Ölkəmizin su təhlükəsizliyinin təmin olunması istiqamətində nəhəng layihələr icra edilir
30.09.2013 [09:49]
Prezident İlham Əliyev: Su təhlükəsizliyi bizim üçün strateji əhəmiyyətli məsələdir və gələcəkdə hər bir ölkə üçün su ehtiyatları strateji dəyər olacaqdır
İnsanın gündəlik tələbatı, kənd təsərrüfatı və sənaye üçün həyati əhəmiyyət daşıyan şirin suyun səmərəli və düzgün istifadəsi dövlətin enerji və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Təqdirəlayiq haldır ki, Azərbaycanda bu sahədə işlər fasiləsiz olaraq davam etdirilir. Məlum olduğu kimi, bu günlərdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olub. Bu, müstəqillik dövründə qeyd olunan sahədə görülən nəhəng işlərdən biridir.
Taxtakörpü su anbarının, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışında iştirak edən Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Samur-Abşeron suvarma sistemi 1940-cı illərdən fəaliyyətdədir. 1950-ci illərdə Ceyranbatan su anbarına qədər çəkilən kanal vaxt keçdikcə köhnəlib və Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına böyük ehtiyac yaranmışdı. Xatırladaq ki, müstəqilliyin ilk illərində ölkənin meliorasiya və irriqasiya sistemi yararsız vəziyyətə düşmüşdü. Məhz Ulu öndər Heydər Əliyev ilk xarici sərmayəni bu sahəyə yönəltməklə, həmin kompleksin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasının başlanğıcını qoyub. 1990-cı illərdə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması üçün əməli addımlar atılmağa və bu sistemin əsasında yeni sxem hazırlanmağa başlandı. 2000-ci illərdən isə artıq praktiki işlərin əsası qoyuldu. Bunun davamı olaraq Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Azərbaycan-Rusiya sərhədində yerləşən, Samur çayı üzərindəki Baş Hidroqovşaq, Baş Suqəbuledici və Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi əsaslı təmir edilib, həmçinin, ən müasir standartlara cavab verən Xanarx kanalı, Baş Sudurulducu Qurğu və 188 kilometr uzunluğunda təsərrüfatlararası beton kanallar inşa olunub.
2007-ci ildə isə Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasına başlanıb. Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər görülüb. İlk növbədə, Vəlvələçay-Taxtakörpü kanalının təxminən 11 kilometrlik hissəsi istismara hazır olub, 2011-ci il avqustun 15-də rəsmi açılış mərasimi keçirilib. 2013-cü il iyulun 19-da isə 34 kilometr uzunluğunda Vəlvələçay-Taxtakörpü kanalının ikinci hissəsinin istismara buraxılması və Taxtakörpü su anbarına suyun verilməsinə başlanması münasibətilə rəsmi mərasim keçirilib. Taxtakörpü su anbarı su tutumuna görə Ceyranbatan gölündən, demək olar ki, 2 dəfə böyükdür. Burada 270 milyon kubmetr su yığılır ki, bu sudan Azərbaycan vətəndaşları və sahibkarlar istifadə edəcəklər.
Olduqca çətin və mürəkkəb relyefli ərazilərdən keçən Taxtakörpü-Ceyranbatan su kanalının üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Ümumilikdə, Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcək. Bu layihə respublikanın şimal zonasında ekoloji tarazlığın təmin edilməsinə də böyük töhfədir. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə reallaşdırılacaq.
İki gün öncə istifadəyə verilən Taxtakörpü-Ceyranbatan su kanalı isə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı çərçivəsində yenidən qurulan Abşeron kanalı ilə paytaxtın qəsəbələrinə suvarma suyunun verilməsinə imkan yaradır. Ümumilikdə, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və belə yüksək səviyyəli digər layihələr ölkəmizin durmadan artan iqtisadi qüdrətinin və Azərbaycan insanının intellektual potensialının tükənməzliyinin əyani nümunələridir.
İstifadəyə verilən Taxtakörpü Su Elektrik Stansiyası enerji təchizatının yaxşılaşdırılmasına əlavə dəstəkdir. Bildiyimiz kimi, Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib və bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. Su elektrik stansiyalarının tikintisi isə alternativ enerji mənbələrinin yaradılması siyasətinin həyata keçirilməsi istiqamətində çox vacib addımlardır. Belə ki, son illərdə Füzulidə, Ordubadda müvafiq stansiyalar tikilib, Arpaçay su elektrik stansiyasının yenidən qurulması demək olar ki, başa çadırılıb. Taxtakörpü Su Elektrik Stansiyasının tikintisi də önəmli bir layihədir. Eyni zamanda, kiçik çaylarda 1 meqavat, 4 meqavat, 5 meqavat gücündə su elektrik stansiyaları tikilir. Hazırda Şəmkirçay su anbarında 25 meqavat gücündə su elektrik stansiyası tikilir və o, Taxtakörpüdən sonra ikinci böyük su anbarı olacaq.
