“Seçki prosesinə müdaxilələrə yol verilməməsi” mövzusunda məlumat sessiyalarına başlanılıb
24.08.2013 [08:30]
Avqustun 23-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Bakı və ətraf rayon (şəhər) icra hakimiyyətləri başçıları və dairə seçki komissiyalarının sədrləri üçün “Seçki prosesinə müdaxilələrə yol verilməməsi” mövzusunda məlumat sessiyası keçirilib.
AzərTAc xəbər verir ki, sessiyada açılış nitqi ilə çıxış edən MSK-nın sədri Məzahir Pənahov Azərbaycanın mühüm seçki kampaniyası ərəfəsində olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda seçkilərin demokratik, ədalətli, azad şəkildə keçirilməsi üçün zəruri olan bütün şərait yaradılıb. Ölkəmizdə seçkilərin demokratik keçirilməsi üçün əsas amillərdən biri olan ictimai-siyasi sabitlik hökm sürür, təkmil qanunverici baza mövcuddur. Ən əsası isə odur ki, seçkilərin qanunun tələblərinə və demokratik dəyərlərə uyğun hazırlanıb keçirilməsi ilə bağlı ölkə rəhbərliyinin siyasi iradəsi ortaya qoyulub.
MSK prezident seçkilərinin keçirilməsinə məsul olan qurum kimi üzərinə düşən vəzifələrin öhdəsindən peşəkarcasına gəlməyə çalışır. Aşağı seçki komissiyaları üçün hərtərəfli şərait yaradılıb, onların maddi-texniki təchizatı yüksək səviyyədə həyata keçirilib. MSK aşağı seçki komissiyaları üzvlərinin və digər seçki subyektlərinin məlumatlandırılmasından ötrü müxtəlif maarifləndirmə tədbirləri həyata keçirir və bu qəbildən olan layihələr seçki gününədək davam etdiriləcək. Bu layihələrin bəziləri beynəlxalq qurumlarla əməkdaşlıq şəraitində gerçəkləşdirilir.
Seçkilərə beynəlxalq qurumlar tərəfindən böyük maraq göstərildiyini vurğulayan sədr qeyd edib ki, bu seçkilər onların da diqqət mərkəzindədir. O, Azərbaycanın beynəlxalq qurumlarla, xüsusilə ATƏT ilə uğurlu əməkdaşlıq etdiyini söyləyərək bu əlaqələrin seçkilərin demokratik, şəffaf keçirilməsində mühüm rol oynadığını və münasibətlərin bundan sonra da bu cür davam edəcəyinə ümidvar olduğunu bildirib.
İcra orqanlarının seçkilərin yüksək səviyyədə keçirilməsindəki rol və vəzifələrindən danışan M.Pənahov qeyd edib ki, seçkilərin yüksək səviyyədə təşkili birbaşa yerli icra hakimiyyəti orqanları rəhbərlərinin diqqət mərkəzində olmalıdır və onlar bu məsələdə məsuliyyət daşıyırlar. Azərbaycanın gələcək taleyində müstəsna əhəmiyyətə malik bu tədbirdə icra hakimiyyəti başçıları ilə dairə seçki komissiyaları sədrlərinin qanunvericiliyin tələbləri çərçivəsində əməkdaşlığı seçkilərin daha demokratik və təkmil keçirilməsində ciddi rol oynayacaqdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, MSK-nın və ATƏT-in Bakı ofisinin təşkilatçılığı, icra hakimiyyəti başçıları və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə keçirilən bu ənənəvi tədbir seçkilərə müdaxilənin yolverilməzliyi ilə bağlı müzakirələrin aparılması baxımından çox əhəmiyyətli və faydalıdır.
MSK-nın sədri çıxışının sonunda tədbir iştirakçılarına qarşıdan gələn seçkilərdə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay isə qeyd edib ki, rəhbərlik etdiyi qurumun məqsədi Azərbaycana qarşıdan gələn prezident seçkilərinin demokratik keçirilməsi istiqamətində yardım göstərməkdir. ATƏT bu istiqamətdə fəaliyyətini Azərbaycanın dövlət qurumları ilə birgə həyata keçirir.
Təmsil etdiyi qurumun Azərbaycanın azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı üzərinə düşən öhdəliklərinin icrasını dəstəkləməkdə davam edəcəyini deyən səfir Koray Tarqay bildirib ki, bu prezident seçkilərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 310 müşahidəçisi seçki prosesini izləyəcəkdir. “Bu günədək dinamik inkişaf edən Azərbaycanın qarşısında daha böyük vəzifələr durur. Azərbaycanın gələcək rifahı demokratik cəmiyyət quruculuğundan keçir”, - deyən səfir prezident seçkilərinin bu prosesin uğurla aparılmasına bir sübut olacağına inamını ifadə edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev “Seçki prosesinə müdaxilələrə yol verilməməsi” mövzusunda təşkil edilən məlumat sessiyalarının əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan hakimiyyətinin siyasi iradəsi ölkədə prezident seçkilərinin tam demokratik keçirilməsinə imkan verir. Habelə vurğulayıb ki, Azərbaycan artıq seçkilərin keçirilməsi sahəsində kifayət qədər təcrübə qazanıb və istər MSK və aşağı seçki komissiyaları, istərsə də digər dövlət orqanları, o cümlədən icra strukturları bu sahədə yetərli dərəcədə təcrübəyə malikdirlər.
Ə.Mehdiyev bildirib ki, prezident seçkiləri növbəti beş ildə Azərbaycandakı inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirmək üçün ölkənin mövqeyini və iradəsini ifadə etməyə və qərar verməyə şans yaradır. Bu baxımdan prezident seçkiləri Azərbaycanın sosial-iqtisadi, siyasi həyatında da çox əhəmiyyətli bir hadisədir. İndiyədək keçirilmiş seçkilərdə qazanılmış təcrübə və səriştə, bu prosesə cəlb olunmuş insanların peşəkarlığı imkan verəcəkdir ki, qarşıdan gələn prezident seçkiləri də yüksək səviyyədə keçirilsin.
Sessiyada Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilz çıxış edərək vurğulayıb ki, 2013-cü il Azərbaycan üçün son dərəcə əhəmiyyətli bir ildir. Azərbaycanın beynəlxalq arenada böyük rola malik olması bu il keçiriləcək növbəti prezident seçkilərinə marağın daha da artmasına səbəb olub.
Sonra ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deç, MSK sədrinin müavini Natiq Məmmədov və ekspert Hafiz Həsənov “Seçki prosesinə müdaxilələrə yol verilməməsi” mövzusunda çıxış ediblər.
Tədbirin sonunda mövzu ilə bağlı geniş müzakirələr aparılıb.
Məlumat sessiyalarının avqustun 27-də Mingəçevirdə və avqustun 30-da Şirvan şəhərində müvafiq bölgələrin rayon (şəhər) icra hakimiyyətləri başçıları və DSK sədrləri üçün keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

