Qafqazın əsiri...
20.09.2024 [10:45]
Qərbin yeni taktikası: Ermənistan hansı parametrlər üzrə seçilib?
İrəvana silah ötürən, Zəngəzura əsgər yığanların “ticari dəstək kampaniyası”...
ABŞ və Aİ bölgəyə nüfuz mexanizmini müəyyənləşdiriblər...
2020-ci il Vətən müharibəsi və 2023-cü il antitierror əməliyyatlarından sonra Azərbaycanın bölgədə yaratdığı siyasi situasiya diqqətlə izlənilir. Qlobal dünyanın aparıcı aktorları bölgənin gələcək perspektivini gördükləri üçün müdaxilə mexanizmləri axtarırlar. Son proseslər də bunun göstəricisidir. Xüsusilə, ABŞ və Aİ-nin Ermənistan üzərindən oynamağa çalışdığı siyasi oyunlar açıq xarakter daşıyır. Hər iki güc İrəvanın xəyanətkar və əmrəhazır xarakterindən “yararlanmağa” çalışırlar.
Bir neçə ay öncə Aİ - ABŞ - Ermənistan üçtərəfli görüşü və imzalanan üçtərəfli bəyanat əslində, İrəvanın Qərb orbitinə tam şəkildə çəkilməsi üçün atılan addım idi. Götürülən “öhdəliyin” üzdə iqtisadi-ticari mahiyyətlə maskalanması, alt qatdakı fərqli motivləri gizlədə bilmədi. Qısa zamanda həm ABŞ-ın, həm də Fransanın timsalında Aİ-nin Ermənistanla bağlı əsl planları üzə çıxdı...
İqtisadiyyatı olmayan “iqtisadi tərəfdaş”...
İlk növbədə ABŞ-Ermənistan və ya Aİ-Ermənistan çərçivəsində “ticari əməkdaşlıq”, “iqtisadi tərəfdaşlıq” kimi anlayışlar boş fikirlərdir - xüsusilə, ABŞ regionun ən zəif iqtisadiyyatına malik, heç bir regional və ya qlobal layihələrdə iştirak etməyən, özünü Şərq-Qərb tranzit xəttindən kənarda saxlamaqla böyük bir logistik kəmərin hissəsinə çevrilə bilməyən, nəhayət hərbi-siyasi durumuna görə ən aşağı yerlərdə sürünən Ermənistanda “nə tapdığını” izah edə bilmir və edə də bilməz. Beləliklə, ilk raunddaca Qərbin Ermənistan üzərindən bölgədə yaratmağa çalışdığı qeyri-standart situasiyanın çoxşaxəliliyi göz oxşayır - ABŞ-ın regionda 2 minlik kontingentdən ibarət ən böyük səfirliyi Ermənistanda saxlamaqla öz niyyətini ortaya qoyur. Ermənistanın “siyasi-iqtisadi vaciblik indeksi” hansı dərəcədədir ki, ABŞ kimi siyasi güc Cənubi Qafqazda məhz Ermənistanı özünün “diplomatik səngəri”nə çevirib?
Elə bu amil post-müharibə dövründə Ermənistana olan “marağın” yalnızca Qərbin İrəvan üzərindən oyunlardan ibarət olmasını tam ifşa edir. Başqa sözlə, ard-arda iki ildir ABŞ ilə birgə “hərbi təlim” keçəcəyini “bəyan edən”, sonradan isə bu kart üzərindən özünü Vaşinqtonun “müttəfiqi” kimi qələmə verən Ermənistan qlobal ictimai rəyə məhz “müttəfiq” kimi sırınır.
Ermənistana zorla “seçdirilən yol”...
Ortada qəribə bir paradoks mövcuddur - rəsmi Vaşinqton əlaqələrin yalnız “iqtisadi” xarakter daşıdığını və Ermənistanın özünün “istəyi” olmasını israr edir. Amma ortada təkzibolunmaz faktlar var. Məsələn, ABŞ Dövlət Departamentinin AZƏRTAC-ın ABŞ müxbirinin sorğusuna cavabına diqqət yetirək: regionda Ermənistanın hərbiləşdirilməsi siyasətinin, keçmiş ATƏT-in Minsk qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsinin və ABŞ və Avropa İttifaqının artan hərbi dəstəyinin Azərbaycanla Ermənistan arasında davam edən sülh sazişi danışıqlarına təsiri, o cümlədən Ermənistanla Rusiya arasında artan ticarət və hərbi əlaqələrin daha geniş regionda stabilliyə təhdid təşkil etməsi ilə bağlı sorğuya cavab olaraq bildirilib ki, ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir.
Əslində, Dövlət Departamenti bu bir cümlədə çox şey ifadə edib - son günlərdə Zəngəzur ərazisinə əsgər toplamaq, gizli şəkildə Zvarnots hava limanına enən təyyarələrin bortlarında daşınan silah-sursat və texnika, hərbi təlimlər, Aİ-nin kəşfiyyatçı missiyasının fəaliyyəti, Fransanın İrəvanı aktiv silahlandırması birmənalı şəkildə “Ermənistanın özünün seçidiyi yol” imiş. Başqa sözlə, ABŞ müəyyən müddət regionda sülhün formalaşmasına dəstək verməyə çalışan ölkə kimi Ermənistanın bu cür müharibə hazırlığına start verdiyini demir - buna göz yumur. Belə olan halda, Vaşinqton hansı sülhdən danışırdı? Demək ki, İrəvan 30 il ərzində olduğu kimi, yenə də ABŞ-ın bütün “çağırışlarını” qulaq ardına vurur.
