz və fikir azadlığı kimi demokratik dəyərlərə əsaslandığını qeyd edib.
XlX əsrin ikinci yarısında məşhur fransız yazıçısı Aleksandr Dümanın (ata) Azərbaycana səyahət etdiyini xatırladan Elçin Əmirbəyov bu gün də Fransanın tanınmış şəxslərinin ölkəmizə səfər etdiyini diqqətə çəkib, bunun bariz nümunəsi kimi məşhur aktyor Jerard Depardyenin bir neçə dəfə Azərbaycanda olduğunu bildirib.
Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına toxunan səfir cari ilin sentyabr ayında Parisdə səfirliyin nəzdində Mədəniyyət Mərkəzinin açıldığını, Azərbaycanın birinci xanımı, Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Parisdə təntənəli tədbir keçirildiyini vurğulayıb, Fransada Azərbaycan günlərinin iki ölkə arasında mədəni əlaqələrin inkişafına yeni təkan verəcəyini qeyd edib.
Departamentin prefekti Pyer Lamber çıxışında mədəniyyətlərin sərhəd tanımadığını diqqətə çəkərək belə tədbirləri mədəniyyətlərarası dialoqun meyarlarından biri kimi dəyərləndirib, xalqların birinin digərinin tarixi, mədəniyyəti və incəsənəti ilə tanışlığında sərgi və digər vasitələrin əhəmiyyətindən danışıb.
Sərgidə nümayiş etdirilən qədim xurcun və fərşlər, musiqi alətləri və digər eksponatlar qonaqların marağın səbəb olub. Sərgidə Azərbaycan tarixindən, Quba xalçaçılıq sənətindən, Bakının qədim abidələrindən, turizm imkanlarından bəhs edən kitab və broşürlər, habelə Azərbaycanın mədəniyyətini, incəsənətini, bənzərsiz təbiətini və digər sahələri əks etdirən çarxlar nümayiş etdirilib.
Sonda muğam instrumental ansamblının və respublikanın Xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansambllarının ifasında mahnılar və rəqslər ifa edilib. Fransız tamaşaçılar xüsusilə oğlanların ifasındakı milli rəqslərimizə maraq və heyranlıqlarını sürəkli alqışlarla büruzə veriblər.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56

