/ / Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik bərqərar olub, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılıb
Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik bərqərar olub, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılıb
07.08.2013 [09:04]
Avqustun 6-da Mərdəkan mədəniyyət sarayında 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər seçki dairələri dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar keçirilib.
AzərTAc xəbər verir ki, kursda çıxış edən Xəzər rayon Polis İdarəsinin rəis müavini Ələddin Səfərov seçkilərin hazırlanmasında və keçirilməsində daxili işlər orqanlarının qarşısında duran vəzifələrdən danışıb. Bildirib ki, əsas vəzifələrdən biri də ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaq və təmin etməkdir. Daxili İşlər Nazirliyi (DİN) seçicilərin səsvermə hüququnun reallaşdırılması üçün onların hər birinin şəxsiyyət vəsiqəsi ilə təmin olunması məsələsini ciddi nəzarətdə saxlayır. DİN seçkilər prosesinə hər hansı müdaxilənin baş verməməsi, təhlükəsizliyin tam təmin olunması istiqamətində də seçki komissiyaları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərəcəkdir. Daxili işlər orqanlarının əməkdaşları DİN tərəfindən seçkilərlə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq artıq fəaliyyət göstərməkdədirlər.
Dairə seçki komissiyalarının sədrləri Mütəllim Balaqardaşov və İmran Qəmbərov çıxış edərək kursların əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, kurslar Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilib.
Natiqlər bildiriblər ki, respublikamızda həyata keçirilən uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik bərqərar olub, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılıb. Dövlətimizin başçısının siyasi iradəsi, diqqəti və qayğısı nəticəsində ölkəmizdə demokratik seçki təcrübəsi ildən-ilə mükəmməlləşdirilir. Qarşıdan gələn seçkilər tam azad, şəffaf və demokratik şəraitdə keçiriləcək.
Həmin gün 26 saylı Sabunçu birinci və 27 saylı Sabunçu ikinci seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında da seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib.
Prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan danışan 26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Hacı Əliyev seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən məsul vəzifələrdən, bu sahədə hər kəsin yüksək məsuliyyətindən ətraflı danışıb.
27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri Nadir Əjdərov seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq keçirilən kurslar bu sahədə görülən genişmiqyaslı işlərin tərkib hissəsidir.
Kurslarda MSK-nın üzvü Şaitdin Əliyev “Seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda çıxış edib, seçicilərin hüquqlarının qorunması, seçkiqabağı təşviqatın aparılmasına normal şəraitin yaradılması və s. məsələlərdən ətraflı söhbət açıb.
Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

