“Azərbaycan beynəlxalq əməkdaşlıq məkanıdır”
14.08.2013 [09:09]
Azərbaycan Gənc Diplomatlar Birliyi ölkə başçısı İlham Əliyevin 10 illik fəaliyyətinə həsr olunan “Azərbaycan beynəlxalq əməkdaşlıq məkanıdır” mövzusunda “dəyirmi masa” keçirib. SİA-nın xəbərinə görə, tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq, Azərbaycan Gənc Diplomatlar Birliyinin baş məsləhətçisi Elman Nəsirli, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova və gənc diplomatlar iştirak ediblər.
Tədbirin moderatoru Elman Nəsirli bildirib ki, Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü siyasəti davam etdirən Prezident İlham Əliyevin adı ilə bağlıdır: “Artıq Azərbaycanda inkişafın xüsusi bir modeli formalaşıb. Təsadüfi deyil ki, dünyanın müxtəlif ölkələrində maliyyə iqtisadi böhranı yaşandığı bir vaxtda Azərbaycanda iqtisadi inkişaf tempi yüksək sürətlə davam edir. Bu uğurların əldə olunması ilə bağlı Azərbaycan Gənc Diplomatlar Birliyi silsilə tədbirlərə start verib”.
“Dəyirmi masa”dakı çıxışı zamanı Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov vurğulayıb ki, ölkə başçısı İlham Əliyev tərəfindən aparılan düzgün siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada böyük imicə malikdir.
Daha sonra Gənclər və İdman Nazirliyinin gənclərlə iş sektorunun müdiri Fuad Babayev Azərbaycanın beynəlxalq gənclər siyasəti və onun reallaşdırılması mexanizmləri mövzusunda çıxış edib. Bildirib ki, Azərbaycan Avropa Gənclər Forumunda MDB məkanını təmsil edən yeganə dövlətdir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin aktorudur” mövzusunda məruzə ilə çıxış edib. Hikmət Babaoğlu bildirib ki, Azərbaycan beynəlxalq münasibətlərin qeyri-formal aktorudur: “Beynəlxalq münasibətlər sistemində formal və qeyri-formal aktorlar mövcuddur. Formal aktorlarda sərhədləri olan, milli dövlətçiliyi təmsil edən bütün nişanələr var. Amma dövlət olmasına baxmayaraq, siyasi iradəyə söykənərək müstəqil qərarlar qəbul etmir. Belə dövlətlərə misal olaraq, Ermənistanı göstərmək olar. Azərbaycan isə siyasi iradəyə söykənərək müstəqil qərarlar qəbul edə bilən dövlətdir”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə “dəyirmi masa”da “Azərbaycanın beynəlxalq əlaqələrində medianın rolu” mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, müstəqilliyinin 22-ci ildönümünü yaşayan Azərbaycan Respublikası sosial-iqtisadi və sosial-siyasi mühit baxımından nəinki regionun, hətta Şərqi Avropanın ən güclü dövlətlərindəndir: “Müasir Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna çevrilməsində Ümummilli lider Heydər Əliyevin və Onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinin xüsusi əhəmiyyəti var. Ölkənin beynəlxalq aləmdə uğurlar qazanmasında böyük inkişaf yolu keçən Azərbaycan mətbuatı da mühüm rol oynayır”.
Daha sonra çıxış edən məruzəçilər dövlət başçısı İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycanın qazandığı uğurlardan danışıblar.
“Dəyirmi masa”nın sonunda gənc diplomatların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

