Aleksitimiya və aleksitimistlər...
22.08.2025 [09:39]
Kərimli bu psixoloji sarsıntıdan əziyyət çəkir
Azərbaycan xalqı son 5 ildə qazanılan və yaşanılan zəfərlərə, qalibiyyətlərə, nailiyyətlərə və uğurlara birgə sevinib. 44 günlük müharibədən başlayaraq ta ki, Vaşinqtonda sülhün ilkin addımlarının eşidilməsinə qədər gedilən uzun və zəhmətli, eyni zamanda, qürurlu yolumuz hər birimiz üçün fəxarətə çevrilib. Görünən isə budur ki, bu qürura, bu sevincə şərik ola bilməyənlər də var.
Məsələn, özünü AXCP adlanan və partiyadan çox “dərnəyi” xatırladan qruplaşmanın sədri adlandıran Əli Kərimli özünə yeni bir “mövzu” tapıb - deyir ki, müşahidə etmişəm xalqımız heç nəyə sevinə bilmir. Bu fikir normal insan düşüncəsi, daha doğrusu, normal azərbaycanlı düşüncə ola bilməz. Özünü azərbaycanlı adlandıran bir kimsə Qarabağ zəfərinə, bölgədə sülh yaranmasına, Naxçıvanla Bakını birləşdirən kommunikasiyaların açılmasına sevinməyə bilməz. Yalnız dərin mənəvi, psixoloji travma yaşamış adamlar belə düşünə bilərlər - Əli Kərimli kimi...
Duyğusal korluq...
Haşiyədən çıxmadan bir məsələyə diqqət çəkək - psixlogiyada bir hal var ki, bunun da adı Aleksitimiyadır. Bəli, bu, sırf ayrıca bir tibbi xəstəlik sayılmır, daha çox psixoloji xüsusiyyət və ya bəzi hallarda emosional-psixi pozuntu ilə müşayiət olunan vəziyyət kimi qəbul olunur. Mənası isə yunan sözüdür, a (yoxluq), lexis (söz), thymos (emosiya, hiss). Yəni “emosiyaları sözlə ifadə edə bilməmək” deməkdir. Bu psixloji xüsusiyyətin əlamətləri isə ondan ibarətdir ki, insan öz hisslərini düzgün başa düşə və ifadə edə bilmir, başqalarının emosiyalarını anlamaqda çətinlik çəkir, çox vaxt hadisələrə soyuq və mexaniki yanaşır.
Əli Kərimlinin düşüncəsinə, yanaşmasına, mövqeyinə və emosiyalarını ifadə etməsinə diqqət yetirdikdə bəlli olur ki, o, leksitimiyadan əziyyət çəkir. Bəli, Aleksitimiya hisslərinə ad qoya bilməmək, hisslərinin nə olduğunun fərqinə varmamaqla yanaşı, həm də duyğusal korluqdur. İçində nə kədər, nə də başqa bir duyğu daşımayan bu insanlar duyğularını düşüncələrindən ayırd edə bilmirlər. Bunu ətraf cəmiyyət normal qəbul etsə də, əslində, normal bir hadisə deyil.
“Köhnə sərgüzəştlər” faktı təsdiqləyir....
Bu qənaətə gəlmək üçün çox uzağa getmək lazım deyil - halbuki, elə bir az uzaqda da Kərimlinin bu simtomun daşıyıcısı olmasını təsdiqləyən onlarla fakt var. Məsələn, 44 günlük Vətən müharibəsi dövründə guya erməni əsgərlərinin ölümünün sayının artırılması, “müharibə bitməyib” kimi ermənipərəst tezislər irəli sürməsi, ölkəmizə qarşı qəbul edilən bütün yalan və böhtanlara şərik olması, dəstəkləməsi heç kimin yaddaşından çıxmayıb.
Kərimlidə Aleksitimiya özünü son günlərdə daha qabarıq hiss etdirməyə başlayıb. Danılmaz faktdır ki, bu ilin avqust ayı Azərbaycan xalqı üçün böyük əhəmiyət kəsb etdi - bu ayın 8-də Vaşinqtonjda keçirilən görüş, paraflanan sülh sazişi, imzalanan Vaşinqton bəyannaməsi, eləcə də Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu olduqca mühüm mühüm hadisələrdir. Bu hadisələrin hər biri ayrı-ayrılıqda hər bir vətəndaşımız üçün qürurverici hadisədir. Azərbaycan son 5 ildə bölgədə formalaşdırdığı reallıqları əbədi sülhə çevirir, 30 ildən artıq bir aradan sonra Naxçıvana sərbəst gediş-gəliş baş verəcək. Məhz bu cür qürurverici anları yaşaya bilməməsi Kərimlinin yuxarıda adıçəkilən sindromdan əziyyət çəkdiyni göstərir.
Uğurlara sevinməmək adəti davam edir...
Və ya başqa bir misal. Xronoloji ardıcıllığa nəzər salaq. Avqustun 7-də ölkədə hər kəs - istər siyasi, istər elmi, istərsə də digər zümrələrin nümayəndələri üçün ən mühüm müzakirə predmeti sülh məsələsi idi. Əli Kərimli isə həmin vaxt diqqəti yayındırmaq üçün özünün fərqli yalanlarını işə salmışdı. Guya, ölkədə su, kanalizasiya, yol probleminin olduğunu iddia edirdi. Avqustun 8-də bütün dünyanın diqqəti Vaşinqtona yönəlmişdi - Əli Kərimli isə yenə də inamsızlıq aşılamağa çalışır, imzalanacaq sənədlərə şübhə oyatmaq istəyirdi. Avqustun 9-da, artıq sülh sazişi paraflandıqdan sonra isə tamam “başqa hava” çalmağa başladı. Kərimli imzalanan sülh sazişi paraflanmasının, Vaşinqton əyannaməsinin, Anlaşma Memorandumunun üzərinə kölə salmaq üçün yenə də köhnə adətinə qayıtdı - Rusiya kartını işə saldı. Bu şəxs sanki, üstüörtülü şəkildə Rusiyanın Cənubi Qafqazdakı nüfuzuna daha bir zərbə dəyməsindən narahatlıq keçirirdi. Avqustun 10-da isə açıq şəkidə özünün “niyyətini” ortaya qoydu - bu qələbəni yenə də başqa başqa ünvanların ayağına yazmağa çalışdı. Guya, Ukrayna müharibəsi, Rusiyanın zəifləməsi və başqa-başqa faktorlar bu məsələdə həlledici olub. Amma fakt ortadadır - 44 günlük müharibə başlayanda nə Ukrayna müharibəsi vardı, nə də...
Bəli, bütün sadalananlar yenə də nəticə etibarı ilə əvvəldə qeyd edilən sindromu yada salır. Hisslərinə ad qoya bilməmək, hisslərinin nə olduğunun fərqinə varmamaq, duyğusal korluq yumşaq şəkildə desək, yaxşı hal deyil...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53

