3 sentyabr 1991-ci il...
03.09.2024 [10:03]
Milli dövlətçiliyə gedən yolun başlanğıcı
“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin icrasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”
Heydər Əliyev
Tarixin bu günündə - 1991-ci il sentyabrın 3-də böyük siyasətçi Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin sədri seçilib. Bu təyinat Azərbaycanın müstəqilliyə gedən yolunda taleyüklü bir məqam oldu. Ancaq uzaqgörən siyasətçi Heydər Əliyev müstəqillik yolunun əsasını hələ bundan xeyli müddət əvvəl qoymuşdu.
Heydər Əliyev imperiyanın qorunub saxlanmasına çalışan qüvvələrə, ilk növbədə Kommunist Partiyasına və keçmiş Sovet dövlətinə açıq etirazını bildirərək, onların riyakar siyasətini cəsarətlə ifşa edirdi. 1991-ci il iyulun 19-da O, Kommunist Partiyası sıralarından çıxdı. Məlumdur ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin - 17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına Heydər Əliyev Sədrlik edirdi. Həmin sessiyada Heydər
Əliyevin cəsarəti, milli təəssübkeşliyi, xalqına və müstəqillik ideyalarına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Heydər Əliyev yorulmadan xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş Sovet İttifaqının saxlanılması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda mübarizə əzmi yaratdı. 1991-ci il avqustun 26-da Naxçıvan ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Həmin ilin yayında uğursuzluqla nəticələnmiş “avqust qiyamı” da o dövrkü iqtidarı qəflət yuxusundan oyatmadı. Hakimiyyətdə təmsil olunanlar keçmiş İttifaq rəhbərliyinin göstərişlərini sözsüz yerinə yetirməkdə canfəşanlıq göstərirdilər. Milli xəyanət yolu tutmuş bu siyasətbazlar “Azərbaycanın müstəqillik bəyannaməsi”ni də ciddi qəbul etmək istəmirdilər. Bu məsələ ilə əlaqədar keçirilmiş Ali Sovetin 1991-ci il 29-30 avqust tarixli iclaslarında
Heydər Əliyev o dövrkü respublika rəhbərliyinin xəyanətkar siyasətinin əsl mahiyyətini açdı. Zaman Heydər Əliyevin haqlı olduğunu sübut etdi. O dövrdə baş verən proseslərin məntiqi nəticəsi kimi 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul etdi.
Heydər Əliyev Muxtar Respublikaya rəhbərlik etməyə başladığı ilk gündən dövlət quruculuğuna, idarəetmənin təkmilləşdirilməsinə, iqtisadi islahatların aparılmasına, xarici ölkələrlə əlaqələrin qurulmasına, müdafiə və hərbi quruculuq məsələlərinə ciddi fikir verildi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev Özünün şəxsi nüfuzundan və yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirdi və blokada şəraitində yaşayan Muxtar Respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu.
Sonrakı mərhələdə isə Heydər Əliyev müstəqilliyimiz üçün yaranan təhdidləri bütün ölkə miqyasında dəf etdi. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC - “Müsavat” iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz çox ciddi təhdidlərlə üz-üzə qalmışdı. Problemlər getdikcə artır, xaos dərinləşirdi. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən ozamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Belə ağır məqamda insanlar təkidlə böyük siyasətçi Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını tələb edirdilər.
Heydər Əliyev həmin ağır günlərdə xalqını tək buraxmadı və respublikamızın rəhbərliyinə qayıtmağa razılıq verdi. Xüsusi təyyarə reysi ilə Bakıya gələn Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin Sədri seçildi. O, Azərbaycan xalqının böyük etimadı əsasında ilk dəfə 1993-cü il oktyabrın 3-də, sonra isə 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, Azərbaycan diletant rəhbərlərin yarıtmaz idarəçiliyindən qurtuldu. Müstəqilliyimizin itirilməsi təhlükəsi aradan qalxdı və ölkə inkişafa istiqamətləndi. Bugünkü uğurlarımızın, şanlı zəfərlərimizin təməlində də Heydər Əliyevin müstəqilliyimizi qoruması dayanır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

