90 dəqiqə tamaşaçısız...
10.09.2024 [08:28]
Tramp-Harris debatı tərəflər üçün neytral meydanda - Filadelfiyada baş tutur
ABŞ-da seçki günü yaxınlaşdıqca mübarizə daha da dramatik hal alır. Keçmiş prezident Donald Tramp ilə hazırki vitse-prezident Kamala Harrisin “siyasi duel”inin finalına iki ay qalmış ölkənin fərqli ərazilərində sorğular keçirilir, səs faizlərinin “mini exit-poll”u aparılır. Son məlumatlar isə hər iki namizədin şanslarının demək olar ki, eyni olduğunu göstərir. Cüzi fərqlə Tramp tərəfdarları üstünlük qazanıb - respondentlərin 48 faizi Trampı, 47 faizi isə Harrisi dəstəklədiklərini bildiriblər. Nevada, Corciya, Şimali Karolina və Arizona ştatlarında siyasətçilərə dəstək eynidir.
Tramp: İki nəfərə zəng edəcəm: Putin və Zelenskiyə
Bu arada, siyasi ekspertlər ABŞ-dakı seçkilərin nəticələrinin daxili siyasi proseslərlə yanaşı, xarici siyasi proseslərlə, ən əsası Ukrayna-Rusiya, eləcə də Yaxın və Orta Şərq məsələsindən asılı olduğunu iddia edirlər. Bütün namizədlər özlərinin platformalarında məhz bu iki predmetə xüsusi yer ayırırlar. Məsələn, Tramp prezident seçiləndən sonra onun planının enerji qiymətlərini yarıya qədər və ya daha çox azaltmaq olduğunu önə çəkib. O, Mərkəzi Avropada iki ildən artıqdır davam edən müharibəni bitirəcəyini də irəli sürüb. “Həqiqətən, qələbəm məlum olan gecə mən iki nəfərə zəng edəcəm: Putin və Zelenskiyə... 24 saat ərzində müqavilə bağlayacağıq”, - deyə Donald Tramp əminliklə deyib.
Harris daxili proseslərə üstünlük verir
Demokratların seçkidəki namizədi Kamala Harris isə sözügedən məsələlərə münasibətdə təmsil etdiyi siyasi partiyanın mövqeyindən kənara çıxmır. Görüşlərində daha çox daxili proseslərə diqqət ayıran Harrisin mövqeyindən anlaşılır ki, onun seçki menecerləri diqqəti daxili auditoriya ilə işləməyə yönəldib. Qərbin aparıcı nəşrləri isə bu addımın doğru olduğunu bildirirlər - onların fikrincə, əvvəlki seçki ənənələrinə diqqət yetirdikdə ABŞ cəmiyyətinin daxili proseslərlə bağlı islahat və inkişaf vəd edən namizədlərə üstünlük verdiyi aşkara çıxır.
Yekun qaydalar təsdiq edilib...
Qeyd edək ki, navmizədlər arasındakı teledebat anlaşılmazlığı da öz həllini tapıb - namizədlər arasında debatın sentyabrın 10-da “ABC” kanalı tərəfindən Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilməsi planlaşdırılıb. Yekun qaydalar sentyabrın 5-də təsdiq edilib. Sentyabrın 8-də jurnalistlərdən birinin müvafiq sualını cavablandıran Harris Trampla debat etməyə hazır olduğunu bildirmişdi.
Xatırladaq ki, hələ ötən ay Harrisin seçki kampaniyasının kommunikasiya direktoru Tayler 10 sentyabr üçün debat planının hazır olduğunu demişdi. Həmin vaxt debatın sentyabrın 4-də “Fox News”un moderatorluğu ilə keçirilməsi təklifi də səslənsə də, tərəflər bununla bağlı ümumi razılığa gələ bilməmişdilər.
Bu gün baş tutacaq debatla bağlı isə xüsusi tələblər irəli sürülür - Tramp və Harrisdən mikrofonu söndürməklə rəqibinin çıxışının sonunu gözləmələri tələb olunacaq və cavab müddəti iki dəqiqəlik reqlamentlə məhdudlaşdırılacaq. Görüşdə yalnız moderatorlar əvvəlcədən hazırlanmış qeydlərdən istifadə edərək sual verə biləcəklər.
Açılış bəyanatları olmayacaq
Debatöncəsi yayılan son xəbərlərdə bildirilir ki, hər iki qərargahda öz namizədinin qələbəsini gözləmək əvəzinə, həm də məğlub olacağı təqdirdə riskləri dəyərləndirməklə məşğuldurlar. Demokratlar milli debatlarda az təcrübəsi olan Harrisin həddən artıq təmkinli olması mübarizədə məğlubiyyətə yol açacaq. Respublikaçılar isə Donald Trampın onun üçün hazırlanmış plana əməl etməyəcəyindən, emosiyalarını saxlaya bilməyəcəyindən narahatlıq keçirirlər. Debatın məkanı da maraqlıdır - debat namizədlər arasında demək olar ki, əsas mübarizənin getdiyi Pensilvaniya ştatının ən böyük şəhəri olan Filadelfiyada baş tutacaq. Bu ştatda isə vəziyyət eynidir - sorğularda hər iki namizəd bərabər səs qazanıblar.
Sentyabrın 10-da yerli vaxtla axşam saat 9-da ABC “News” telekanalında keçiriləcək debat 90 dəqiqə davam edəcək. Debatda açılış bəyanatları olmayacaq və tamaşaçısız keçiriləcək. Hər iki namizədə debat zamanı öz komandalarının üzvləri ilə ünsiyyət qurmağa, o cümlədən reklam fasilələri zamanı studiyadan ayrılmağa icazə verilməyəcək. Namizədlər qələm, bloknot və su ilə təmin olunacaqlar. Əksər analitiklərin fikrincə, bu debat seçkinin nəticələrinə əsaslı təsir göstərəcək.
ABŞ siyasətçilərinin qənaətincə...
Qarşıdakı debatla bağlı ABŞ siyasətçilərinin də fikirləri birmənalı deyil. Öz fikirlərini “Politico” ilə bölüşən Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç qeyd edib ki, Kamala Harris aqressiyası ilə rəqibini əsəbləşdirə bilər. O bildirib ki, Donald Tramp təmkin nümayiş etdirməli və emosiyalarına boyun əyməməlidir.
Respublikaçılar Partiyasının siyasi paratexnoloqlarından sayılan, Donald Trumpın praymerizlərdəki son rəqibi Vivek Ramasvaminin kampaniyasında baş məsləhətçi kimi çalışmış Trişa Maklaflin isə deyib ki, mən onun (Trampın) intizamlı olması üçün dua edirəm.
Trampın sadiq tərəfdarı olan senator Lindsi Qrem isə eks-prezidenti seçdiyi taktikaya görə qınayıb - onun fikrincə, namizədlərin bir-birinə qarşı fərdi “siyasi atışması” diqqəti Harrisin birbaşa bağlı olduğu ABŞ-ın hazırkı administrasiyasının real uğursuzluqlarından yayındırır. O, əmindir ki, Ağ Evə gedən yol güclü siyasi müzakirələrdən keçir.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

