Rüstəm İbrahimbəyov, sən kimsən ki...
15.11.2012 [00:27]
Bu günədək cəmiyyət qarşısında dəfələrlə ifşa olunmuş Rüstəm İbrahimbəyov artıq isterikaya qapılaraq öz danışıq qabiliyyətini - nitq mədəniyyətini də itirib. O, özünü aid etdiyi ziyalı dünyagörüşü, davranışı yox, küçə tərbiyəsi və əxlaqı nümayiş etdirərək növbəti dəfə əsl simasını cəmiyyət qarşısında aşkar edib. Daşnak Roman Balayanı, Rudik Avanesovu Bakıya dəvət edən, gecə-gündüz onlara ziyafətlər verən, Bakıdan köçüb getmiş ermənilərin yerinə bu şəhərə öz torpaqlarından qovulmuş soydaşlarımızın gəlməsindən təəssüf hissi keçirən, Söyün Sadıqovun ermənilərlə görüşünü təqdir edən İbrahimbəyovun bu gün xalqımızın ali mənafeyindən, Rusiyadakı həmvətənlərimizin taleyindən danışması, Rusiyadakı azərbaycanlıların “sahibsiz” qaldığını iddia etməsi nəinki ictimaiyyətdə haqlı narazılıq doğurur, eyni zamanda, bu şəxsin hansı əməllər sahibi olmasını və ikiüzlülüyünü ortaya çıxarır.
Bu cür cəfəng fikirlər və qərəzli iddialarla çıxış edən İbrahimbəyovun kimliyini anlamaq üçün sadəcə bu şəxsin fəaliyyətinin bir neçə məqamına toxunmaq yetər. 70 il “qınına çəkilərək”, ictimai proseslərdən kənarda qalaraq, sadəcə öz biznesini idarə edən R.İbrahimbəyovun adı 2008-ci ildən sonra ölkə ictimaiyyəti tərəfindən daha çox duyulmağa başlandı. O dövrə qədər əksəriyyətin gözündə hansısa filmin ssenarisini yazan, Moskvadakı bəzi dostlarının dəstəyilə Rusiyada müəyyən filmlərin çəkilişinə cəlb olunan Rüstəm İbrahimbəyovun 2008-ci ildə rus mətbuatına müsahibəsində Azərbaycan xalqının ünvanına səsləndirdiyi təhqiramiz ifadələr və ermənilərə bəslədiyi gizli rəğbətin aşkara çıxmasından sonra “şöhrəti” artdı. İbrahimbəyovun qərəzli və qondarma fikirlərinə ictimai etirazın artması bu şəxsi özünümüdafiə instinkti ilə siyasi meydana atdı. Belə bir situasiyanın fonunda İbrahimbəyov xaraktercə özünə uyğun olan insanlarla bir araya gəlməli və onlarla “əməkdaşlıq” etməli idi. Beləliklə, kino sahəsinin “meyiti” öz qüvvəsini reneqatların arxasına sığınmaqla sınamalı oldu. Yəqin ki, bir xalq üçün İbrahimbəyov kimi mövqe və niyyəti bəlli olmayan, xalqına təhqirlər yağdıran və düşmənin şəninə təriflər söyləyən bir insanın özünü onun ziyalısı kimi təqdim etməsindən böyük təhqir ola bilməz. Zaman keçdikcə İbrahimbəyovun haqqında yeni arzuolunmaz faktların meydana çıxması onun hansı xarakterə və fəaliyyətə malik olmasını ortaya çıxardı.
Qeyd etmək lazımdır ki, 2008-ci ildə azərbaycanlı kinorejissorun rus mətbuatına verdiyi erməni həsrətli müsahibə əvvəllər azərbaycanlılarda təəccüb doğursa da, zaman keçdikcə bu təəccüb öz yerini qınağa və haqlı nifrətə verdi. Çünki onun müsahibədəki fikirlərini şərtləndirən yeni faktların aşkarlanması ortada “əbədi bir erməni sevgisi”nin olduğunu göstərdi. Elə bu səbəbdəndir ki, Kinematoqrafçılar İttifaqının tədbirlərinə dəvətlilər müəyyənləşdirilərkən Rüstəm İbrahimbəyovun ağlına ilk olaraq ermənilər gəlirmiş. Bakıda keçirilən “Şərq-Qərb” festivalının maliyyəsi hesabına İbrahimbəyovun daşnak partiyasının üzvü Roman Balayan və bakılı, Sovet dövründə Azərbaycanda mövcud olan nazirliklərin birində çalışan Rudik Avanesovu dəvət etməsi də bunun bariz örnəyidir.
Yeri gəlmişkən, R.Balayan Daşnaksütyun partiyasının fəallarındandır. Lakin Balayan R.İbrahimbəyovla möhkəm dostluq əlaqələri olan yeganə erməni deyil. Bu siyahı kifayət qədər uzundur.
Bunlarla yanaşı, Azərbaycan və azərbaycanlıların “problem”lərindən bəhs edən İbrahimbəyov, yaxşı olar ki, öz əməllərinə nəzər salsın, Azərbaycan Kinematoqrafçılar İttifaqının mənimsədiyi 83 min dollardan, ittifaqa məxsus “Şərq-Qərb” restoranının yerini satıb pulunu ələ keçirməsindən, qurumun Şəkidə, Mingəçevirdə sanatoriyalarını, Bakıda H.Seyidbəyli küçəsində ittifaqın əməkdaşları üçün inşa olunmuş binanı satmasından, “Şərq-Qərb” festivalı üçün tikilmiş qonaq evini özününküləşdirməsindən, bu festival üçün ayrılan vəsaiti mənimsəməsindən və digər qeyri-qanuni əməllərindən danışsın.
Əlbəttə ki, İbrahimbəyovun xalqımız qarşısındakı dağıdıcı, xain və dönük fəaliyyəti onun bəhs edilən qeyri-qanuni əməllərində öz əksini tapmışdır. Məlum olduğu kimi, cari ilin iyun ayının 21-də Azərbaycan Kinematoqrafçılar İttifaqının bir qrup üzvü R. İbrahimbəyovun ittifaqa yarıtmaz rəhbərliyinə və qurumun heç bir perspektivi olmayan fəaliyyətinə etiraz edərək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını yaradıblar. Tanınmış kino xadimlərinin yer aldığı bu qrupun üzvləri qeyd ediblər ki, hazırda mövcud olan Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti qənaətbəxş deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər. Ortaya çıxan yeni faktlar isə bu insanların nə qədər haqlı olduğunu bir daha təsdiq edir. Deməli, bu günə qədər Azərbaycan kinosunun inkişafına xidmət etməli olan Azərbaycan Kinematoqrafçılar İttifaqı, əslində, Rüstəm İbrahimbəyovun biznes strukturu kimi onun şəxsi maraq və ambisiyalarının təmin olunmasına yönləndirilib.
Beləliklə, bütün bu faktların fonunda belə bir sual ortaya çıxır ki, özünü “ziyalı” adlandıran bu şəxs hansı mənəvi haqla Azərbaycandan və azərbaycanlılardan danışır? Digər tərəfdən, Rüstəm İbrahimbəyov, sən kimsən ki, müstəqil Azərbaycan dövlətinin Prezidenti və Azərbaycan xalqının siyasi iradəsinin təmsilçisi olan bir rəhbəri saymayasan...? Budurmu sənin tərbiyən, “ziyalılığın”?
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

