Sergey Lebedev: Azərbaycanda prezident seçkiləri şəffaf və demokratik şəkildə keçirilir
10.10.2013 [17:47]
Prezident seçkilərini izləmək üçün ölkəmizdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin sədri, Azərbaycanda prezident seçkilərini izləyən MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev oktyabrın 9-da Yasamal rayonundakı 173 saylı məktəbdə təşkil olunan 23, 24 və 25 saylı seçki məntəqələrində olarkən “Yeni Azərbaycan” qəzetinə müsahibə verib:
-Cənab Lebedev, prezident seçkilərinin keçirilməsi ilə bağlı ilkin rəyinizi bilmək istərdik.
-Əvvəla, onu qeyd edim ki, Azərbaycanda prezident seçkilərini izləyən MDB müşahidə missiyası sentyabrın 10-dan fəaliyyətə başlayıb. Missiyanın tərkibində 276 nəfər yer alır. Bunlar, Ermənistan və Azərbaycan istisna olmaqla, Birliyə daxil olan bütün dövlətlərin təmsilçiləridirlər. Bizim missiyanın üzvləri, indiyədək təkcə paytaxtda deyil, həmçinin, respublikanın ayrı-ayrı bölgələrində də seçkilərə hazırlıq prosesini müşahidə ediblər. Müşahidəçilərin ümumiləşdirilmiş ilkin rəyi odur ki, prezident seçkilərinə hazırlıq mərhələsi yüksək səviyyədə keçib. Bu gün səhərdən isə missiya üzvləri bölgələrdə öz müşahidələrini davam etdirirlər. Mən özüm, bu gün paytaxtın bir neçə rayonunda seçki məntəqəsində oldum. Deyə bilərəm ki, seçicilər çox aktiv şəkildə seçkidə iştirak edirlər. Saat 11-ə olan məlumata görə, artıq seçicilərin 10 faizdən çoxu öz namizədlərinə səs vermək üçün seçki məntəqələrinə gəliblər. Ümumiyyətlə, seçkilər sabit atmosferdə keçir. Seçki məntəqələrinin üzvləri öz işlərinin öhdəsindən lazımi səviyyədə gəlirlər. İlk dəfə səsvermədə iştirak edənləri qarşılayıb, onlara lazımi kömək göstərirlər. Hətta elə məntəqələr var idi ki, ilk dəfə səsvermədə iştirak edənlərə suvenirlər də hədiyyə olunurdu. Yaşlılar və xəstəliyi ilə əlaqədar olaraq seçki məntəqəsinə gələ bilməyənlərə də lazımi köməklik göstərilir. Məndə olan məlumata görə, onların müraciətləri əsasında, məntəqə seçki komissiyasının üzvləri seçki bülletenlərini həmin vətəndaşların evlərinə aparacaqlar ki, onlar da öz namizədlərinə səs verə bilsinlər. Bizim üçün digər bir sevindirici hal da ondan ibarətdir ki, uzun sürən küləkli-yağışlı havadan sonra, nəhayət, bu gün Bakıda günəşli bir gündür və bu da öz növbəsində seçki məntəqələrinə gələn vətəndaşların əhval-ruhiyyəsinə də xoş təsir edir.
-Bəs seçki məntəqələrinin texniki təchizatını necə qiymətləndirirsiniz?
-Ümumiyyətlə, seçki məntəqələri texniki baxımdan çox yüksək səviyyədə təchiz olunub. Demək olar ki, bütün seçki məntəqələri yaxşı təmir olunmuş binalarda - əsasən ali və orta təhsil məktəblərində, mədəniyyət ocaqlarında yerləşdirilib. Bütün məntəqələrdə təmizlik gözə çarpır. Bu, seçkilər zamanı çox önəmli bir məsələdir. Vətəndaşlar rahat şəkildə seçki məntəqələrinə gələ bilirlər. Məntəqələrin girişində seçici siyahıları asılıb ki, bu da səsverməyə gələn vətəndaşlar üçün çox vacibdir. Bundan əlavə, məntəqələrdə bütün namizədlər haqda təbliğat materialları yerləşdirilib. Həmçinin, məntəqələrdə seçki qanunvericiliyi ilə bağlı bütün materiallar mövcuddur. Seçicilərdə hər hansı suallar yarandığı təqdirdə, məntəqə seçki komissiyasının üzvləri dərhal vətəndaşlara yardım edirlər. Daha bir məsələni qeyd etmək istərdim. Bir çox seçki məntəqələri veb-kameralarla təchiz olunub ki, bu da səsvermənin şəffaf və demokratik keçirildiyini əyani şəkildə sübut edir. Olduğumuz bütün seçki məntəqələrində səsvermə kabinələrinə baxış keçirdik. Kabinələr işıqlıdır və lazımi avadanlıqlarla təchiz olunub. Səsverməyə gələn seçicilərin barmaqları ultrabənövşəyi şüalarla yoxlanılır, onlara xüsusi mürəkkəb vurulur. Bir sözlə, seçki məntəqələri texniki baxımdan çox yüksək səviyyədə qurulub.
-Seçki qanun pozmaları ilə bağlı missiyaya hər hansı şikayət daxil olubmu?
-Xeyr, hələlik MDB müşahidə missiyasına seçki qanun pozuntusu ilə bağlı hər hansı şikayət daxil olmayıb. Amma bizdə məlumat var ki, bəzi pozuntu halları ilə bağlı MSK-ya şikayətlər daxil olub. Bunlar əsasən, seçicilərin adlarının seçki siyahılarında olmaması ilə bağlı olub. Və Komissiya da həmin vətəndaşların adlarını əlavə siyahılara daxil edib. Hesab edirəm ki, belə kiçik faktlar ümumilikdə prezident seçkilərinin gedişatına və nəticəsinə hər hansı bir şəkildə təsir edə bilməz. Digər hər hansı bir pozuntular əgər olarsa, bu haqda missiya üzvləri günün sonunda bizə məlumat verəcəklər. Onu da xatırladım ki, bizim müşahidələrimiz seçkilər bitənədək davam edəcək. Günün sonunda müşahidə missiyasının üzvləri paytaxta qayıdacaqlar və biz bir yerə toplaşıb, prezident seçkilərinin keçirilməsinə dair yekun qiymətləndirmə aparacağıq, səsvermənin nəticələrinə dair bəyanət hazırlanacaq. Və həmin bəyanat oktyabrın 10-da “Hilton” mehmanxanasında təşkil edəcəyimiz mətbuat konfrasında səsləndiriləcək.
İndiyədək isə yalnız onu deyə bilərəm ki, Azərbaycanda prezident seçkiləri çox yüksək səviyyədə təşkil olunub. Seçkilər tam demokratik, şəffaf və ədalətli şəkildə keçirilir. Seçki məntəqələri texniki cəhətdən yüksək səviyyədə qurulub. Və seçkilərdə seçicilərin aktivliyi müşahidə olunur. Müşahidəçilərin ilkin rəyi ondan ibarətdir ki, səsvermə ümumilikdə kifayət qədər sakit şəraitdə keçir, heç bir gərginlik müşahidə olunmur. Seçicilər sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz namizədlərinə səs verirlər.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

