Görülən bütün işlərin təməlində düşünülmüş siyasət dayanır
10.07.2013 [14:27]
Hökumətin iqtisadi sahədəki siyasətinin əsas istiqamətlərindən birini regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində yerli istehsal sahələrinin yaradılması təşkil edir
Məlum olduğu kimi, Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Bakı və Bakıətrafı qəsəbələrin inkişafını, eləcə də Azərbaycanda regionların sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxlayıb. Bu istiqamətdə qəbul və icra edilən Dövlət proqramları da təsdiq edir ki, regionların sosial-iqtisadi inkişafı, bölgələrin və həmin ərazilərdə yaşayan əhalinin şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Məqsəd isə regionların inkişafını təmin etməklə paytaxtla regionlar arasında mövcud fərqi aradan qaldırmaq və respublikanın ümumi iqtisadi yüksəlişinə nail olmaqdır.
Beləliklə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bir sözlə, çoxkomponentli olmaqla bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edən regionların sosial-iqtisadi inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları məhz Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.
Prezident İlham Əliyevin gərgin əməyinin və əzmkarlığının nəticəsi olaraq hazırlanan və dövlət başçısının birbaşa nəzarəti altında davam etdirilən bu iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafında yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub. Yeri gəlmişkən, qeyd edək ki, iyulun 5-də Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, bu gün müstəqil dövlətik və ölkəmiz üçün, xalqımız üçün nə lazımdırsa, onu edirik: “Görülən bütün bu işlərin təməlində düşünülmüş siyasət dayanır. 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı həlledici rol oynamışdır. Bu il ikinci proqram başa çatır, gələn ilin əvvəlində 2018-ci ilə qədərki dövr üçün üçüncü proqram da qəbul ediləcəkdir. Orada da bu günə həll edilməmiş bütün məsələlər əksini tapacaqdır”.
Bütövlükdə, demək olar ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: ötən müddət ərzində Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib.
Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008-ci illərə və 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsi, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması respublikanın Qərb bölgəsinin sosial-iqtisadi inkişafında da həlledici dönüş yaradıb.
Vurğulamaq yerinə düşər ki, dövlət başçısı ötən illərdə bütün rayonlara səfər edərək aparılan hər bir işlə yaxından tanış olub, müxtəlif infrastruktur və sosial obyektlərin açılışında iştirak edib. Dövlət başçısı regionların sosial-iqtisadi inkişafına aid 2 Dövlət Proqramını həyata keçirmək üçün regionlara 284 dəfə səfər edib. 560-dan artıq respublika əhəmiyyətli sənaye müəssisəsinin, obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən Prezident İlham Əliyev özü iştirak edib. Məhz Prezidentin sistemli və davamlı xarakter alan bu səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsini təmin edir.
Müvafiq olaraq, dövlət başçısı iyulun 5-də Qərb bölgəsinə səfəri çərçivəsində Tovuz, Qazax və Ağstafa rayonlarında bir sıra istehsal və sosial obyektlərin açılışlarında iştirak edib. Səfər zamanı Prezident İlham Əliyev Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olub, Tovuzda Hemodializ Mərkəzinin, eləcə də yenidən qurulan Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun açılışında iştirak edib. Bununla yanaşı, Ağstafada açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkı ilə, Peyntbol və Atıcılıq Mərkəzində yaradılmış şəraitlə tanış olub, Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində, Qazaxda Ədəbiyyat Muzeyinin, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı bölgə üçün kifayət qədər əhəmiyyətli olan Qazax sement zavodunun sement istehsalı xəttinin açılışında da iştirak edib.
Qeyd edək ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Akkord sement zavodunun tikintisi üzrə investisiya layihəsi uğurla həyata keçirilir. Bu müəssisənin inşasına 2010-cu ildə başlanılıb. Tikintisinə 225 milyon manat investisiya qoyulan zavodda 700 nəfər işlə təmin olunacaq. Burada zavodun tikintisi ilə paralel olaraq bir sıra infrastruktur və enerji obyektləri, sosial təyinatlı binalar inşa olunub. Müəssisənin özünün yataqxanası, uşaq bağçası, poliklinikası və digər xidmət müəssisələri də fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, gündəlik istehsal gücü 2500 ton klinker və ildə 1 milyon ton sement olan zavodun inşası iki mərhələdə aparılır. Birinci mərhələdə sement istehsalı xətti istifadəyə verilir. İkinci mərhələdə isə klinker istehsalı xəttinin tikinti-quraşdırma işlərinin başa çatdırılması nəzərdə tutulub. Müəssisədə bir neçə markada sement istehsal olunacaq. Bununla əlaqədar artıq uyğunluq sertifikatları alınıb, sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılıb. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir.
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev zavodun kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək bildirib ki, Qazax sement zavodunun açılması da çox önəmli hadisədir: “İlk növbədə, burada 700-dən çox yeni iş yeri açılır. Bu da Azərbaycanda işsizliyin aradan qaldırılması üçün çox vacib məsələdir, yüksək maaş verilir və beləliklə, burada insanların rifah halı yaxşılaşacaqdır. Bu sement zavodunun fəaliyyəti nəticəsində bizim idxaldan asılılığımız azalacaqdır. Yerli istehsal yaranır və bu da bizim iqtisadi sahədəki siyasətimizin əsas istiqamətlərindən biridir. Yəni, zavodun tikilməsi doğrudan da böyük hadisədir. Nəzərə alsaq ki, yaxın keçmişdə Azərbaycanda iki yeni sement zavodu tikilmişdir, deməli, biz bu sahədə də özümüzü təmin məsələlərində böyük addımlar atırıq”.
SEVİNC
Xəbər lenti
Hamısına baxAnalitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54

