Tarixi faktlar danılmazdır!
03.09.2024 [09:45]
İrəvanın konstitusiya manipulyasiyası, yaxud sülhdən yayınma...
Cənubi Qafqazda sülhün təmin olunması üçün Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Belə tələblərdən biri də erməni tərəfinin ölkəmizə qarşı ərazi iddialarına son qoyulmasıdır. Çünki bu ölkənin konstitusiyasında dövlətimizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib. Nəzərə almaq lazımdır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Yəni, fakt açıq-aşkar ortadadır və əlavə şərhə ehtiyac yoxdur.
Nikolun gecikmiş etirafı...
Lakin erməni tərəfi bu mövzuda spekulyasiyanı davam etdirməkdədir. Belə ki, avqustun 31-də Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında ölkəsinin guya heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiası olmadığını açıqlayıb. Əksinə, Paşinyan guya Azərbaycanın Konstitusiyasında ölkəsinə qarşı ərazi iddialarının olduğunu iddia edib. Onun sözlərinə görə, Azərbaycanın Müstəqillik haqqında Konstitusiya Aktında indiki respublikanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu bildirilir və Xalq Cümhuriyyətinin müəyyən hissəsi indiki Ermənistanın ərazisini əhatə edib. Buna görə də, Paşinyan bu məqamı nə qədər absurd olsa da, ölkəsinə qarşı ərazi iddiası hesab edir. Əslində isə bununla Paşinyan etiraf etmiş olur ki, indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılıb. Həm də, bu, çox da uzaq olmayan bir dövrdə baş verib.
Bütövlükdə, Paşinyanın Azərbaycan Konstitisiyası ilə bağlı iddiaları ağ yalandır. Azərbaycanın heç kimə qarşı ərazi iddiası yoxdur. Paşinyanın dediklərinin heç bir hüquqi əsası yoxdur və aydın görünür ki, Ermənistan manipulyativ metodlardan istifadə edir. Ermənistanın Konstitusiyası “miatsum”u erməni xalqı qarşısında hədəf kimi müəyyən edir. Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi zəruriliyini deyəndə onu nəzərdə tutur ki, erməni xalqı referendum vasitəsilə “miatsum” məsələsinə son qoymalıdır və Qarabağ məsələsinin birdəfəlik bitdiyini qəbul etməlidir.
Rəsmi Bakının bəyan etdiyi kimi, Azərbaycanın Müstəqillik haqqında Konstitusiya Aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialar tamamilə yanlışdır. Bu məsələdə Azərbaycan Konstitusiyası ilə Ermənistan konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir. Ermənistanın bu arqumentini heç bir beynəlxalq tərəfdaş qəbul etmir və bunun qeyri-ciddi olduğunu hər kəs bilir. Ermənistan konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Müstəqillik haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu, heç bir halda hazırda Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir.
Azərbaycanın mövqeyi dəyişməzdir
Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin konstitusiyasındakı ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Çünki heç bir beynəlxalq sazişin konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır. Məhz buna görə də rəsmi İrəvanın “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır. Lakin N.Paşinyanın fikirlərindən görünən odur ki, erməni tərəfi dayanıqlı sülhdə maraqlı deyil və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışır.
Onu da vurğulamaq lazımdır ki, sülh sazişinin imzalanması təşəbbüsü ilə Azərbaycan ilk olaraq çıxış edib və bu barədə ilkin layihə məhz rəsmi Bakı tərəfindən təqdim olunub. Başqa sözlə, sülh sazişi üzrə danışıqlar aparılmasını Ermənistana ölkəmiz təşviq edib. Bütün bunları nəzərə alaraq, rəsmi İrəvanın Azərbaycanın sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur. Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Eyni zamanda, həmin şərtlərə əməl etməklə münasibətlər qurulmalı və bu istiqamətdə təhlükə yaradan çağırışlar aradan qaldırılmalıdır. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

