İsveçrə parlamenti “səlib yürüşünə” qoşuldu...
19.12.2024 [08:49]
“Erməni hüquqlarının qorunması” adı altında edilən çağırışlar korporativ maraqların təcəssümüdür
Bern ermənipərəst “Qərb ansambl”ının uğursuz nümayəndəsinə çevrilib
Avropa İttifaqı yeni iqtisadi-siyasi dönəmdə olduqca çətin günlər yaşamaqdadır. Ukrayna müharibəsi ilə bağlı böhranlar, siyasi geriləmə və nəticə etibarı ilə post-2025-ci ildə “köhnə qitə”ni gözləyən aqibət yuxarı-aşağı bəllidir: Region özünün güc mərkəzi kimi funksionallığını itirir. Bu isə həm də Aİ-nin fərqli coğrafiyalara “uzanan əllərinin” kəsilməsi deməkdir.
Eyni mənzərəni Cənubi Qafqazda da görmək mümkündür. Son 4 ildə bölgədə Aİ maraqlarının “güdükçüsü”nə çevrilmiş Fransanın ard-arda yaşadığı məğlubiyyətlər hazırki reallığın bariz sübutudur - Azərbaycanın bölgədə yaratdığı yeni situasiya nəticəsində Aİ-nin Cənubi Qafqaz planı iflasa uğrayır. Hətta artıq “güvəndikləri” Ermənistan da “onların işinə yaramır”. Bölgəyə müdaxilə mexanizmi kimi əllərində saxladıqları separatçı rejimin çökdürülməsi isə Qərb üçün böyük zərbədir. Məhz bu səbəbdəndir ik, antiterror tədbirlərindən ötən dövrdə Avropanın bir sıra dövlətləri qərəzli, şər-böhtanı əks etdirən “qətnamələr” qəbul edərək guya Azərbaycanın iradəsinə təsir etmək “istəyirlər”. Könüllü şəkildə Azərbaycan torpaqlarını tərk edən ermənilərin “hüquqlarının müdafiəsi” adı altında gizlədilən bu maraq isə bütün ştrixləri ilə ifşa edilir...
Ermənipərəst “xor”un yeni “ifaçısı”...
Bu dəfə isə ermənipərəst “xor”un yeni “ifaçısı”qismində İsveçrə parlamenti çıxış etmək “qərarına gəlib”. Seperatizmə açıq dəstək göstərmək, ikili standartlardan çıxış etməklə, dövlətin daxili işlərinə qarışmaq istəyi ilə və qeyri-hüquqi “tələblər” səsləndirməklə İsveçrə ermənipərəst “Qərb ansambl”ının uğursuz nümayəndəsinə çevrilib. Belə ki, İsveçrə parlamentinin aşağı palatası “Dağlıq Qarabağ: Sülh Konfransı” adlı qondarma “qətnamə” qəbul edib. Qətnamənin lehinə 96 deputat, əleyhinə 80 deputat səs verib, 16 deputat isə bitərəf qalıb.
Qətnamədən könüllü şəkildə Ermənistana gedən ermənilərin “hüquqlarının” qorunması adı altında yeni oyunun “mexanizmi” “boylanır”. İsveçrə parlamenti onların “beynəlxalq nəzarət altında” kollektiv qayıdış hüququnu müzakirə etmək üçün açıq dialoq “təklifi irəli sürür”, “beynəlxalq sülh forumu” çağırışı səsləndirir. Qətnamənin müəllifi isə ermənipərəst deputat Erix Fontobeldir. Müzakirələrdə İsveçrənin xarici işlər naziri İqnazio Kassis də iştirak edib.
Azərbaycanlıların hüquqları niyə yada düşmür?
