/ / Əli Həsənov: Azərbaycan hakimiyyəti “Azadlıq” radiosunun televiziya variantının yayımına müdaxilə etməyib
Əli Həsənov: Azərbaycan hakimiyyəti “Azadlıq” radiosunun televiziya variantının yayımına müdaxilə etməyib
09.07.2013 [15:30]
“Azərbaycan hakimiyyəti televiziya və radioların fəaliyyətinə mane olmur, onların yayımlandığı dalğalara müdaxilə etmir, dalğaları vurmur”. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyulun 8-də “Media forum” saytına açıqlamasında belə deyib.
Əli Həsənov vurğulayıb ki, Azərbaycan hakimiyyəti “Azadlıq” radiosunun televiziya variantının yayımına müdaxilə etməyib və radio, həmçinin onun televiziya proqramı fasiləsiz olaraq yayımlanır: “Azadlıq” radiosu istədiyi dalğada gecə-gündüz informasiya yayır. Baxmayaraq ki, bu informasiyaların əksəriyyəti səhv, əsassız, obyektivlikdən və radionun missiyasından uzaqdır, Azərbaycan hakimiyyəti “Azadlıq” radiosuna, onun qanun çərçivəsində olan fəaliyyətinə mane olmağı planlaşdırmır. İndiyədək belə bir fikirdə olmamışıq və bundan sonra da olmayacağıq. Ona görə də “Azadlıq” radiosunun dalğalarının vurulması haqda deyilənləri təkzib edirik”.
İyun ayında “Azadlıq” radiosunun rəhbərliyi radionun “Fərqli xəbərlər” həftəlik televiziya proqramının peyk yayımına müdaxilələrin olduğu, bunun aprelin sonlarından başlandığı və bəzi müdaxilələrin ABŞ-ın Beynəlxalq Yayım Bürosunun mühəndisləri tərəfindən qeydə alınaraq sənədləşdirildiyi haqda məlumatlar yayıb. Radio rəhbərliyi peyk siqnallarının qəsdən və sistematik şəkildə boğulduğunu güman edir.
İyulda ABŞ-ın Bakıdakı səfirliyi bildirib ki, səfirlik məsələni “Azadlıq” radiosu və Azərbaycan hökuməti ilə müzakirə edir. Bunun ardınca ABŞ Dövlət Departamentinin sözçüsü Patrik Ventrell də Vaşinqtonda keçirdiyi brifinqdə deyib ki, məsələ ilə bağlı “Azadlıq” radiosu və Azərbaycan rəhbərliyi ilə müzakirələr aparılır.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

