Yeni hədəflər...
19.02.2025 [10:18]
Üçüncü Xəzər İqtisadi Forumunda ticarət, nəqliyyat və digər sahələrdə əlaqələrin artırılması qərara alınıb
Fevralın 17-18-də İranın paytaxtı Tehranda Xəzəryanı dövlətlərin iştirakı ilə Üçüncü Xəzər İqtisadi Forumu keçirilib. Forumda Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstanın hökumət başçıları, nəqliyyat və ticarət qurumlarının rəhbərləri, iş adamları və digər şirkətlərin nümayəndələri iştirak ediblər. Forumda nəqliyyat, tranzit, ticarət, bank sahələrində əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Xəzəryanı ölkələrin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da genişləndirməsində bu forum əhəmiyyətli platforma kimi özünü doğrultmaqdadır. İlk dəfə 2019-cu ilin avqustunda Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Xəzər İqtisadi Forumu qısa müddətdə mühüm iqtisadi-ticari, nəqliyyat məsələlərinin reallaşmasında rol oynamaqla, çoxtərəfli iqtisadi dialoq üçün faydalı platformaya çevrilib. Bu baxımdan tərəflər növbəlilik prinsipi ilə davamlı forumların keçirilməsini qərara alıb.
COVID-19 pandemiyası səbəbindən forumlar təxirə salınsa da, 2022-ci ildə işini yenidən bərpa edib. Həmin ilin oktyabrında Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumunda nəqliyyat-tranzit məsələləri üzrə əhəmiyyət kəsb edən razılaşmalar əldə olunub.
“Şimal-Cənub” nəqliyyat dəhlizinin imkanları artırılır
Xəzər regionu zəngin təbii ehtiyatlara və iqtisadi potensiala malikdir ki, bu da ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da artırılması üçün münbit şərait yaradır. 300 milyondan çox əhalisi və 700 milyard dollar ticarət dövriyyəsinə malik olan Xəzəryanı dövlətlərin iqtisadi əməkdaşlığına Azərbaycan da böyük töhfələr verir, tərəfdaşlarla qarşılıqlı ticarət dövriyyələrini artırır.
Forumda çıxış edən Azərbaycanın baş naziri Əli Əsədovun da vurğuladığı kimi ölkəmiz davamlı olaraq Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əlaqələrə xüsusi önəm verir. Bunun nəticəsidir ki, 2024-cü ildə Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsinin ümumi dəyəri 2023-cü illə müqayisədə 6 faizdən çox artıb.
Xəzər regionu ölkələri arasında əlaqələrin inkişafına töhfə verən mühüm vasitələrdən biri “Şimal-Cənub” nəqliyyat dəhlizidir. Hazırda dəhlizin daşıyıcılıq gücünün artırılması yönündə əlavə modernləşdirmə işləri aparılmaqdadır. Yeni modernizasiya planına əsasən, “Ulyanovsk- Bakı - Astara” marşrutu “Orta Volqa - Xəzər dənizi - Fars körfəzi” logistika zəncirinə qoşulacaq, eyni zamanda, Azərbaycan və İranın dəmir yolları birləşdiriləcək. Həmçinin “Şimal-Cənub” marşrutunun “Trans-Xəzər” bölməsinin də bu inteqrasiya blokuna cəlb edilməsi istiqamətində də fəal iş aparılmaqdadır.
Tərəflər, həmçinin Orta-Mərkəzi Asiya-Xəzər tranziti üzrə dəhlizin daşınma rejiminin asanlaşdırılması üçün tariflərə yenidən baxılmasını, güzəştli ticarət rejiminin yaradılmasını vacib sayır. Eyni zamanda, sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin sərhəddən keçməsi prosesi, gömrük yoxlaması və sənədlərin rəsmiləşdirilməsi qaydasının asanlaşdırılması, daha açıq və hesabatlı tranzit formatının təşkili məqsədilə rəqəmsal platformanın qurulması təklif olunub. Ümumilikdə, məqsəd bu nəqliyyat dəhlizinin gücünün daha da artırılması üçün Xəzər klasteri zonasında bütün tərəflərin dəniz-liman infrastrukturu və konteyner qovşaqlarının, dəmir yolu şəbəkələrinin əlaqələndirilməsi, vahid yükdaşıma sisteminin yaradılmasıdır.
Vahid ekoloji strategiya hazırlana bilər
Xəzəryanı ölkələrin ümdə prioritetlərindən biri də iqlim təhlükəsizliyi, xüsusilə də Xəzərin ekoloji mühitinin qorunmasıdır. Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini J.Ş.Əliyev Xəzər regionu ölkələri arasında ətraf mühitin mühafizəsi sahəsində güclü və səmərəli əməkdaşlıq qurulduğunu bildirərək müasir iqlim çağırışları fonunda vahid ekoloji strategiyanın hazırlanmasını təklif edib. İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arefi isə vurğulayıb ki, Xəzər dənizi dünyada ən zəngin kürü və nərə ehtiyatlarına malik olduğundan dənizin ekologiyasının qorunmasında ciddi addımlar atılmalıdır. Hazırda dünya bazarına çıxarılan kürü və nərə balığının 80 faizi məhz Xəzər dənizindən tədarük edilir və bu ehtiyatlar təkcə Xəzər regionu dövlətləri üçün deyil, Asiya və Avropa dövlətləri üçün də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan dənizətrafı ölkələr bu sərvətlərin qorunması və səmərəli istifadəsi sayəsində qlobal bazarlarda böyük pay əldə etmək iqtidarındadır.
Üçüncü Xəzər İqtisadi Forumu tərəfdaş ölkələr arasında gələcək əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmək, xüsusilə də, ticari-nəqliyyat, enerji sahəsində nəzərdə tutulan hədəfləri qısa müddət ərzində yekunlaşdırmaqla bu coğrafiyada qarşılıqlı mal və əmtəə dövriyyələrinin həcmlərini artırmaq baxımından yeni imkanlar açacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34

