/ / Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva Rusiyanın gənclər təşkilatlarının üzvləri ilə görüşüb
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva Rusiyanın gənclər təşkilatlarının üzvləri ilə görüşüb
02.03.2013 [10:03]
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) ofisində Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevanın Rusiya Gəncləri İctimai Palatasının, Rusiyanın Gənclər və Uşaq Birlikləri Milli Şurasının, Gənclərin İşləri üzrə Federal Agentliyin və “Sodrujestvo” Beynəlxalq Gənclər İctimai Təşkilatının üzvləri ilə görüşü olub.
RAGB-ın İdarə heyətinin üzvü Emin Hacıyev AzərTAc-ın müxbirinə bildirib ki, görüşdə gənclərlə iş sahəsində bir sıra birgə təşəbbüslər, cari və perspektiv layihələr müzakirə edilib.
Leyla Əliyeva görüş iştirakçılarını və onların təmsil etdikləri təşkilatları Azərbaycan Gənclər və İdman Nazirliyinin xətti ilə keçirilən beynəlxalq layihələrə fəal qoşulmağa dəvət edib. Görüşdə bu da vurğulanıb ki, Azərbaycan Prezidenti yanında yaradılmış Gənclər Fondu həm hüquqi, həm də fiziki şəxslərə qrantlar ayırır. Leyla xanım qeyd edib ki, əcnəbilər üçün ayrıca kateqoriyalı qrantlar nəzərdə tutulub. Azərbaycanla bağlı layihələrin maliyyə dəstəyi almağa daha çox şansı var.
Rusiyanın Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədri Qriqori Petuşkov RAGB-la əməkdaşlığın davam etdirilməsinə və qarşılıqlı fəaliyyətin genişləndirilməsinə böyük maraq göstərildiyini təsdiq edib. O, III Rusiya-Azərbaycan Gənclər Forumunun 2013-cü ildə Rusiyada keçirilməsinə, RAGB-ın Milli Şuranın digər üzv təşkilatları ilə əməkdaşlığının inkişafına, iki ölkənin mədəniyyət, idman və təhsil layihələrində gənclərin geniş iştirakına hər iki tərəfin maraq göstərdiyini vurğulayıb.
Görüşdə Rusiya Gəncləri İctimai Palatasının üzvü Aleksey Karpenko ilə Rusiyanın tanınmış yazıçı və şairlərinin kitablarının Azərbaycan məktəblərində, Azərbaycanın tanınmış yazıçı və şairlərinin kitablarının Rusiya məktəblərində yayılması üzrə layihənin bərpa edilməsi barədə razılaşma əldə olunub. A.Karpenko Leyla xanımı bu ilin avqustunda Avstriyanın Alpbax şəhərində keçiriləcək Avropa Forumuna dəvət edib.
Leyla Əliyeva kitab mübadiləsi ideyasını dəstəkləyərək əlavə edib ki, belə layihələr daim həyata keçirilməlidir. Uşaq yazıçılarının həvəsləndirilməsinin, kitabların müxtəlif dillərə tərcümə olunmasının və iki ölkənin yazıçılarının görüşlərinin təşkil edilməsinin əhəmiyyətli olduğunu vurğulayan Leyla xanım deyib: “Azərbaycan tərəfi Rusiyanın məktəb və universitetlərinə ədəbiyyat, o cümlədən Nizami, Füzuli, Səməd Vurğun və başqa Azərbaycan yazıçı və şairlərinin əsərlərindən ibarət məcmuələri təqdim etməyə hazırdır”.
Gənclərin İşləri üzrə Federal Agentliyin (GİFA) rəhbəri Sergey Belokonev gənclərlə iş sahəsində birgə layihələrin həyata keçirilməsinə maraq göstərib. Belə layihələrdən biri Azərbaycan ərazisindən də keçəcək avtoyürüşün ən qısa vaxtda təşkil edilməsi və keçirilməsi olacaq. Bundan əlavə, GİFA-nın təşkil etdiyi beynəlxalq layihələrdə Azərbaycan gənclərinin iştirak etməsi barədə ilkin razılaşma əldə olunub. Görüşün sonunda S.Belokonev iki ölkənin ərazisində həyata keçirilməsi nəzərdə tutulan birgə tədbirlər planının işləyib hazırlanmasını və təsdiq olunmasını təklif edib.
