Azərbaycan Böyük Britaniyada keçirilən ənənəvi Kembric konfransında təmsil olunur
24.07.2013 [09:44]
Böyük Britaniyanın Kembric şəhərində ənənəvi Beynəlxalq Kembric konfransı öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin xəritəçəkmə qurumlarının rəhbərlərinin iştirak etdikləri bu mötəbər konfransda Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Builki konfrans “İnformasiyaya coğrafi səlahiyyətliliyin gətirilməsi” devizi altında keçirilir.
Konfransın açılış mərasimində Böyük Britaniyanın milli xəritəçəkmə təşkilatının baş direktoru Vanessa Lavrens çıxış edərək tədbir haqqında məlumat verib. O, ənənəvi olaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
“Xəritəçəkmə və kadastr məlumatlarının iqtisadiyyatı”, “Milli xəritəçəkmə və kadastr təşkilatlarının xüsusi tədbirlərdə rolu” , “Sənayenin inkişafı, bazar iqtisadiyyatı və imkanlar”, “Regional təşəbbüslərin inkişafı”, “Beynəlxalq coğrafi standartların əhəmiyyəti” və digər bir çox mövzuların müzakirəsi konfransın gündəliyində duran başlıca məsələlərdəndir.
İyulun 24-də BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsi ilə birgə təşkil olunacaq sessiyanın Nazirlər Seqmentində Qərib Məmmədovun müzakirə olunan məsələlər barədə təqdimatla çıxış edəcəyi gözlənilir.
Konfrans çərçivəsində, həmçinin BMT-nin aidiyyəti bölmələrinin rəhbərlərinin çıxışları və mövzular ətrafında müzakirələrin aparılması və bir sıra digər tədbirlərin, o cümlədən Qlobal Xəritəçəkmə üçün Beynəlxalq Rəhbər Komitənin 20-ci iclasının keçirilməsi planlaşdırılır.
Açılış mərasimindən sonra konfrans iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.
Konfrans iyulun 27-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

