4-cü dəfə...
28.10.2025 [11:13]
Bərdədə erməni terrorundan 5 il ötür
Raket hücumu nəticəsində 21 nəfər həlak olub, 70 nəfər yaralanıb
44 günlük Vətən Müharibəsinin nəticələri dövlətimizin gücünü, xalqımızın mübarizə əzmini, sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Vətən müharibəsində rəşadətli ordumuzun qarşısında aciz qalan təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini dəfələrlə pozaraq mülki əhaliyə qarşı hücum edib. Ermənistan həmçinin “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il Cenevrə Konvensiyasının tələblərini də heçə sayaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib. 27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan hərbi birləşmələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törədib.
Qarayusifli kəndindən sonra...
Erməni faşizminin növbəti təzahürü olan bu cinayətkar əməldən ən çox zərər görən regionlardan biri də döyüş zonasından xeyli uzaqda yerləşən Bərdə şəhəri və onun kəndləri oldu. 44 günlük Vətən müharibəsində düşmən Bərdə rayonunun bir sıra kəndlərini və rayon mərkəzini dəfələrlə atəşə tutub. Bərdə şəhərinə ilk raket hücumu zamanı 1 mülki şəxs dünyasını dəyişdi, xeyli sayda yaralanan oldu. Bu qanlı cinayətlər 2020-ci ilin 27 və 28 oktyabrında da törədilib. Belə ki, oktyabrın 27-də rayonun Qarayusifli kəndinə edilən raket hücumu 4 nəfərin həyatına son qoydu. Həlak olanlardan biri azyaşlı qız uşağı idi. Miqyası baxımından Bərdəyə ən qanlı və qəddar raket hücumu isə oktyabrın 28-də gündüz saatlarında olub. Ermənistanın bu terror hücumlarından artıq 5 il ötür. Humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistan hərbi birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə qadağan olunmuş silahlarla hücum nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu terror hücumundan sonra ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri hadisə yerində olub, erməni vəhşiliyini öz gözləri ilə görüblər. Eləcə də hadisə yerində olan xarici jurnalistlər də Bərdə qətliamını beynəlxalq mediada təkzibolunmaz faktlarla işıqlandırıblar.
Həmin gün Tərtər və Ağdam rayonları da hədəfə alınıb
Qeyd edək ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin bölmələri, həmçinin Tərtər rayonunun ərazisini də BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemlərdən və toplardan atəşə tutub. Həmin tarixdə Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edib. Nəticədə kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ciddi ziyan dəyib.
Göründüyü kimi, Ermənistan hərbi birləşmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə protokollarını, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı ağır məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini atəşə tutub. Belə ki, erməni hərbi birləşmələri yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçib, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda, qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törədib, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirib, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurublar.
Cinayətkarlar məhkəmə qarşısındadır
Ermənistan hərbi birləşmələrinin 44 gün sürən Vətən müharibəsinin gedişatında bir neçə iri şəhəri, o cümlədən yarım milyondan çox əhali yaşamaqla Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Bərdəni hədəf alması 1988-ci ildən davam etdirilən təcavüzkar siyasətin tərkib hissəsi idi.
Ümumilikdə, Vətən müharibəsində 100-dən çox mülki insan erməni terroru nəticəsində həyatını itirib. Erməni silahlı qüvvələrinin bu hücumları təşkil edərkən əsas məqsədləri daha çox insanın həyatına son qoymaq olduğundan, məhz şəhərin mülki şəxslərin kompakt yaşadığı hissələri hədəfə alınıb.
Xatırladaq ki, müharibə dövründə Qarabağdakı erməni separatçılarının başçısı Arayik Arutunyanın özü Azərbaycanın döyüş bölgəsindən uzaq olan yaşayış məntəqələrinə raket hücumu əmrini verdiyini etiraf etmişdi. Hazırda Arayik və digər separatçılar, günahsız insanların qatilləri Bakıda həbsxanadadırlar. Onların məhkəməsi davam edir. Bu terrorçular layiq olduqları cəzanı alacaqlar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

