Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Parlamentlərarası İttifaqın sessiyasında erməni tərəfinin həqiqətdən uzaq fikirləri ifşa edilib

Parlamentlərarası İttifaqın sessiyasında erməni tərəfinin həqiqətdən uzaq fikirləri ifşa edilib

21.10.2024 [10:16]

Milli Məclisin deputatı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlamentlərarası Assambleyasında (AİPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Zaur Şükürov bu qurumun Baş Assambleyasının 45-ci sessiyasında iştirak etmək məqsədilə 18-20 oktyabr tarixlərdə Laos Xalq Demokratik Respublikasının paytaxtı Vyentyan şəhərində səfərdə olub.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Z.Şükürov 19 oktyabr tarixdə Baş Assambleyanın 45-ci sessiyasında çıxış edib və 20 oktyabr tarixdə keçirilən 3-cü AİPA-Azərbaycan dialoquna qatılıb. Həmçinin AİPA-nın Baş Katibi, Laos Xalq Demokratik Respublikasının Milli Assambleyasının Hüquq komitəsinin sədri, Kamboca parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri ilə ikitərəfli görüşlər keçirilib. Bununla yanaşı, qardaş Türkiyənin, Vietnamın, Filippinin, Malayziyanın, Tailandın və Sinqapurun nümayəndə heyətlərinin rəhbərləri ilə səmərəli fikir mübadiləsi aparıb.

Baş Assambleyanın sessiyasında çıxışında, habelə AİPA-Azərbaycan dilaoqu zamanı deputat Azərbaycanla ASEAN və AİPA arasında, həmçinin təşkilata üzv dövlətlərlə ikitərəfli formatda əməkdaşlığın inkişaf perspektivləri və bu prosesdə parlamentarilərin rolundan danışıb. Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun get-gedə daha da artığını və etibarlı tərəfdaşa çevrildiyini deyən millət vəkili, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə həyata keçirilən qlobal əhəmiyyətli təşəbbüslərin, dünya dövlətlərinin yekdil qərarı ilə cari ilin noyabr ayında BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Bakı şəhərinin ev sahibliyi etməsinin bunun sübutu olduğunu qeyd edib.

Sessiyada çıxış edən Ermənistan parlamentinin nümayəndə heyətinin rəhbəri öz ölkəsini sülhün tərəfdarı və təşəbbüskarı kimi təqdim etməyə çalışıb. Lakin Azərbaycan nümayəndə heyətinin rəhbəri Z. Şükürov çıxışı zamanı, həmçinin AIPA-Azərbaycan dialoqu əsnasında erməni tərəfinin həqiqətdən uzaq fikirlərini ifşa edib.

Belə ki, Z.Şükürov torpaqlarımız erməni işğalından azad olunduqdan sonra məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınmasını ehtiva edən 5 prinsip əsasında Ermənistan ilə sülh müqaviləsinin hazırlanması təşəbbüsü ilə çıxış etdiyi, buna baxmayaraq, Ermənistanın sülh prosesinə süni şəkildə əngəl törətdiyi, Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiasının saxlanıldığı, bu ölkənin regionda həqiqətən də davamlı və etibarlı sülhdə maraqlıdırsa, məhz Konstitusiyasında zəruri dəyişiklik etməli olduğu vurğulanıb.

AİPA-Azərbaycan dialoqu, habelə ikitərəfli təmaslar zamanı görüş iştirakçıları Ermənistanın mina terrorunun nəticələrinin aradan qaldırılması məqsədilə mina problemindən zərər çəkmiş ASEAN dövlətləri ilə təcrübə mübadiləsi, işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma və bərpa işləri və Böyük Qayıdış proqramı, Ermənistandan didərgin salınmış həmvətələrimizin öz tarixi dədə-baba yurdlarına geri qayıdış hüququnun gerçəkləşdirilməsi ilə əlaqədar atılan addımlarla bağlı məlumatlandırılıb.

Bununla yanaşı, ölkəmizdə keçiriləcək qlobal əhəmiyyətli COP-29 tədbirinə hazırlıq prosesi barədə də görüş iştirakçılarına məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 418 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30