Azərbaycan Dillər Universitetində Çin Mərkəzi açılıb
13.06.2013 [01:02]
İyunun 12-də Azərbaycan Dillər Universitetində (ADU) Çin Mərkəzinin və açıq kitabxananın açılışı olub.
AzərTAc xəbər verir ki, açılış mərasimində dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, beynəlxalq təşkilatların təmsilçiləri, səfirliklərin əməkdaşları iştirak ediblər.
Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ölkə universitetləri arasında ilk dəfə ADU-da yaradılmış açıq kitabxananın əhəmiyyətindən, universitetdə fəaliyyət göstərən mərkəzlərin ölkələrarası münasibətlərin inkişafında böyük rolundan danışıb. Yeni kitabxanada mindən çox kitabın açıq şəkildə universitetin müəllim və tələbələrinin, eləcə də bütün maraqlananların ixtiyarına verildiyini qeyd edən S.Seyidov, bu kitabların sayının gündən-günə artacağına ümidvar olduğunu bildirib.
Çin Mərkəzi haqqında məlumat verən rektor universitetdə dünyanın 15-dək ölkəsinin tarixini, mədəniyyətini əks etdirən mərkəzlərin yaradıldığını və bu qurumların müvafiq dilləri öyrənən tələbələrə böyük köməyini qeyd edib. Mərkəzlərin xidmətindən universitetin tələbə və müəllimləri ilə yanaşı, ölkənin digər ali təhsil ocaqlarında təhsil alan gənclərin də faydalandıqları bildirilib.
ADU-nun Çinin Siçuan Universiteti ilə əməkdaşlığından söz açan S.Seyidov rəhbərlik etdiyi ali məktəbdə Çin Mərkəzinin açılmasının bu ölkənin universitetləri ilə əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında qədim tarixə malik münasibətlərin dərinləşdirilməsi istiqamətində atılmış mühüm addım olduğunu vurğulayıb.
Sonra rəmzi qırmızı lent kəsilib, qonaqlar Çin Mərkəzi ilə yaxından tanış olublar.
Çin Xalq Respublikasının (ÇXR) ölkəmizdəki səfiri Xun Tsyui Azərbaycan-Çin diplomatik əlaqələrinin qurulmasından ötən 21 il ərzində iki ölkənin dostluq münasibətlərinin daha da inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlıq çərçivəsində böyük uğurların qazanıldığını söyləyib. Səfir ADU-da Çin Mərkəzinin açılmasının ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafında və möhkəmlənməsində əhəmiyyətli rolunu diqqətə çatdırıb. Diplomat Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mövcud ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.
Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ADU-da Çin Mərkəzinin açılmasının tələbələrin Çin dili və mədəniyyətini daha dərindən mənimsəmələrinə kömək edəcəyini bildirib. Ə.Əhmədov deyib ki, bu mərkəz təkcə tədris guşəsi deyildir, o tezliklə Çin-Azərbaycan dostluğunu əks etdirən bir məkana çevriləcək.
Azərbaycan və Çin arasında bütün sahələrdə, xüsusilə siyasi sahədə səmərəli əməkdaşlığın bərqərar olduğunu qeyd edən YAP Sədrinin müavini 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin, 2005-ci və 2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÇXR-ə səfərlərini xatırladıb. Ə.Əhmədov əminliklə bildirib ki, ADU-da belə bir mərkəzin yaradılması təhsilimizlə yanaşı, dövlətlərarası münasibətlərin inkişafına da öz töhfələrini verəcək.
Çinin dünya mədəniyyətinə töhfələrindən, xalqlarımız arasında mədəni əlaqələrin dərin köklərindən danışan Ə.Əhmədov hələ XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında Çin gözəlinin tərənnüm olunduğunu xatırladıb.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, akademik Ziyad Səmədzadə ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Çin münasibətlərinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Xalqlarımız və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində belə tədbirlərin əhəmiyyətini qeyd edən Milli Məclisin komitə sədri Çinə səfərlərindən, bununla bağlı təəssüratlarının 50-dək elmi məqalədə və dörd kitabda əks olunmasından söz açıb.
Z.Səmədzadə Azərbaycan və rus dillərində nəşr olunmuş “Çin qlobal dünya iqtisadiyyatında” kitabını ADU-nun Çin Mərkəzinə hədiyyə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı, Çinin Siçuan Universitetinin fəxri professoru Asəf Hacıyev ADU-da Çin Mərkəzinin fəaliyyətə başlamasının xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rolundan danışıb, belə təşəbbüsləri yüksək dəyərləndirib.
UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun rektoru, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının prezidenti, akademik Engel Tahirov müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu təhsil məkanında olmasından məmnunluğunu bildirib, Çin Mərkəzinin açılması münasibətilə tərəfləri təbrik edib. Sonra E.Tahirov professor S.Seyidovun “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının həqiqi üzvü seçildiyini bildirib və akademik diplomunu azərbaycanlı rektora təqdim edib.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərlərini əks etdirən videosüjetlər, ADU-nun Çin Mərkəzinin fəaliyyəti ilə bağlı slaydlar nümayiş olunub.
Həmçinin Çin xalq mahnılarının mahir ifaçısı, Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuanın ifa etdiyi mahnıların klipləri göstərilib.
Açılış mərasimi ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil alan tələbələrin ifasında “Molixua” (Əyləncəli mahnı) Çin xalq mahnısı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

