Zəngəzur dəhlizi layihəsinə qarşı olanlar...
07.09.2024 [09:00]
Ötən 4 il ərzində Cənubi Qafqaz, Mərkəzi Asiya və Kiçik Asiya regionu vahid geocoğrafi məkan olaraq yeni iqtisadi münasibətlər sistemində öz yerini möhkəmləndirib. Bunun əsas səbəbi isə 2020-ci il Vətən müharibəsinin və 2023-cü il antiterror tədbirlərinin nəticələri, həmin nəticələrin ortaya qoyduğu siyasi-hərbi, eləcə də ticari reallıqlardır. Qlobal miqyasda diqqətlə izlənən bu geostrateji gedişlər özündə bir sıra əsas məqamları birləşdirir.
Zəngəzur dəhlizi - təhlükəsizlik və ticarət...
İlk olaraq, Azərbaycanın mühüm bir bölgədə təhlükəsizlik arxitekturasını möhkəmləndirdiyi diqqəti cəlb edir. Bu, yeni iqtisadi münasibətlər sistemində ən əsas nüansdır - son illərdə Zəngəzur dəhlizinin digər ticari kommunikasiyaları üstələməsi, daha çox ortaya çəkilməsi də məhz buradan qaynaqlanır. Hazırda Zəngəzur dəhlizinin bütün siyasi-strateji stansiyaları boyunca təhlüksizlik təmin edilib. Son dövrlərdə Çin və Orta Asiya ölkələri ilə Azərbaycan arasında bəzi anlaşma memarandumlarının, eyni zamanda strateji əməkdaşlıqla bağlı sənədlərin imzalanması təhlükəsizlik arxitekturasının daha da möhkəmlənməsinə yol açır. Təbii olaraq, bu qlobal layihədən yararlanacaq hər bir ölkə məsələyə öz töhfəsini verməyə çalışır. Zəngəzur dəhlizinin əhəmiyyəti region ölkələri ilə yanaşı, dünyanın aparıcı gücləri üçün də mühüm prioritetə çevrilir - aparıcı siyasi ekspertlərin fikrincə, ABŞ bu layihəni dəstəkləyir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi James O’Brien İrəvanda olarkən öz çıxışında bu barədə danışmışdı - artıq Zəngəzur dəhlizinə dair konsensus mövcuddur. Türkiyə, Azərbaycan, Rusiya, ABŞ və Avropa İttifaqı (Aİ) bu layihəyə ciddi maraq göstərir. Vaxtilə Aİ Ermənistandan keçən və dağıdılmış dəmiryolunun bərpasına bu və ya digər formada maliyyə dəstəyi təklif etmişdi. Bu məqamı gücləndirən əsas amillərdən biri ABŞ Dövlət Departamentinin bir müddət öncə yayılan açıqlaması olmuşdu. Orada bildirilirdi ki, Vaşinqton Şərq-Qərb marşrutu üzrə ticarəti gücləndirmək üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır. Qeyd olunurdu ki, Azərbaycan Qərb bazarlarını Mərkəzi Asiya ölkələri ilə əlaqələndirərək bu ölkələrin qlobal bazarlara çıxışını təmin edəcək potensiala sahib olan şərq-qərb ticarət yolunun mühüm hissəsidir. Bu açıqlamanın, eyni zamanda siyasi ekspertlərin rəyinin şifrəsində Zəngəzur dəhlizinin açılması məsələsinin beynəlxalq gündəlikdə diqqətlə izlənilməsi faktının növbəti sübutunu görürük.
Rəsmi Tehran etiraf edir...
Bəs, bu layihəyə qarşı çıxış edən ölkələr hansıdır? Siyasi analitiklər bu cəhətdən ilk növbədə qonşu İran İslam Respublikasının adını çəkir. Bu mənada bəzi məsələlər bu fikri daha da gücləndirir. Belə ki, bugünlərdə Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüş keçirilib. Görüşlə bağlı yayılan xəbərdə bildirilib ki, İran Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşruta qarşı çıxıb. Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb. O, İranın regionda sülh və sabitliyin bərqərar olmasını, region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsini dəstəklədiyini və regionun geosiyasi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə qarşı olduğunu vurğulayıb. Görüşdə Qafqazda cari proseslər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrin regionda sülh və stabil olmasına dəstək, region ölkələri arasında əməkdaşlığın inkişafına köməklik göstərilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi ilə mübarizə aparılması vurğulanıb.
Qeyd edək ki, bir müddət əvvəl Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın “Birinci Kanalı”na açıqlamasında bildirmişdi ki, Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir. “Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən (Zəngəzur-red.) keçən kommunikasiyalara gəlincə, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”, - Lavrov demişdi.
İran nədən “narahatdır”?
Beləliklə, bəzi nüanslara aydınlıq gəlir - Zəngəzur dəhlizinin ticari-iqtisadi üstünlükləri bütün beynəlxalq oyunçular tərəfindən etiraf edilsə də, göründüyü hər kəsin “ürəyincə” deyil. Burada da mühüm səbəblər var.
- Ola bilər ki, İran bu layihə nəticəsində Qərbin bölgədə iqtisadi təsir rıçaqlarının artmasından çəkinir. Nəzərə alsaq ki, Qərb tərəfindən ciddi sanksiyalara məruz qalmış İran üçün Ermənistan və Rusiya aktiv bazar xarakteri daşıyır. Zəngəzur dəhlizinin açılması, onun qlobal əməkdaşlıq platformasına çevrilməsi, nəhayət, əlaqələrin güclənməsində açar rolunu oynaması Tehran üçün narahatedicidir.
- Digər bir məsələ isə bölgə dövlətləri arasında siyasi konsensusun formalaşmasıdır. Bu amil mühüm siyasi təsiredici fakt kimi çıxış edir. Azərbaycanın Türkiyə ilə strateji müttəfiq olması, Çin ilə strateji əməkdaşlığa imza atması, digər tərəfdən isə Qərbin bu layihədən istifadə perspektivi İran üçün bəlkə də bəzi suallar yaradır.
- Üçüncü bir məsələ isə Cənub-Şimal marşrutunun Şərq-Qərb marşrutu ilə kəsişməsidir ki, burada da bəzi məsələlər ortaya çıxır - məsələn, Cənub-Şimal xətti vasitəsilə Qərb bazarına çıxış əldə etməyi planlaşdıran bəzi dövlətlərin öz ixrac marşrutlarını dəyişməsi İranın maraqlarına “cavab vermir”. Tehran anlayır ki, qovşaq olaraq Azərbaycanın yeni ticari -iqtisadi formatdakı yeri olduqca vacib və ölçüsüzdür. Çünki Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan bu layihə Şərq-Qərb marşrutu üzərində ən qısa yol olmaqla bərabər, bütün kontingentlər üçün effektiv xarakter daşıyır. Dəhlizin coğrafi imkanlarının genişliyi, infrastruktur baxımından əlverişli olması xüsusi üstünlüklər yaradır. Vurğulandığı kimi, Zəngəzur dəhlizinin ən mühüm üstünlüklərindən biri Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə və Azərbaycan vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57

