Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun və şəffaf şəkildə keçirilib

Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun və şəffaf şəkildə keçirilib

11.10.2013 [10:16]

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Qeyri-Hökumət Təşkilatları Forumu Azərbaycan Respublikası Prezidentinin seçkilərində müşahidəçi missiyası ilə iştirak edib.
AzərTAc xəbər verir ki, oktyabrın 10-da müşahidə missiyasının üzvləri seçkinin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər.
Müşahidə missiyasının rəhbəri, Türkiyədən olan İsmayıl Safi bildirib ki, apardığımız müşahidələr nəticəsində seçkilərin şəffaflığına kölgə salan hər hansı bir maneə ilə qarşılaşmadıq: “Azərbaycan vətəndaşlarına öz iradələrini sərbəst və maneəsiz şəkildə ifadə edərək Konstitusiya ilə müəyyən olunmuş seçmək və seçilmək hüquqlarından istifadə etməyə şərait yaradılıb. Missiyamız seçkilərin nəticələri ilə bağlı bəyanat qəbul edib”.
Missiyanın Rusiyadan olan üzvü Sergey Markov müşahidəçilərə seçkiləri izləmək üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, səsvermə dinc və sabit şəraitdə keçib, heç bir pozuntu və yayınma halları müşahidə edilməyib. Ümumilikdə seçki prosesi beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilib. Digər müşahidəçilərlə aparılan söhbətlər zamanı onlar da seçkinin normal keçdiyini vurğulayıblar. S.Markov Bakının gündən-günə gözəlləşdiyini də diqqətə çatdırıb.
Müşahidə missiyasının Bolqarıstandan olan üzvü Enyo Savov da oktyabrın 9-da səsvermənin dinc və sabit şəraitdə keçdiyini, heç bir pozuntu və yayınma halının müşahidə edilmədiyini bildirib.
Nümayəndə heyətinin üzvü, yunanıstanlı Evangelos Venetis seçki məntəqələrində vətəndaşlara sərbəst şəkildə səs vermək hüququndan istifadə etmələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb, seçkilərin azad, demokratik və şəffaf keçirildiyini diqqətə çatdırıb.
Daha sonra İsmayıl Safi müşahidə missiyasının qəbul etdiyi bəyanatı oxuyub. Bəyanatda deyilir ki, seçki günü Bakı şəhərinin Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nizami, Nərimanov və Xətai rayonlarındakı, həmçinin Sumqayıt şəhərinin və Abşeron rayonunun müxtəlif seçki məntəqələrində bilavasitə apardığımız müşahidələr nəticəsində Azərbaycan Respublikası Prezidentinin seçkilərinin mütəşəkkil qaydada, qanun pozuntuları olmadan keçdiyinin, seçicilərin sərbəst və azad şəkildə istədikləri namizədə səs verməsinə maneçilik törədəcək hallara yol verilmədiyinin şahidi olduq.
Bəyanatda vurğulanır ki, seçki məntəqələrinin üzvləri, seçkidə öz namizədi ilə iştirak edən ayrı-ayrı partiyaların müşahidəçiləri, səsvermənin gedişini izləyən mətbuat nümayəndələri və “exit-poll” keçirən qrupların təmsilçiləri ilə söhbətlərimizdə seçkinin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntusu haqqında məlumat və ya şikayətin şahidi olmadıq. Hesab edirik ki, beynəlxalq müşahidəçi qrupu missiyasını reallaşdırdığımız seçki dairələrində seçkilər beynəlxalq standartlara uyğun olaraq azad, ədalətli və şəffaf şəkildə keçirilib.

Paylaş:
Baxılıb: 991 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31