ANAMA Tailand Minatəmizləmə Mərkəzi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
22.08.2024 [13:09]
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti mina təhlükəsi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə Cənub-Şərqi Asiyada işgüzar səfərdədir.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Tailand Minatəmizləmə Mərkəzinin baş direktoru general-leytenant Nattavut Sabyeroop ilə görüşü təşkil edilib.
Görüşün məqsədi humanitar minatəmizləmə sahəsində bilik və təcrübə mübadiləsi, birgə təlim proqramları, minatəmizləmə əməliyyatlarında innovativ yanaşmalar və üsullar, eləcə də potensialın gücləndirilməsi və texniki yardım üzrə müzakirələrin aparılmasından ibarət olub.

Ölkəmizin üzləşdiyi mina probleminin miqyası haqda məlumat verən E.Əmirbəyov bu problemin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin diqqətinin və dəstəyinin artırılmasının vacibliyini vurğulayıb. O, keçirilən görüşün bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə böyük töhfə verəcəyini qeyd edib.
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov hər iki qurumun humanitar minatəmizləmə fəaliyyətində çoxillik təcrübəsini nəzərə alaraq qurumlararası sıx və birbaşa kommunikasiyanın yaradılmasının zəruriliyini bildirib. V.Süleymanov Tailand Minatəmizləmə Mərkəzinin nümayəndələrini mina təhlükəsi ilə mübarizə sahəsində ölkəmizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransa dəvət edib.
Görüşdə mina təhlükəsi ilə mübarizə sahəsində həm Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin, həm də Tailand Minatəmizləmə Mərkəzinin fəaliyyəti, bu istiqamətdə əldə edilən nailiyyətlər barədə hər iki qurum nümayəndələri tərəfindən məlumat verilib. Ölkəmizdə yaradılması nəzərdə tutulan ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzinin işinin təşkili ilə bağlı qarşılıqlı təcrübə mübadiləsi və gələcək mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Regional Minatəmizləmə Mərkəzinin icraçı direktoru Rotna But mina təhlükəsi ilə mübarizə sahəsində ASEAN Regional Minatəmizləmə Mərkəzinə (ARMAC) üzv ölkələrin minatəmizləmə qurumları və ANAMA arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə edib.
Həmçinin Tailand Minatəmizləmə Mərkəzinin baş direktoru Azərbaycanla sahə üzrə təcrübə və təlim mübadiləsinə hazır olduqlarını səsləndirib.
Tailand Minatəmizləmə Mərkəzində keçirilən görüş ASEAN-a üzv ölkələrin mina təhlükəsi ilə mübarizə üzrə regional təşkilatı olan ARMAC-ın təşkilatçılığı ilə baş tutub.
Səfər çərçivəsində mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması, eləcə də ölkəmizdə mövcud mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində görüşlər davam edir.
Xəbər lenti
Hamısına baxGündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43