İsveçrə parlamentinin bu mənasız, qondarma və qərəzli “qətnaməsi” bütün parametrlər üzrə yalana söykənir. Çünki “qətnamənin” adı belə birbaşa beynəlxalq hüququn pozulmasıdır - seçilən ada nəzər salsaq, bunun şahidi olarıq. İsveçrə parlamentinin korporativ maraqlarla “silahlanan” üzvləri dəqiq bilirlər ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağ iqtisadi rayonu var - həmin regionda ötən il həyata keçirilən antiterror tədbirlərində isə dinc sakinlərə hər hansı bir zərər vurulmayıb. Həmin tədbirlərdə separatçı xuntanın legitim hərbi nöqtələri hədəfə alınıb. O ki qaldı, Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərin öz xoşları ilə Ermənistana getməsinə, burada da hansısa bir insan hüquqlarının pozuntusu faktından danışmaq belə mümkün deyil - həmin dövrü özündə əks etdirən çoxsaylı videoçəkilişlər mövcuddur (hətta beynəlxalq KİV-lərin çəkdikləri). Həmin çəkilişlərdə ermənilər özləri könüllü şəkildə Azərbaycan ərazilərinə tərk etmək istəklərini dilə gətirirlər.
Bəs görəsən, “sülh forumu” çağırışı ilə “əl-ayağa düşən” İsveçrə parlamenti eyni həssaslığı ötən 30 ildə hüququ pozulmuş, ev-eşiyindən didərgin salınmış, soyqırıma məruz qalmız Azərbaycan vətəndaşlarına, eyni zamanda, Qərbi Azərbaycandan qovulan, öz doğma evində yaşamaq hüququ əlindən alınan, torpaqlarına qayıtmalarına imkan verilməyən Qərbi azərbaycanlılara münasibətdə niyə göstərmir? Niyə İsveçrə parlamenti 30 il icra edilməyən BMT TŞ-nin 4 məlum qətnaməsi haqda bir qətnamə belə qəbul etməyib? Niyə, ermənilərin “hüququ” yada düşür, amma öz evindən-eşiyindən qovulan azərbaycanlıların hüququ İsveçrə parlamenti üçün maraqlı deyil.
Demək ki, məqsəd hansısa “hüququ” qorumaq deyil - məqsəd Azərbaycana qarşı təzyiq kampaniyasının yeni mərhələsini başlatmaqdır. Avropa İttifaqının üzvü olan İsveçrə prosesin gedişatını görür - anlayır ki, yeni dönəmdə Cənubi Qafqazda sülhün yaranması qaçılmazdır. Ermənistanın sülhü imzalamasından, İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşmasından sonra isə Aİ-nin bu ölkə üzərindən bölgəyə “soxulmaq” cəhdləri də boşa çıxacaq. Aİ-nin kəşfiyyyatçı “monitorinq qrupu” isə regionu tərk edəcək. Bütün bunlara mane olmaq üçün İsveçrə parlamenti özündən qabaqkı Fransa, Niderland və bu kimi ölkələrin qondarma “qətnamələrinin” sadəcə sayını artırır. Halbuki, bu ölkə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməli, regionda ədalətli və davamlı sülhün bərqərar olması üçün obyektiv və qərəzsiz yanaşma sərgiləməlidir...
QAİ bəyanat yayıb: Şər-böhtan, cəfəng çağırışlar...
Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması İsveçrə parlamentinin “qətnaməsi” ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, İsveçrə parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamədə yer almış şər-böhtan, hansısa “sülh forumunun çağırılması” kimi cəfəng çağırışlar ona səs verənlərin hər gün Zəngəzur dağlarından Azərbaycan tərəfə binoklla baxan təxribatçı siyasətçilər və diplomatlarla birlikdə hərəkət etdiyini göstərir. Bəyanatda, həmçinin deyilir: “Qətnaməni dəstəkləyən deputatların ermənilərin qayıdışının vacibliyini qabardaraq biz Qərbi azərbaycanlılara münasibətdə Ermənistana çağırış etməməsi, etnik və dini təəssübkeşliyin girovuna çevrilməsi, 20-ci əsrin əvvəllərində baş verdiyi iddia edilən uydurma hadisələrə istinad etmələri, Azərbaycana qarşı xüsusilə şanlı Vətən müharibəsindən sonra Qərbdə bəziləri tərəfindən aparılan “səlib yürüşü”nə qoşulmaları ikrah doğurur.
Regiondan uzaqda yerləşən, məsələlərin mahiyyətini dərk etməyən, diletant, irqçi mühakimələr yürüdən dairələr Azərbaycanın suverenliyinə qəsddən, onun daxili işlərinə müdaxilədən və qondarma təşəbbüslərdən əl çəkməlidir”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

