Azərbaycan qeyri-neft sənayesi ölkəsinə çevrilməkdədir
04.06.2013 [00:43]
Respublikada həyata keçirilən şaxələndirmə siyasəti öz bəhrəsini verir
Məlum olduğu kimi, Azərbaycan hazırda dünyada sürətli inkişaf tempinə malik olan ölkələrdən birinə çevrilib. Buna isə həyata keçirilən iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirilməklə nail olunub. Heç şübhəsiz, ölkənin sosial-iqtisadi inkişafının yalnız bir sektor üzərində qurulması və iqtisadiyyatın yalnız bir amildən asılılığı inkişafa xidmət etmir. Bu baxımdan, Azərbaycanda da iqtisadiyyatın neft amilindən asılılığının azaldılması və qeyri neft sektorunun inkişafı istiqamətində ildən ilə fəal, məqsədyönlü işlər aparılır. Əsas hədəf növbəti illərdə ümumi daxili məhsulun məhz qeyri-neft sektoru hesabına artırılmasına yönəlib.
Mayın 29-da Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun rəsmi açılışında iştirak edən Prezident İlham Əliyev bildirib ki, biz öz neft gəlirlərimizi müdrik şəkildə istifadə etməyi bacarmışıq: “Bunu söylədikdə biz daha çox iqtisadiyyatımızın şaxələndirilməsinə səylər göstəririk, iqtisadiyyatın enerji sahəsindən asılılığını azaldırıq, ölkənin və iqtisadiyyatın davamlı inkişafını təmin etməyə çalışırıq. Çünki neft və qaz tükənən bir sərvətdir. Azərbaycana gəldikdə, bizim sərvətlər hələ bir 100 il bizə kifayət edəcəkdir. Amma buna baxmayaraq, biz bu “qara qızıl”ı insan kapitalına çevirməyə çalışırıq. Biz artıq bu işlərə başlamışıq. Biz aparıcı mütərəqqi texnologiyalara sərmayə qoyuruq, qeyri-neft sektoruna sərmayələr yatırırıq”.
Bütövlükdə, 2003-cü ildən etibarən, Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Nəticədə ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb. 2013-cü ilin ilk 4 ayında qeyri-neft sektorunda ümumi daxili məhsulun (ÜDM) artımı 11 faizdən çox olub.
Hazırda Azərbaycanda iqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Məsələn, informasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sektorlardan biri kimi müəyyənləşdirilib. Cari ilin fevralında “Azərspace-1” ilk Azərbaycan peyki fəzaya buraxılıb, ölkəmizdə kosmos sənayesinin inkişaf etdirilməsi istiqamətində işlər aparılır.
Əlavə edək ki, müstəqilliyin ilkin dövrlərində Azərbaycan iqtisadiyyatında neft sektorundan fərqli olaraq qeyri-neft sektorunda istehsalın real artımı zəif inkişaf etməkdə idi. Bu xüsusilə, neft sektoru ilə müqayisədə həmin sektora daha az xarici investisiyaların cəlb olunması və bu sektorun məhsullarına qarşı xarici tələbin zəif olması ilə əlaqədar olub. Lakin neftdən əldə edilən gəlirlərin qeyri-neft sahəsinə yatırılması və konkret islahatların aparılması nəticəsində sözügedən sahə inkişaf etdi. Bir sözlə, Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə bəiləcək strateji bölməyə çevrilib. Həyata keçirilən məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcəkdə iqtisadi inkişaf üçün dərin zəmin yaradıb. Məsələn, 2009-cu il ərzində ölkə iqtisadiyyatında əsas kapitala yönəldilmiş 7358,7 milyon manatlıq investisiyanın 5374,1 milyon manatı (73,0 faizi) qeyri-neft sektorunun payına düşüb. Son illərdə Azərbaycan iqtisadiyyatının tikinti, energetika, informasiya-kommunikasiya və digər qeyri-neft sahələrinə xarici investisiyaların yatırımı genişlənib. Məsələn, ölkəmizdə əsas kapitala yatırılan ümumi investisiyalarda neft sektorunun payı son 5 ildə kəskin azalıb. 2011-ci ildə ümumi investisiyaların cəmi 23,2 faizi neft sektoruna yatırılıb. Halbuki 5 il əvvəl - 2006-cı ildə ümumi investisiyaların yarıdan çoxu - 57,1 faizi neft sektorunun payına düşüb. Qeyd edək ki, 2011-ci ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi rekord həddə - 20 milyard dollara çatıb ki, bunlardan 13 milyard dollar daxili, 7 milyard dollar isə xarici investisiyalardır. Bu məbləğdən 15,7 milyard dollar iqtisadiyyatın qeyri-neft sektorunun payına, 4,3 milyard dollar isə neft sektorunun payına düşüb.