Yeni istifadəyə verilən su elektrik stansiyasının gücü ilə respublikanın şimal zonalarını ucuz elektrik enerjisi ilə təmin etmək mümkün olacaq. Bir neçə il bundan əvvəl “Şahdağ” elektrik stansiyasının tikilməsi də bölgənin gələcək inkişafı ilə bağlı güclü enerji təminatına böyük töhfədir. Enerji təminatının yaxşılaşdırılması, öz növbəsində, turizmin inkişafına əlverişli şəraitin yaradılması deməkdir. Bildiyimiz kimi, respublikanın şimal zonasının turizm potensialı çox böyükdür və burada fasiləsiz olaraq yeni turizm infrastrukturu yaradılır. Qusar rayonunda ölkəmizin ən müasir istirahət və idman infrastrukturu ərsəyə gətirilir. 2012-ci ildə Şahdağ xizək kurortu istismara verilib və artıq minlərlə insan yaradılan imkanlardan istifadə edir. Hazırda bölgədə bir neçə beşulduzlu otel tikilir. Enerji təminatının ən yüksək səviyyəyə çatdırılması keyfiyyətli xidmət və rahat şəraitin yaradılmasına imkan verəcək. Nəticədə, ölkənin qeyri-neft sahələrinin inkişaf etdirilməsi siyasətinə uyğun olaraq bölgələrimizin turizm potensialından səmərəli və maksimum dərəcədə istifadə mümkün olacaq. Bu isə ölkənin gəlirlərinin artması, xüsusən də, bölgədə yaşayan əhali üçün yeni qazanc mənbələrinin yaranması, rifahın yüksəlməsi deməkdir.
Qeyd edək ki, bu işlərə paralel olaraq Şəmkirçay su anbarının tikintisi də davam etdirilir. 2014-cü ilin sonuna qədər də icrası nəzərdə tutulan bu nəhəng layihə yeni torpaq sahələrinin dövriyyəyə buraxılması, içməli su ilə təminatın yüksəldilməsinə zəmin yaradacaq. Belə ki, Şəmkirçay su anbarının fəaliyyəti nəticəsində 75 min hektar torpaq sahəsində suvarma təmin ediləcəkdir.
Əlbəttə ki, müasir dövrdə su təhlükəsizliyinin təmin olunması dövlətlər üçün kifayət qədər ciddi və prioritet məsələlərdən biridir. Azərbaycan dövlətinin gördüyü nəhəng işlərə bu kontekstdən yanaşsaq, onun təkcə bu gün deyil, dövlətimizin və xalqımızın gələcəyi baxımından da nə qədər böyük əhəmiyyət kəsb etdiyini daha yaxşı dərk etmiş olarıq. Dövlətimizin başçısı İlham Əliyev də bu məsələyə toxunaraq deyib ki, bu layihələrin uğurla icrası tarixi bir nailiyyətdir: “Bu layihələrin icrası, eyni zamanda, ölkəmizin su təhlükəsizliyini də təmin edir. Bu məsələlərə də biz daim diqqət göstəririk. Çünki ölkəmizi qidalandıran əsas su mənbələri Azərbaycanın hüdudlarından kənarda formalaşır. Ona görə su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq strateji əhəmiyyətli bir məsələdir. Taxtakörpü su anbarının yaradılması ilə biz bu strateji hədəfə çatırıq. Bizim sularımız Kür çayından, Araz çayından, Samur çayından gəlir ki, bu çaylar öz mənbəyini başqa ölkələrdən başlayır. Beləliklə, su təhlükəsizliyi bizim üçün strateji əhəmiyyətli məsələdir və gələcəkdə hər bir ölkə üçün su ehtiyatları strateji dəyər olacaqdır.
Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan, xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir. Taxtakörpü su anbarı və Samur-Abşeron suvarma sistemi, Şəmkirçay su anbarı, ölkədə icra edilən su layihələri bu məqsədə xidmət edir”.
Beləliklə, bir daha aydın olur ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyinin təmin onuması, vətəndaşlarımızın ali maraq və mənafelərinə uyğun addımların atılması istiqamətində çox böyük işlər görülür. Ölkəmizin su təhlükəsizliyinin təmin olunması istiqamətində reallaşdırılan layihələr də bunlar sırasında xüsusi əhəmiyyətə malikdir. Ən sevindirici məqamlardan biri odur ki, Azərbaycan dövləti bu kimi layihələri həyata keçirmək üçün hansısa dövlətə, maliyyə təşkilatına müraciət etmir. Azərbaycan dövlətinin güclü iqtisadi imkanları hesabına görülən bu işlər xalqımızın gələcəyinə xidmət edir.
HÜLYA
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

