Prosesdə irəliləyiş var...
13.09.2024 [11:19]
Ermənistan öz konstitusiyasına nə qədər tez dəyişiklik edərsə, sülh sazişi bir o qədər tez imzalanar
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması bütövlükdə regionun gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan regionda sülhün təmin olunması naminə irəli sürülən təşəbbüsləri həmişə nəzərdən keçirir. Ölkəmiz hər zaman sülhə sadiqlik göstərib, problemlərin danışıqlar yolu ilə həllinə tərəfdar kimi çıxış edib. Təsadüfi deyil ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi də məhz ölkəmizin təşəbbüsü ilə başlayıb.
Sülh sazişi layihəsinin təxminən 80 faizi razılaşdırılıb
Hazırda tərəflər arasında sülhün əldə edilməsi üçün münbit şərait yaranıb. Azərbaycan Prezidenti İlham Əliyev də sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edərkən bildirib ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik. “Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır”,-deyə dövlətimizin başçısı vurğulayıb.
Bugünlərdə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə mediaya müsahibəsində sülh sazişi mətninin təxminən 80 faiz razılaşdırılmasından bəhs edərkən deyib ki, sülh sazişi bütöv sənəddir: “Ona görə də bütün bəndlərin razılaşdırılmasına ehtiyac var. Amma ümumilikdə irəliləyiş var”. A.Hacızadə qeyd edib ki, sülh sazişinə mane olan əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır: “Həmçinin, bildirim ki, Azərbaycan Konstitusiyasında heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur”.
Prosesin uzadılması sülhə töhfə vermir
Nazirlik rəsmisi onu da bildirib ki, rəsmi Bakı regionda kommunikasiyaların açılmasında maraqlıdır. Onun sözlərinə görə, Ermənistan konstitusiyasına nə qədər tez dəyişiklik edərsə, sülh sazişi də bir o qədər tez imzalanar: “Konstitusiya dəyişikliyi ilə bağlı prosesin uzadılması sülhə töhfə vermir. Əksinə, prosesi ləngidir. Biz ümid edirik ki, Ermənistan sülhdə maraqlı olacaq”.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, sülh sazişinin layihəsi üzərində işlər Azərbaycanın ilk dəfə qarşı tərəfə təqdim etdiyi beş bənddən ibarət təkliflər əsasında aparılır. Bu baza prinsiplərində birinci olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Xüsusi vurğulanmalıdır ki, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri beynəlxalq hüquq normalarına əsaslanır.
Politoloq: Sülhün dayanıqlı olması üçün sazişdə bütün məsələlər əksini tapmalıdır
Politoloq qeyd edib ki, erməni tərəfi də sülhdən danışır, amma reallıq başqadır. Onun sözlərinə görə, İrəvanın təklif etdiyi 13+3 variantı rəsmi Bakı tərəfindən haqlı olaraq qəbul olunmur: “Erməni tərəfinin sülh sazişində razılaşdırılmayan bir neçə maddənin layihədən çıxarılması təklifi düzgün deyil. Çünki prinsipial məsələlərin sonraya saxlanılması doğru deyil və belə olarsa gələcəkdə müəyyən problemlər yarana bilər. Regionda sülh dayanıqlı olmalıdır və bu baxımdan, sülh sazişi önəmlidir”.
R.Alıyevin fikrincə, konstitusiya dəyişiklikləri məsələsində Ermənistanın qeyri-konstruktivliyi də sülhə böyük əngəldir. Üstəlik, Nikol Paşinyanın Azərbaycanın Müstəqillik haqqında Konstitusiya Aktında guya Ermənistana qarşı ərazi iddialarının olmasını söyləməsi də prosesə zərər vurur. Aktda Azərbaycan Xalq Cümhuriyyətinə istinad edilməsi ərazi iddiası anlamına gəlməməlidir. Bu, bizim yaşadığımız tarixdir və tarixi inkar etmək mümkün deyil. “Amma faktdır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Yəni, fakt açıq-aşkar ortadadır və əlavə şərhə ehtiyac yoxdur. Erməni tərəfinin bu faktı inkar etmək cəhdləri əbəsdir. Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir”,-deyə politoloq vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

