Azərbaycan Bizim Bölgəyə və Türk Dünyasına Açılan Qapımızdır
13.08.2025 [15:09]
Yeniazerbaycan.com xəbər verir ki, Türkiyə Səfirliyi Media müşavirliyinin təşəbbüsü, “SERANİT” şirkətinin təşkilatçılığı ilə 6–9 avqust tarixləri arasında bir qrup azərbaycanlı media nümayəndəsi İstanbulda səfərdə olublar. “Seranit ilə İlham Verən Bir Kəşf” proqramı çərçivəsində Azərbaycanlı media nümayəndələri bir sıra görüşlər keçirib. Türkiyənin tanınmış iş adamı Seranit Granit Seramik Sanayi və Ticaret A.Ş.-nin İdarə Heyətinin üzvü Fatih Kıvançla görüş də proqram çərçivəsində baş tutub. Azərbaycanın iqtisadi və strateji əhəmiyyətinin ildən-ilə daha da artdığını vurğulayan Kıvanç Azərbaycanın onlar üçün, bölgəyə və Türk Dünyasına Açılan Qapı olaraq qiymətləndirib. Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr yalnız ticarət əlaqələri ilə məhdudlaşmır:
"Bizim Azərbaycanla münasibətimiz biznesdən çox daha dərin köklərə bağlıdır. Qardaşlıq, dostluq və bir-birimizin inkişafına töhfə vermək prinsipi bu əlaqələrin təməlidir. Özümüzü Azərbaycanın bir parçası hesab edirik."
Sinpaş Holdinq-ə daxil olan “Vanucci” şirkətinin təmsilçiləri ilə Daşkəsən dəmir filizi mədənlərinə səfərini xatırlayan Kıvanç, bölgənin təbiət gözəlliklərini xüsusi olaraq qeyd edərək, eyni zamanda Azərbaycanda daha geniş fəaliyyətə önəm verdiklərini dilə gətirib:
"Biz özümüzü Azərbaycanın bir parçası hesab edirik. Üç ayda bir Azərbaycana səfərlər təşkil edir və Azərbaycan alıcısının həssas olduğu məqamlara xüsusi önəm veririk."
Fatih Kıvanç Qarabağ bölgəsində həyata keçirilən layihələrdə iştirak etməyin şirkət üçün böyük qürur mənbəyi olduğuna diqqət çəkib. Rəhbərlik etdiyi şirkətlərin Laçında inşa edilən oteldən tutmuş, Xankəndindəki iş mərkəzinə və Şuşada tikilən mühüm obyektlərə qədər müxtəlif layihələrdə Seranit məhsullarının təqdim edilməsindən məmnunluğunu dilə gətirərək ifadə edib ki:
"Bizi xoşbəxt edən ən önəmli məqamlardan biri odur ki, Azərbaycanda satdığımız məhsulların böyük hissəsi işğaldan azad edilmiş Qarabağda istifadə olunur. Qardaş ölkənin işğaldan azad edilən ərazilərinin bərpasına töhfə vermək bizim üçün ciddi olduğu qədər, həm də onur verici məsələdir."
Kıvanç həmçinin Kristal Abşeron, PMD, GM Construction və Uniko kimi Azərbaycanın aparıcı tikinti şirkətləri ilə qurulan əməkdaşlıqların strateji əhəmiyyətini də vurğulayıb.
“Seranit” həmçinin Azərbaycandan Türkiyəyə təhsil almağa gələn 25-30 tələbəyə staj və burs imkanları da yaradır. Fatih Kıvanç bu siyasətin yalnız işgüzar deyil, həm də sosial məsuliyyət baxımından mühüm olduğunu qeyd edib:
"Gənclər bizim gələcəyimizdir. Onların bilik və bacarıqlarını artırmaq, iki ölkə arasında mənəvi bağlılığı artırmaq üçün üzərimizə düşənləri etməyə çalışırıq. Yaxşı təhsil alan, beynəlxalq təcrübə qazanan hər bir gənc gələcəkdə ölkəsinə və bölgəmizə töhfə verəcək."