2004-2012-ci illər ərzində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) sürətlə artımını iqtisadiyyatın differensasiyası istiqamətində görülən işlərin nəticəsi kimi qiymətləndirmək olar ki, burada qeyri-neft iqtisadiyyatının xüsusi çəkisi var. Məsələn, 2009-cu ildə qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin 6,5 faizi qeyri-neft sənayesinin payına düşüb. Həmin il qeyri-neft sənayesi üzrə 1025,2 milyon manatlıq əlavə dəyər yaradılıb. Bununla yanaşı, qeyri-neft sektoru üzrə yaradılan əlavə dəyərin həcmi də artıb.
Sözsüz ki, Azərbaycan iqtisadiyyatında inkişaf göstəriciləri arasında sənayenin çəkisi də artmaqdadır. Bütövlükdə, respublikanın müxtəlif bölgələrində, Bakıda sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır. Təkcə 2012-ci ildə ölkədə 60-dan çox sənaye müəssisəsi istifadəyə verilib. İrəlidə sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən, yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcək. Ölkədə və Cənubi Qafqazda ilk metanol zavodunun işə salınması isə 2013-cü ilin yayına nəzərdə tutulub. Həmçinin, Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində ardıcıl işlər aparılır. Bundan başqa, Mingəçevirin sənaye potensialı və investisiya qoyuluşu imkanları araşdırılır.
Onu da bildirək ki, Azərbaycanda Sumqayıt və Balaxanıda sənaye və yüksək texnologiyalar parkının yaradılması iqtisadi artımın qeyri-neft sektoru amili hesabına təmin edilməsi ilə yanaşı, həm də ölkə iqtisadiyyatının modernizasiyasının həyata keçirilməsi, ölkə iqtisadiyyatının gələcək inkişafının innovativ trayektoriyaya çıxarılması istiqamətində həyata keçirilən çox ciddi addımlardan biridir. 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışında dövlət başçısı vurğulayıb ki, ölkəmizdə sənayeləşmə prosesi sürətlə gedir, texnoparklar yaradılır, yeni sənaye müəssisələri fəaliyyət göstərir. Bu da iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına xidmət göstərir: “Yəni, bu, o deməkdir ki, şaxələndirmə siyasətimiz öz bəhrəsini verir. Bu gün ölkəmiz üçün ənənəvi olmayan sahələr inkişaf edir - informasiya-kommunikasiya texnologiyaları, digər sahələr. Neft amilindən asılılıq azalır. Ümumi daxili məhsulumuzda neft seqmenti artıq azlıq təşkil edir. Bu da çox müsbət göstəricidir. Ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır. Yəni, gələcək illərdə bu proses davam etdiriləcəkdir”.
Beləliklə, demək olar ki, Azərbaycandakı iqtisadi sistem qlobal maliyyə böhranından əziyyət çəkən bir sıra dövlətlər üçün nümunə ola bilər. Dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir. Yəni, milli iqtisadiyyatın inkişafı üçün maliyyə resurslarına malik olmaq heç də inkişaf demək deyildir, əsas məsələ bu maliyyədən necə istifadə etməkdədir. Neftlə zəngin ölkə olmaq da inkişafın zəruri olacağına dəlalət etmir.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40

