Mübariz Qurbanlı: Seçki kampaniyasının üçüncü mərhələsini də uğurla başa vuracağıq
05.10.2013 [11:36]
“Yeni Azərbaycan Partiyası (YAP) builki seçki kampaniyasında ən müasir metod və texnologiyalardan istifadə edir”. Bunu SƏS TV-yə müsahibəsində YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyasının arxada qalan iki mərhələsində seçicilərlə iki mindən çox görüş keçirilib: “Bu tədbirlərdə 2 milyon 600 mindən artıq seçici iştirak edib və prezidentliyə namizədimiz cənab İlham Əliyevin proqramı ilə tanış olublar. Bu görüşlərdən aldığımız ən böyük təəssürat ondan ibarətdir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin yürütdüyü siyasətə, həmçinin, dövlət başçısının şəxsiyyətinə böyük inam bəsləyir. Bütövlükdə, Azərbaycan xalqında Prezident İlham Əliyevə böyük məhəbbət, istək var. Keçirilən görüşlərdə seçicilər bildirirlər ki, cənab Prezident İlham Əliyevin təbliğata ehtiyacı yoxdur. Çünki gördüyü işlər Onun ən böyük təbliğatıdır”.
YAP İcra katibi əlavə edib ki, “Milli şura” adlandırılan qurum öz təşviqatını tam yalan, ictimai demoqogiya üzərində qurub: “Demoqogiya və yalan demək olar ki, seçicilərə təsir göstərmir. Biz “Milli şura” adlandırılan qurumun təşviqatının əhəmiyyətsizliyini nədə görürük? Ən böyük əhəmiyyətsizlik ondadır ki, onlar Bakı şəhərində bu seçki kampaniyası dövründə Cəmil Həsənlinin iki dəfə görüş-mitinqini keçiriblər. Birinci görüş-mitinqləri ilə ikinci arasında kəskin fərq vardır. Bu onu göstərir ki, cəmiyyət Cəmil Həsənlinin dediyi fikirlərə diqqət yetirmir. Cəmiyyətin əsas, aparıcı hissəsi bu fikirləri dinləmək belə istəmir. Buna görə də, onların təşviqat kampaniyasında dinamika, inkişaf hiss olunmur. Bu da onu deməyə əsas verir ki, Azərbaycan cəmiyyəti onların bu tədbirlərinə biganə qalmaqdadırlar.
Yeni Azərbaycan Partiyasının yerlərdə keçirdiyi görüşlərdə isə cəmiyyətin ən qabaqcıl hissəsi iştirak edir. Keçirilən görüşlərimizə çox böyük maraq var. Mən Şəmkir və Daşkəsəndə keçirilən görüşlərdə iştirak etmişəm. Daşkəsəndə keçirilən görüşdə iştirak edən seçicilərin sayı, bütövlükdə radikal müxalifətin keçirdiyi mitinq-görüşlərdə iştirak edənlərin sayından qat-qat çox idi. Eyni zamanda, insanlarda inam, coşqu, istək görürdük. Ona görə də, biz iki mərhələdən danışaq, bu mərhələlərdə faktiki olaraq Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyev təşviqat baxımından da qalibdir. Əslində, namizədimiz qalibdir. Amma təşviqat kampaniyası da Onun daha yüksək qələbə əldə etməsinə bir göstəricidir. Hesab edirəm ki, üçüncü mərhələni də uğurla başa vuracağıq. Bu istiqamətdə işlərimiz davam edir. Bu gün Yeni Azərbaycan Partiyasının böyük potensialı var. Partiyamız 600 mindən çox azərbaycanlını birləşdirir”.
Xəbər lenti
Hamısına baxDünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54

