/ / Fransanın kütləvi informasiya vasitələri Kannda keçirilən Azərbaycan mədəniyyəti günlərini geniş işıqlandırıb
Fransanın kütləvi informasiya vasitələri Kannda keçirilən Azərbaycan mədəniyyəti günlərini geniş işıqlandırıb
10.07.2013 [14:21]
Fransanın kütləvi informasiya vasitələri ölkənin cənubunda hər il beynəlxalq kino festivallarının keçirildiyi Kann şəhərində iyulun 4-dən 7-dək təşkil olunan Azərbaycan mədəniyyəti günləri ilə bağlı tədbirləri geniş işıqlandırıb.
Fransanın cənub bölgəsində gündəlik nəşr olunan nüfuzlu “Nice-matin” qəzetində dərc edilən “Möhtəşəm atəşfəşanlıq” sərlövhəli məqalədə Protexnik incəsənət festivalı mövsümünün Azərbaycan mədəniyyəti günləri ilə başladığı diqqətə çatdırılır, möhtəşəm atəşfəşanlığın Kann şəhərinin fəxri qonağı Azərbaycanın şərəfinə təşkil edildiyi vurğulanır.
Azərbaycan bayrağının rənglərinin təsviri ilə başlayan atəşfəşanlığın yaddaqalan gözəl kompozisiya əsasında təşkil edildiyi, onun Azərbaycan musiqisinə uyğun icra olunduğu bildirilir.
Qəzetin “Kann Festivallar sarayında Azərbaycan gözəlliyi bayram edilir” sərlövhəli yazısında isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən konsertlərdən və “Arşın mal alan” filminin nümayişindən söhbət açılır, bu tədbirlərin Qafqazın mirvarisi olan Azərbaycanın qədim tarixi, zəngin mədəni dəyərləri, turizm imkanları barədə geniş məlumatın əldə olunmasında xüsusi əhəmiyyəti bildirilir.
Qəzetin “Azərbaycan Kannda” yazısında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransanın bir çox şəhərlərində təşkil olunan sərginin Kannın məşhur Festivallar sarayında fəaliyyətə başladığı diqqətə çatdırılır. Sərgidə ən qədim pulların nümayişinin ölkəmizin zəngin tarixindən xəbər verdiyi, Odlar diyarının simvollarından biri olan Qız qalasının UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edildiyi bildirilir.
“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində təşkil olunan sərginin ölkəmizin tarixini və mədəniyyətini təqdim etməsi və fransızların Azərbaycan barədə hərtərəfli məlumat əldə etmələrində xüsusi əhəmiyyəti vurğulanır, arxeoloji tapıntıların, misdən hazırlanan əşyaların, qədim musiqi alətlərinin, əlvan naxışların vurulduğu qədim xalçaların sərgiyə gələnlərin böyük marağına səbəb olduğu diqqətə çatdırılır.
Sərginin “Hisslər” bölməsində azərbaycanlı rəssamların çoxsaylı əsərlərinin nümayiş etdirilməsindən, onların texniki baxımdan ustalıqla kətan üzərində çəkilməsindən, müxtəlif əsərlərdə insan hisslərinin rəngarəng formada tamaşaçılara çatdırılmasından ətraflı söhbət açılır.
Məqalədə sarayda Azərbaycan Dövlət simfonik orkestrinin uğurlu çıxışı qeyd olunur, kollektivin əsasının 1920-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən qoyulduğu, keçmiş Sovet İttifaqının ən yaxşı orkestrləri sırasında yer aldığı, vaxtilə ona məşhur bəstəkarlardan Rene Batonun və Otto Klemperenin dirijorluq etmələri barədə məlumat verilir.
Məqalədə, həmçinin Fəxrəddin Kərimovun dirijorluq etdiyi simfonik orkestrin dünyanın bir çox ölkələrində uğurlu çıxış etməsindən danışılır.
Mədəniyyət günləri çərçivəsində “Natiq” ritm qrupunun və Dövlət rəqs ansamblının çıxışlarını diqqətə çatdıran məqalədə fransız tamaşaçıların Azərbaycanın zəngin mədəni dəyərləri arasında nağaraya xüsusi maraq göstərmələri, Azərbaycan folkloruna məxsus çalğı aləti olması, ritm qrupunun 2010-cu ildə Seulda keçirilən beynəlxalq festivalda müvəffəqiyyətlə çıxış etdiyi vurğulanır.
Fransanın nüfuzlu “TV5 Monde” televiziya kanalı Kannda keçirilən Azərbaycan mədəniyyəti günlərinə həsr etdiyi verilişində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransada keçirilən Azərbaycan günlərinin ölkəmizin qədim tarixini, zəngin mədəni irsini fransızlara yaxından tanıtmaq məqsədi daşıdığı diqqətə çatdırılıb, belə tədbirlərin iki ölkə arasında mədəni əlaqələrin inkişafında xüsusi əhəmiyyəti vurğulanıb.
Azərbaycan muğamı və caz musiqisindən söhbət açılan verilişdə gənc cazmenlərdən Şahin Növrəsli və İsfar Sarabskinin beynəlxalq caz festivallarına müvəffəqiyyətli çıxışlarından bəhs olunub, ölkəmizin memarlıq abidələri, Bakının görməli yerləri, təkrarolunmaz təbiəti, turizm imkanları nümayiş etdirilib.
“Cezar.fr” və “artcotedazur” portallarında Heydər Əliyev Fondunun Azərbaycan ilə Fransa arasında əməkdaşlığın qurulması və möhkəmlənməsi, iki xalqın bir-birinə yaxınlaşması istiqamətində fəaliyyəti, ölkəmizdə və xaricdə müxtəlif tədbirlər keçirdiyi, Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidentlik etdiyi, qurumun vitse-prezidenti Leyla Əliyevanın incəsənətə xüsusi maraq göstərdiyi və xarici ölkələrdə Azərbaycan incəsənəti ilə bağlı təşkil olunan sərgilərdə onun müəllifi olduğu əsərlərin böyük müvəffəqiyyət qazandığı diqqətə çatdırılır.
Xəbər lenti
Hamısına baxGündəm
01 May 11:17
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

