Bütün dünya Davosa, “Davos” isə Azərbaycana gəlir
02.04.2013 [01:43]
Bakıda keçiriləcək Forumda Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi inkişafı, bölgədəki iqtisadi vəziyyətin dünyanın digər regionlarına təsiri, gələcək perspektivlər və digər məsələlər müzakirə olunacaq
Məlum olduğu kimi, daha çox Davos Forumu adı ilə tanınan Dünya İqtisadi Forumu aprelin 7-8-də Bakıda keçiriləcək. Forum Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq adı altında baş tutacaq. Qeyd edək ki, Dünya İqtisadi Forumunun İsveçrənin Davos şəhərində, adətən, yanvar ayının sonu fevralın əvvəllərində keçirilən illik toplantısından əlavə, ilin müxtəlif aylarında digər şəhərlərdə regional məsələlərə həsr olunan beynəlxalq görüşləri də təşkil olunur. Bakıda keçiriləcək Forum da məhz bütün dünyanın diqqət mərkəzində olan, strateji əhəmiyyətli Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi inkişafı, bölgədəki iqtisadi vəziyyətin dünyanın digər regionlarına təsiri, gələcək perspektivlər və digər məsələlər müzakirə olunacaq.
Sirr deyil ki, Davos Forumuna dünyada çox böyük maraq var. Forumun illik toplantılarına dövlət rəhbərləri, tanınmış siyasi xadimlər, böyük və nüfuzlu şirkətlərin rəhbərləri, müxtəlif qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri qatılırlar. Dünya İqtisadi Forumu ilk dəfə 1971-ci ilin yanvarında Davos şəhərində Avropa Komissiyasının və Avropa sənaye assosiasiyalarının təşkilatçılığı ilə Avropa biznes liderlərinin görüşü kimi keçirilib. Daha sonra həmin görüşə sədrlik edən professor Klaus Şvab (Klaus Schwab) qeyri-kommersiya təşkilatı kimi mərkəzi qərargahı İsveçrənin paytaxtı Cenevrədə yerləşən Avropa Menecment Forumunun əsasını qoyub. Avropa iş adamlarının Davosdakı qış istirahət mərkəzində ənənə halını alan görüşləri əsasən, region şirkətlərinin ABŞ-da mövcud olan menecmentlik təcrübəsini mənimsəməsi yollarını müzakirə etmək məqsədi daşıyırdı. İlk dəfə olaraq 1974-cü ilin yanvarında siyasi liderlər də Davos görüşünə dəvət olunublar. Buna səbəb iri şirkətlərin maraqlarına təsir edən dövlətlərarası münaqişələrin, vətəndaş müharibələrinin, beynəlxalq layihələrin gerçəkləşdirilməsi və digər məsələlərin həlli dövlət və hökumət başçılarının iradəsindən asılı olması idi. Təşkilatın əhatə dairəsi və rolunun genişlənməsi nəticəsində 1987-ci ildə qurumun adı dəyişdirilərək Dünya İqtisadi Forumu adlandırıldı. 1976-cı ildən müəyyənləşdirilən qaydaya əsasən Dünya İqtisadi Forumuna qlobal, regional və milli səviyyələrdə ən nüfuzlu, gəlirli və fəaliyyət dairəsi geniş olan 1000 şirkət üzvdür. Onlar təqribən 100 milyon ABŞ dollarından 5 milyard dollaradək illik gəliri olan, orta hesabla 15 faizlik illik artım tempinə malik olan, fəaliyyət göstərdikləri cəmiyyətdə aktivliyi, səmərəliliyi ilə seçilən şirkətlərdir.
Qlobal əhəmiyyətli bir çox vacib məsələləri diqqət mərkəzində saxlamaq məqsədilə Dünya İqtisadi Forumu illik hesabatlar hazırlayır. Forumun Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında müxtəlif göstəricilər əsasında ayrı-ayrı dövlətlərin iqtisadiyyatının rəqabət qabiliyyəti reytinq cədvəlində əks olunur. Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatında dünya iqtisadiyyatını təhdid edən təhlükələr və onların səviyyəsi əksini tapır. Minlərlə ekspertin araşdırmalarının nəticəsi olaraq qarşıdakı 10 il müddətində dünyanı narahat edə biləcək 50 əsas risk müəyyən edilir. Dünya iqtisadiyyatını hədələyən risklər əmək bazarındakı, maliyyə sistemindəki disbalansdan, miqrasiya, demoqrafik problemlərə, terrorizm, kütləvi qırğın silahlarının yayılması, kiberhücum təhlükələrinədək ən müxtəlif sahələri əhatə edir.
İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Bunun da nəticəsində Forum görüşləri bəzən mühüm siyasi nəticələrlə yadda qalır. Məsələn, 1988-ci ildə Forum çərçivəsində Türkiyə ilə Yunanıstan arasında Davos Bəyannaməsinin imzalanması kritik həddə olan iki ölkə münasibətlərinin tədricən yaxşılaşmasına təkan verdi. 1989-cu ildə isə Davosda Şimali və Cənubi Koreya arasında nazirlər səviyyəsində ilk görüş keçirilib. Həmin ilin Davos Forumu çərçivəsində Almaniya kansleri ilə Şərqi Almaniya dövlətinin baş naziri arasında keçirilən görüşdə ölkənin birləşdirilməsi müzakirə olunub.
Davos Forumunun iqtisadi və siyasi əhəmiyyəti bu gün daha da artıb. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, həm də, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabatı xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

