Moldovalı ombudsmana təzyiqlər və beynəlxalq birliyin sükutu
11.07.2013 [14:06]
Aureliya Qriqoriunun çıxışı təkcə Ermənistanın işğalçı siyasətini deyil, həm də özünü ədalət carçısı, insan haqlarının müdafiəçisi, məzlumların himayəçisi kimi göstərməyə çalışan beynəlxalq təşkilatların, bəzi dövlətlərin, hüquq müdafiəçilərinin qeyri-səmimiliyini ifşa etdi
Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl, Moldova parlamentinin insan haqları üzrə vəkili - Ombudsman Aureliya Qriqoriu Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransdakı çıxışında Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməsini qeyd edib, Ermənistanın cinayətkar əməllərini əks etdirən faktları və statistik rəqəmləri səsləndirib. Ermənistan parlamentindəki sözügedən çıxışında moldovalı ombudsman Ermənistanın törətdiyi bu cinayətlərin insan haqlarının pozulmasının bariz nümunəsi olduğunu vurğulayıb.
Qeyd edək ki, A.Qriqoriunun tarixi həqiqətlərə söykənən çıxışından sonra baş verənlər ermənilərin vəhşi təbiətinin xarakterik cəhətlərini nümayiş etdirdi. Belə ki, çıxışının ardından moldovalı ombudsman ölümlə təhdid olundu, onun Moldovadan olan nümayəndə heyəti ilə birlikdə ölkəsinə qayıtmasına icazə verilmədi, bunun üçün dediyi sözlərdən imtina etməsi, üzr istəməsi tələb olundu. Lakin A.Qriqoriu bu tələblərə tabe olmayıb, Rumıniya və Gürcüstanın Ermənistandakı səfirliklərinin köməyi ilə onun Ermənistandan çıxması və ölkəsinə qayıtması mümkün olub. Ermənilərin moldovalı qonağın söylədiyi sözlərə görə onu ölümlə hədələməsi, Ermənistanın rəsmi strukturlarının onun ölkədən vaxtında getməsinə şərait yaratmaması, ombudsmanın təhdid və təzyiqlərə məruz qalması Ermənistanda azad sözə dözümsüzlüyün, eyni zamanda, erməni vəhşiliyinin çox cüzi bir hissəsinin özünü bir daha dünya qarşısında göstərməsi idi.
Ermənistanda və Azərbaycanda insan hüquqlarına münasibətdə köklü fərqi göstərmək üçün bir məqamı xatırladaq ki, Əkrəm Naibovun Azərbaycan xalqını açıq-aşkar təhqir edən, tarixi hadisələri saxtalaşdıran romanı onun Azərbaycan xalqına, yaşadığı ölkəyə olan ölçüyəgəlməz xəyanətinin məhsulu idi. Buna baxmayaraq, Azərbaycanda heç kim onu öldürməklə hədələmədi. Müxalifət partiyalarının rəhbərlərindən birinin yazıçının fiziki cəzalandırılmasına çağırışından sonra isə respublika hüquq-mühafizə orqanlarında çağırış edən şəxsə qarşı cinayət işi açıldı. Bu, o deməkdir ki, Ə.Naibovun xəyanətkar əməli haqlı olaraq, Azərbaycan ictimaiyyətinin qınağı ilə üzləşdi, lakin ictimai qəzəb heç də yazıçının hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarmadı. Ermənistanda isə qeyd olunduğu kimi, bu vəziyyətin tamamilə əksi müşahidə olundu.
Ermənistandakı hadisə, həmçinin, başqa bir məqamı - beynəlxalq ictimaiyyətin Azərbaycanda və Ermənistandakı hadisələrə münasibətdə qeyri-səmimliyini, ikili yanaşmasını bir daha üzə çıxardı. Xatırladaq ki, Ə.Naibovun qərəzli əsəri ortaya çıxandan sonra bir sıra beynəlxalq qurumlar, Avropa strukturlarının bəzi nümayəndələri yazıçını dəstəkləyən bəyanatlar yaymışdılar. Bu məsələyə ABŞ Dövlət Departamentinin sözçüsü səviyyəsində də münasibət bildirilmişdi. Lakin tarixi həqiqətləri içərisinə heç bir etnik, dini nifrət və təhqir elementləri qatmadan, olduğu kimi ifadə edən, söz azadlığından mənəvi, etik çərçivələrdə yararlanan bir hüquq müdafiəçisi Ermənistanda hüquqlarının pozulmasına, hətta həyati təhlükəyə məruz qaldı. Görəsən, bir vaxtlar Ə.Naibovu müdafiə edən QHT-lər, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərin rəsmiləri indi nə üçün A.Qriqoriunun söz və ifadə azadlığına dəstəklərini ortaya qoymurlar? Görəsən, “Freedom House”u, “Human Rights Watch”u insan haqlarının, söz azadlığının müdafiəsindəki prinsipial mövqelərindən yayındıran səbəb nədir? Almaniyalı hüquq müdafiəçiləri Kristofer Ştrasser və Markus Löninq insan haqlarının bu aşkar pozuntusuna, üstəlik, bir diplomata qarşı olan təzyiqlərə, hədələrə necə sükutla yanaşırlar?
Əlbəttə ki, Moldova parlamentinin insan haqları üzrə vəkili A.Qriqoriuya qarşı Ermənistanda rəsmi səviyyədə yönələn təzyiqlərə münasibətdə hökm sürən səssizlik bu ölkənin özbaşınalıqlarına beynəlxalq ictimaiyyətin ənənəvi mövqeyindən o qədər də seçilmir. Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini 20 ildən artıq bir müddətdə işğal altında saxlamasına da eynilə göz yumulur. A.Qriqoriunun Ermənistan parlamentində səsləndirdiyi faktlar Ermənistana açıq və gizli surətdə havadarlıq edən qüvvələrin görmək istəmədiyi həqiqətlərdir.
Beləliklə, moldovalı ombudsmanın İrəvandakı cəsarətli çıxışı təkcə Ermənistanın işğalçı və soyqırımı siyasətinin ifşası deyil. Bu, həm də özünü ədalət carçısı, insan haqlarının müdafiəçisi, məzlumların himayəçisi kimi göstərməyə çalışan beynəlxalq təşkilatların, bəzi dövlətlərin, hüquq müdafiəçilərinin qeyri-səmimiliyini bir daha ortaya qoydu.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30

