/ / Azərbaycan BMT-nin Məskunlaşma Assambleyasının "Hər kəs üçün Münasib Mənzil" qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunda həmsədr seçilib
Azərbaycan BMT-nin Məskunlaşma Assambleyasının "Hər kəs üçün Münasib Mənzil" qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunda həmsədr seçilib
24.10.2025 [16:52]
Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Assambleyasının "Hər kəs üçün Münasib Mənzil" 2023-cü ildə qəbul edilmiş müvafiq qətnaməsi ilə yaradılmış Açıq Hökumətlərarası İşçi Qrupun BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) Keniyanın paytaxtı Nayrobidə yerləşən qərargahında keçirilən 2-ci sessiyası (“OEWG-H2”) çərçivəsində Azərbaycan həmin İşçi Qrupun bürosunun həmsədri vəzifəsinə seçilib.
Azərbaycanın Keniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, büronun digər həmsədri vəzifəsinə isə Somali seçilib. Həmsədrlik 2025-2026-cı illəri əhatə edəcək. Bundan əvvəl, büroya həmsədrlik Keniya və Fransa tərəfindən həyata keçirilib.
Hər kəs üçün Münasib Mənzil Təminatı üzrə Hökumətlərarası İşçi Qrup əhalinin təhlükəsiz, dayanıqlı və əlçatan mənzillə təmin olunması məqsədilə qlobal siyasətin formalaşması və icrasının sürətlənməsi üzrə BMT-nin Məskunlaşma Assambleyasının katibliyi rolunu oynayır, tövsiyələr hazırlayır, üzv ölkələrin bu istiqamətdə fəaliyyətini əlaqələndirir.
İşçi Qrupun bürosuna həmsədrlik Azərbaycanın qlobal şəhərsalma proseslərində iştirakının davamlığına, dünyada mənzil təminatı məsələlərinin həllinə daha böyük töfhə verməsinə xidmət edəcək. Bununla yanaşı, bu yüksək vəzifə 2026-cı il mayın 17-22-də Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (“WUF13”) nəticələri və təşəbbüslərinin önə çıxarılması üçün mühüm platforma olacaq.
Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış “UN-Habitat” ilə Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. “WUF13”-ə ev sahibliyi ilə bərabər, ölkəmiz “UN-Habitat” İcraiyyə Şurasının üzvüdür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universitetinin ekspertləri “UN-Habitat” tərəfindən hazırlanan “İnsan-mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Qaydalar”ı hazırlayan İşçi Qrupun üzvüdür. 2023-cü ildə “UN-Habitat”ın Ümumdünya Məskunlaşma Günü (“WHD23”) Azərbaycanda keçirilib. 2022, 2023 və 2025-ci illərdə baş tutan Azərbaycanın Milli Şəhərsalma forumlarına “UN-Habitat” fəal dəstək verib.
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

