/ / Səudiyyə Ərəbistanının “Əl-Cəzirə” qəzetində Azərbaycanın üzləşdiyi mina probleminə dair məqalə dərc olunub
Səudiyyə Ərəbistanının “Əl-Cəzirə” qəzetində Azərbaycanın üzləşdiyi mina probleminə dair məqalə dərc olunub
31.12.2024 [22:25]
Səudiyyə Ərəbistanının “əl-Cəzirə” qəzetinin bugünkü nömrəsində Azərbaycanın ər-Riyaddakı səfiri Şahin Abdullayevin məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanda minatəmizləmə fəaliyyətləri: prioritetlər və ehtiyaclar” sərlövhəli məqalədə ölkəmizin üzləşdiyi mina problemi, o cümlədən mina hadisələrinin qurbanları, minatəmizləmə sahəsində səylərindən bəhs olunur. Yazıda qeyd edilir ki, Azərbaycanın işğaldan azad olunmuş əraziləri dünyanın piyada və tank əleyhinə mina və partlamamış hərbi sursatla ən çox çirklənmiş ərazilərindən biridir. İlkin hesablamalara görə, Ermənistan bu ərazilərdə təqribən 1.5 milyon mina basdırıb. Amma bu rəqəm son deyil, yeni axtarışlar və tapıntılar nəticəsində arta bilər.
Məqalədə vurğulanır ki, Azərbaycan minalardan azad bir dünya yaradılması fikrini dəstəkləyir. Lakin bu, yalnız bir ölkənin deyil, bütün beynəlxalq ictimaiyyətin məsuliyyətidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyada mina terroruna son qoymaq üçün beynəlxalq səylər artırılmalıdır.
Müəllif, həmçinin qeyd edir ki, Azərbaycan humanitar minatəmizləməni milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan edib. Ölkəmiz humanitar minatəmizləməni BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri kimi irəli sürür və bu təşəbbüsü fəal şəkildə təşviq edir. Bununla yanaşı, Azərbaycan Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış edir.
Yazıda, həmçinin ölkəmizin minatəmizləmə sahəsində səyləri qeyd olunur. Diqqətə çatdırılır ki, 2020-ci ilin noyabrından bəri Azərbaycan dövlət büdcəsindən ərazilərimizin minalardan təmizlənməsi üçün təxminən 200 milyon ABŞ dolları ayırıb. Dövlətimiz mina qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün bir sıra tədbirlər görür. Eyni zamanda, onları müasir protezlər, motorlu təkərli arabalar, sosial və psixoloji xidmətlər daxil olmaqla reabilitasiya avadanlıqları ilə təmin edir.
Bildirilir ki, minalar Azərbaycanda humanitar təhdid olaraq qalır, ölkə əhalisinin təxminən 10 faizini, yəni təxminən 1 milyon insanı təhdid edir. Bu insanlar əsasən doğma yurdlarına təhlükəsiz şəkildə qayıda bilməyən keçmiş məcburi köçkünlərdir. 2020-ci ilin noyabrında üçtərəfli Bəyanat imzalanandan sonra Ermənistan tərəfindən Azərbaycan torpaqlarına yerləşdirilən minalar nəticəsində 350-dən çox insan həyatını itirib və ya ağır yaralanıb.
Qeyd olunur ki, Azərbaycan mina təhlükəsi ilə məlumatlandırma fəaliyyətlərində yaxından iştirak edir. 2024-cü il mayın 30-31-də Bakıda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr edilmiş III Beynəlxalq Minatəmizləmə Konfransında ölkəmizin bu sahədə səyləri təqdim olunub. Dövlətimiz, həmçinin bu mövzu ilə bağlı Ottava Konvensiyasına qoşulub.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42