“Sodrujestvo” Beynəlxalq Gənclər İctimai Təşkilatının (BGİT) icraçı direktoru Maqomed Əliyev RAGB, Azərbaycanın Gənclər və İdman Nazirliyi və ictimai qurumları ilə əməkdaşlığa yekun vuraraq bildirib ki, Azərbaycan gəncləri “Sodrujestvo”nun bütün tədbirlərində bilavasitə və çox fəal iştirak edir, bu və ya digər istiqamətdə işin yekunlarına dair əla nəticələr nümayiş etdirirlər. O, artıq həyata keçirilmiş layihə və proqramlar arasında MDB ölkələrinin gənc deputatları və liderləri üçün AŞ PA sessiyaları çərçivəsində silsilə seminarları, MDB Parlamentlərarası Assambleyasının sessiyası çərçivəsində seminarı, “Tələbə baharı” Beynəlxalq Festivalını (onun keçirilməsi ənənəsini Azərbaycan bərpa etmişdir) “Birlik gəncləri günləri” Beynəlxalq Forumunu, “Gənc nəsil - sərhədsiz həyat” Humanitar Forumunu, “Seliger” Forumu çərçivəsində “Biz MDB-nin gələcəyiyik!” Gənclər növbəsini, Birliyin gənclər sessiyalarını və s. qeyd edib.
M.Əliyev bu il “Sodrujestvo”nun və onun Azərbaycandakı milli bölməsinin dövlət hakimiyyəti orqanlarının dəstəyi ilə, RAGB və digər ictimai təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirəcəyi layihələrdən danışıb. Onların arasında təhsil sahəsində “Blits Sodrujestvo” silsilə seminarları, Birlik ölkələrinin ictimai diplomatik korpusu, “Sodrujestvo” Beynəlxalq Xristian və Müsəlman Gənclər Forumu, “Sodrujestvo”nun gənc bloqqerlərinin dağ məktəbi, “Birlik gəncləri günləri” Beynəlxalq Forumu, “Sodrujestvo qəhrəmanları” forumu kimi layihələr var. Bundan əlavə, KİV-lər sahəsində əməkdaşlıq təklif edilib. Birliyin regional informasiya tərəfdaşı olan “Region onlayn” birgə fəaliyyətin informasiya dəstəyi sahəsində birgə ideyaların həyata keçirilməsi üçün öz platformasını təqdim etməyə hazırdır.
M.Əliyev gənclərin təşəbbüslərini fəal surətdə dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirərək deyib ki, martın 9-da ölkəmizə gələcək. Həmin günlər Azərbaycanda “Sodrujestvo” BGİT və onun Azərbaycandakı milli bölməsi ilə “Blits Sodrujestvo. Bakı” mövzusunda təhsil seminarı keçiriləcək.
Leyla Əliyeva görüşün sonunda bildirib ki, mayın 13-də Bakıda “Yer kürəsi uşaqların gözü ilə” fotoşəkil festivalı keçiriləcək. O, Rusiya gənclərini festivala dəvət edib.
Leyla Əliyeva bildirib ki, Azərbaycanda incəsənət sahəsində layihələrin həyata keçirilməsinə maraq göstərirlər. Bakıdakı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin, o cümlədən rəsm və foto sərgilərinin təşkil edilməsi üçün hər cür şərait yaradılıb. O, Moskvanın ən iri muzey-sərgi komplekslərindən biri olan “Multimedia Art Muzey”də təşkil edilən “Bakıya uçuş” sərgisindən söz açaraq deyib ki, hər gün sərgiyə 2 minədək adam gəlir.
Leyla xanım Əliyeva bütün görüş iştirakçılarını Bakıya dəvət edib.
Xəbər lenti
Hamısına baxSosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