Biləcik, Əskişəhər və İstanbulda yerləşən fabriklərdə istehsal olunan “Seranit” məhsulları bu gün 45 ölkəyə ixrac olunur. Lakin Kıvanç üçün Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır:
"Hazırda Rusiya, Gürcistan, Türk dövlətlərinə doğru fəaliyyət istiqamətlərimizi məhz Azərbaycan üzərindən genişləndiririk. İldə 20-30 faiz böyüyürük və bu artımda ən böyük pay Azərbaycana məxsusdur. Biz iki ölkə arasında ticari münasibətlərdə körpü rolunu oynamağı hədəfləyirik. Bu səbəbdən, gələcəkdə Azərbaycanda yeni istehsal və mətbəx mebeli fabriki açmağı da planlaşdırırıq".
Şirkətin ilk xarici mağazası məhz Bakıda açılıb və Kıvanç bu addımı uğurlu bir strategiya kimi dəyərləndirir:
"Təxminən 33 ildə 14-15 qat böyüməyimiz uğurumuzun ən gözəl göstəricisidir. Bu yolun başlanğıcında Bakının xüsusi yeri var."
Kıvanç gələcəkdə Avropa və ABŞ bazarlarında daha aktiv iştirak etməyi, Azərbaycanla strateji tərəfdaşlığı isə daha da möhkəmləndirməyi planlaşdırdığını vurğulayıb:
"Heydər Əliyevin 'Tək millət, iki dövlət' prinsipinə sadiq qalaraq, münasibətlərimizi daha da inkişaf etdirmək niyyətindəyik. Azərbaycanın bizim üçün strateji önəmi getdikcə artır və biz bu əməkdaşlığı uzunmüddətli bir uğur hekayəsinə çevirməyə qərarlıyıq."
2016-cı ildən bəri Seranit tam təbii maddələrdən hazırlanmış tək parça duş kabinəsi istehsal edir. Bu məhsul dünyada yalnız “Seranit” şirkəti tərəfindən istehsal olunur və patentləşdirilib:
"Daşı qırmadan kabin ölçüsündə vahid forma verilir. Bu həm uzunömürlülük, həm də estetik baxımdan üstünlük yaradır. Ümumiyyətlə, “Seranit” şirkətinin patentləşdirdiyi bir sıra məhsullar alıcıların xüsusi diqqətini çəkir."
Fatih Kıvanç “Seranit”in yalnız yüksək keyfiyyətə deyil, eyni zamanda ekoloji dostluq prinsiplərinə də önəm verdiyinə diqqət çəkib:
"Bizim üçün təbiəti qorumaq sadəcə bir seçim deyil, borcdur. İstehsal proseslərimizdə enerji səmərəliliyinə və tullantıların minimuma endirilməsinə xüsusi diqqət yetiririk. Qarabağın bərpası kimi həssas layihələrdə ekoloji standartları qorumaq bizim əsas prioritetimizdir."
Azərbaycana heyranlığını və sevgisini dilə gətirən Fatih Kıvanç ailəsi ilə birlikdə Azərbaycanın bir çox bölgəsini ziyarət etdiyini, bənzər mədəniyyətimizlə yanaşı, fərqlilikləri və tariximizi daha yaxından tanımağa çalışdığını dilə gətirib:
"Şamaxıya, rəsədxanaya getdik. Hava buludlu idi, göy üzünü görə bilmədik, amma Azərbaycanın təbiəti və insanları hər zaman bizi heyran edir."
Fatih Kıvanç təkcə iş adamı olaraq uğur strategiyası ilə deyil, həm də iki qardaş ölkə arasında etibar, əməkdaşlıq və gələcəyə birgə inamın nümunəsi kimi də diqqət çəkən simalardandır. Onun rəhbərlik etdiyi brendlər yalnız məhsul təqdim etməyi deyil, həm də dostluq körpüləri inşa etməyi və üzərinə düşən sosial, ekoloji məsuliyyətləri layiqincə yerinə yetirməyi hədəfləyir.
Aytən Rəhimli
Yeni Azərbaycan
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