Amma bunun belə olmadığı məlum məsələdir. Yuxarıda qeyd edilən hazırlıqların hər biri konkret olaraq ABŞ-ın qurduğu plan üzrə irəliləyir. ABŞ bölgədə ən zəif bənd olan Ermənistanı planlarının əsirinə çevirib - bu fəaliyyətini isə “İrəvanın seçdiyi yol” və ya “Qərbə inteqrasiya” adı altında pərdələməyə çalışır.
İkili paradoks: hərbi yardımlar nə vaxtdan iqtisadi inkişafa dəstək adlanır?
Dövlət Departamenti sorğuya cavabında ABŞ-ın Ermənistana yardımlarını artırması məsələsinə də “toxunub” - bildirib ki, ABŞ-ın bu ölkəyə yardımı onun demokratik və iqtisadi inkişafını artırmaq, regional iqtisadiyyata inteqrasiyanı gücləndirmək, ticarəti şaxələndirmək və mənfi təsirlər qarşısında dayanıqlılığını gücləndirməyə xidmət edir.
Maraqlıdır, ABŞ hansı yolla bunu etməyə çalışır - Ermənistana gizli əsgər yollamaq iqtisadi inkişafa dəstək adlanırmı? Və ya Ermənistanı silahlandırmaq “regional iqtisadiyyata inteqrasiya” sayılırmı? Nəhayət, Ermənistanı sülhdən uzaqlaşdırmaq ticarəti şaxələndirmək hesab edilirmi?
Əgər ABŞ hökuməti həqiqətən də Dövlət Departamentinin bu “mövqeyi”ni bölüşürsə, məntiqlə Ermənistanı Azərbaycanın yaratdığı yeni ticari-iqtisadi reallıqlarda fəal yer almağa çağırmalıdır. Azərbaycanın səyi ilə bölgədə mühüm iqtisadi münasibətlər sistemi formalaşır - müzakirə edilən Zəngəzur dəhlizini açmaqla Ermənistan dünyanın yeni ticari yolunun ən mühüm stansiyalarından birinə çevrilə bilər. Və nəhayət, Ermənistan silah-sursat almağa xərclədiyi pulları niyə infrastrukturlarının daha da təkmilləşdirilməsinə yönəltmir? Axı, belə olan təqdirdə regional iqtisadiyyata daha asan inteqrasiya etmək mümkündür.
Bütün faktlar onu göstərir ki, ABŞ Dövlət Departamentinin bu mövqeyi nə həqiqətə uyğun, nə də səmimi yanaşma deyil. ABŞ özünün iqtisadi maraqları üçün Ermənistanı “arxa bağçası” edir. Regiona nüfuz etmək üçün bu iradəsiz, öz milli maraqlarını müdafiə etməyən, xəyanəti peşəyə çevirən ölkənin “xidmətindən” istifadə edir. Eyni sözləri Aİ üçün də demək olar - Fransanın timsalında separatizmin açıq dəstəklənməsi, Ermənistanı müharibəyə hazırlaşdırmaq, revanşizmi qızışdırmaq bu ölkəni “inkişaf etdirmək planı” sayıla bilməz. Bu, yalnız və yalnız Ermənistanı məhv etmək planıdır...
İrəvanı sülhdən uzaqlaşdıranlar - silah verilməsə, əsgər toplanmasa...
Dövlət Departamentinin açıqlamasında sülh prosesi ilə bağlı məsələlər də yer alıb. Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycanın və Ermənistanın regionda təhlükəsizliyi və tərəqqini təmin edəcəyinə inanır, davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir: “Tərəflər razılaşmanın yekunlaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər və ABŞ bu prosesi istənilən şəkildə dəstəkləməyə sadiqdir”.
Rəsmi Vaşinqton unutmamalıdır ki, son dövrlərdə əldə olunan bütün razılaşmalar, tapılan uzlaşma nöqtələri məhz Azərbycanın səyi və qətiyyəti əsasında ortaya qoyulub. İstər müvafiq delimitasiya komissiyalarının məlum görüşlərində əldə olunan razılaşmalar, istər sülh prosesindəki irəliləyişlər birmənalı şəkildə Azərbaycanın ortaya qoyduğu iradəyə əsaslanır. 2022-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanan sülh prosesinin ədalətli və hüquqi nəticə ilə yekunlaşması istiqamətində rəsmi Bakı fəal iş aparır. Bu məsələdə də Ermənistanın mövqeyindəki bəzi yanaşmalar işə mane olmaqdadır: məsələn, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazibütövlüyünə qarşı yer alan müddəaların çıxarılması sülh üçün əsas şərtlərdən biridir. ABŞ tərəfinin də qeyd etdiyi kimi, Ermənistan sülhə yanaşmasında səmimidirsə, niyə bu düzəlişi yekunlaşdırmır? Yenə də maraqlı bir paradoks yaranır - Ermənistan ABŞ-ın və Aİ-nin aşkar - gizli dəstəyi, silahları və texnikası ilə sülhdən yayınır. Əgər adıçəkilən güclər Ermənistanı şirnikləndirməsələr, ona silah tədarükü etməsələr, İrəvan çoxdan sülhlə bağlı mövqeyini tam şəkildə ortaya qoyardı.
Beləliklə, bir daha məlum olur ki, böyük güclərin oynadığı oyunun iradəsiz alətinə çevrilmiş Ermənistan fərqli maraqların təmininə yönləndirilib. Ermənistan cəmiyyəti və siyasi hakimiyyəti anlamılıdr ki, onu silahlandıranlar, gizli şəkildə müharibəyə sürükləyənlər ona ən böyük düşmənçilik edənlərdir - bu ölkələr və ya təşkilatlar Ermənistanın yenə də dalan ölkə qalmasını, regional inkişaf tempindən uzaq düşməsini istəyirlər...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11

