Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb
17.11.2024 [13:18]
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iqlim dəyişikliyi ilə əlaqədar dünyanın üzləşdiyi problemlərin həlli üçün qlobal əməkdaşlığın əhəmiyyətinin danılmaz olduğu, bu istiqamətdə parlamentlərin mühüm rola malik olduqları qeyd edilib.
Söhbət zamanı Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Dövlətlərimiz arasında hərtərəfli əlaqələrin inkişafında prezidentlərin qarşılıqlı səfərlərinin, aparılan danışıqların önəmli rol oynadığını xüsusi qeyd edib. O, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın inkişaf etdirilməsi, strateji tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı imzalanmış sənədlərin vacibliyindən danışıb.
Özbəkistanın Füzulidə məktəb tikintisinə, qısa müddətdə isə Xankəndidə minlərlə insanın çalışacağı bu gözəl müəssisənin yaradılmasına kömək göstərməsinin qardaşlıq münasibətinin təzahürü olduğu diqqətə çatdırılıb.
Qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən S.Qafarova iki ölkənin parlamentlərində fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini söyləyib. Bildirilib ki, deputatlarımız beynəlxalq parlament qurumlarında səmərəli əməkdaşlıq edirlər.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb və orada müzakirə olunan məsələlərin dünyanın gələcəyi üçün önəmini qeyd edib.
Görüşdə Özbəkistanla Azərbaycan arasında münasibətlərin inkişafında parlamentlərin rolu vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən bəhs edilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37

