Volqoqradda Rusiya-Azərbaycan dostluğu parkının təməli qoyulub
06.06.2013 [02:11]
Dördüncü Rusiya-Azərbaycan Forumu çərçivəsində iyunun 5-də Volqoqradda “Bakı” parkının təməlqoyma mərasimi olub.
Mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başda olmaqla nüfuzlu nümayəndə heyəti, respublikamızın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK), Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), Volqoqrad vilayəti hökumətinin nümayəndələri iştirak ediblər.
Volqoqrad vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Oleq Kirsanov mərasimi açaraq qeyd edib ki, bu gün Volqoqradda “Bakı” beynəlxalq parkının tikintisinə start verilir. Volqoqrad vilayətinin vitse-qubernatoru bildirib ki, iqtisadiyyatın bir çox sahələrində Azərbaycan ilə Rusiya arasında yaranmış möhkəm əlaqələri qiymətləndirmək çətindir. O.Kirsanov deyib: “Parkın tikintisinin başlanması və onun yaxın vaxtlarda başa çatdırılması tarixi şəhərimizin xəritəsində yeni inci görməyə imkan verəcəkdir. Biz beynəlxalq əməkdaşlığımızın yeni təməl daşını qoyuruq. Bütün volqoqradlılar adından azərbaycanlı dostlarımıza demək istəyirəm ki, biz həmişə sizi burada görməyimizə şadıq, siz Volqoqrad torpağında ən sevilən qonaqlarsınız. Yeni parkın bünövrəsinə qoyacağımız kapsul dövlətlərimizin gələcəyinin rəhnidir”.
Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov mərasimin iştirakçıları qarşısında çıxış edərək deyib ki, xatirə kapsulunun gələcək nəsillər üçün saxlanması Rusiya ilə Azərbaycan arasında sarsılmaz dostluğun rəmzi olacaq. Belə obyektlərin tikilməsi gözəl ənənəyə çevrilir. V.Çernov xatırladıb ki, keçən il Həştərxanda Rusiya-Azərbaycan dostluğu körpüsü açılıb. O, Heydər Əliyev Fonduna, Volqoqrad vilayətinin Azərbaycan diasporuna və belə əhəmiyyətli, xeyirxah təşəbbüsləri həyata keçirənlərə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında qeyd edib ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü və Bakı şəhərinin Qaradağ rayon İcra Hakimiyyəti başçısının dəstəyi ilə “Bakı” parkının bünövrəsi qoyulacaq. Parkın salınması barədə razılaşma bu il aprelin əvvəlində Azərbaycan nümayəndə heyətinin Volqoqrada səfəri zamanı əldə edilib. Ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, dostluq parkının salınması sahəsində kompleks işləri ən qısa müddətdə yerinə yetirmək qərara alınıb. Ə.Həsənov deyib: “İnanıram ki, əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış xalqlarımız, ölkələrimiz və şəhərlərimiz arasında dostluğun rəmzi olan bu park volqoqradlıların ən gözəl və sevimli istirahət yerlərindən biri olacaqdır. Sevindirici haldır ki, parkın təməli Stalinqrad döyüşündə alman-faşist işğalçılarının sovet qoşunları tərəfindən darmadağın edilməsinin 70 illiyinin qeyd olunduğu ildə qoyulur. Bu Qələbəni digər xalqların nümayəndələri ilə yanaşı döyüşlərdə qəhrəmanlıq və igidlik göstərmiş Azərbaycan əsgərləri də yaxınlaşdırmışlar. Biz fəxr edirik ki, Stalinqrad döyüşü iştirakçılarının - iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı, mayor Xıdır Mustafayevin adları müharibənin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılacaqdır”.
Əli Həsənov bildirib ki, Volqoqradda yaşayan azərbaycanlıların indiki nəsli də xalqlarımızın çoxəsrlik ənənələrini layiqincə davam etdirir. Volqoqradın Azərbaycan diasporu arasında çox nüfuzlu insanlar var. Onlar vilayətin ictimai-siyasi həyatına fəal iştirak edirlər.
Rusiya Azərbaycanlıları Konqresinin Volqoqrad şöbəsi dostluq parkının yenidən qurulmasında bilavasitə iştirak edir. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vurğulayıb: “Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü və Bakının Nərimanov rayon İcra Hakimiyyəti başçısının dəstəyi ilə bir sıra buna bənzər layihələr həyata keçirilmişdir. Tezliklə həştərxanlılar da Bakıda dostluq parkı açacaqlar. Bu, bütöv bir dövr ərzində azərbaycanlıların və rusların bir-birini başa düşmək bacarığı nümayiş etdirdiklərinə, qarşılıqlı hörmətin əvəzsiz təcrübəsini qoruyub saxladıqlarına dəlalət edir. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin yürütdükləri siyasət sayəsində ikitərəfli Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və genişlənir. Biz bundan sonra da əlaqələrimizin dərinləşməsi və genişlənməsi istiqamətində irəliləyəcəyik”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qonaqpərvərliyə görə Volqoqrad tərəfinə minnətdarlığını bildirərək deyib ki, bu gün təkcə Volqoqradda yaşayan azərbaycanlılar üçün deyil, həm də Rusiyada yaşayan və işləyən bütün azərbaycanlılar üçün bayramdır. Səfir deyib: “Volqoqradda bu günlər artıq xalqlarımız və ölkələrimiz arasında dostluğun nümayişinə çevrilir. Bu, bizim üçün çox vacibdir. Çünki biz qonşuyuq, qonşular isə mehribanlıq şəraitində yaşamalıdırlar. Yeni park illərlə xalqlarımız arasında dostluğun rəmzi olacaqdır”.
P.Bülbüloğlu vurğulayıb ki, park bir neçə ay ərzində qurulacaq və artıq sentyabrda açılacaq. Bu, hətta indiki vaxtda rekord dərəcədə qısa müddətdir. Səfir arzulayıb ki, qoy bu parka gələn gənclər həmişə dostluğumuzu xatırlasınlar və onu gələcək nəsillərə çatdırsınlar.
Sonra Əli Həsənov və Vladimir Çernov gələcək nəsillərə ünvanlanmış müraciəti imzalayıblar. Müraciətdə deyilir: “Biz, forum iştirakçıları və Volqoqrad sakinləri əminik ki, salınacaq park təkcə şəhərlərimiz arasında deyil, həm də dövlətlərimiz arasında dostluğun rəmzi olacaqdır. Bu park birgə səylər nəticəsində yarandığı kimi, biz də gələcək nəsillərin rifahı naminə Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqlarının qarşılaşdıqları bütün çağırışları birlikdə dəf edəcəyik. Bu kapsulu bünövrəyə qoymaqla bundan sonra da ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafı yolu ilə getmək barədə birgə niyyətlərimizi təsdiq edirik”.
Sonra kapsul yeni parkın bünövrəsinə qoyulub.
Volqoqradın mərkəzi mədəniyyət və istirahət parkı ötən əsrin 60-cı illərindən fəaliyyətə başlayıb. Həmin vaxt şəhərin mərkəzi hissəsində fəal tikinti işləri aparılırıb. Parkın birinci layihəsi 1967-ci ildə hazırlanıb. Sonra layihəyə dəyişikliklər edilib. Son illər parkın 26 hektarlıq ərazisi baxımsız vəziyyətə düşüb. Hazırda mərkəzi mədəniyyət və istirahət parkında ərazinin abadlaşdırılması işlərinə başlanılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

