Səbail rayonunda ilin ötən doqquz ayının sosial-iqtisadi yekunları müzakirə olunub
18.10.2013 [09:17]
Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunub.
Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, iclasda sənaye, təhsil və səhiyyə müəssisələrinin, təsərrüfat və xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyələrin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İclas iştirakçıları dövlətimizin başçısı İlham Əliyevi növbəti prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib, xalqımızın rifahı və ölkəmizin gələcək inkişafı naminə ali dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıblar.
İclası giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, ölkədə 9 ay ərzində iqtisadiyyat 5 faiz, qeyri-neft sektoru 10,4 faiz, kənd təsərrüfatı 5 faiz, əhalinin pul gəlirləri təxminən 7,6 faiz artıb. Ölkənin strateji valyuta ehtiyatları 49,4 milyard dollar təşkil edir ki, bu da Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.
Səbail rayonunda görülən işlərdən və əldə olunan nəticələrdən danışan A.Əsgərov bildirib ki, 2013-cü ilin doqquz ayı ərzində 17.566,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilib. Nəqliyyat müəssisələri tərəfindən 408,9 milyon manatlıq və ya keçən illə müqayisədə 1,6 faiz çox, rabitə müəssisələri tərəfindən 471,2 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz çox rabitə xidmətləri göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 1.263,4 milyon manat investisiya qoyulub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 37,4 faiz çoxdur. Tikinti-quraşdırma işlərinə 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə çox, 1.104,1 milyon manat investisiya yönəldilib.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 183,3 milyon manat məbləğində istehlak malları satılıb, 219,3 milyon manatlıq pullu xidmət, 61,2 milyon manatlıq iaşə xidmətləri göstərilib. Rayon ərazisində çalışan işçilərin sayı 113398 nəfər, orta aylıq əmək haqqının məbləği 999,1 manat olub, 1585 daimi iş yeri açılıb. Ümumiyyətlə, 2009-cu ilin yanvarından 2013-cü il oktyabr ayının 1-dək rayonda açılmış daimi iş yerlərinin sayı 10 mindən çoxdur.
A.Əsgərov “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə də ətraflı məlumat verib. Qeyd olunub ki, ilin ötən 9 ayı ərzində Dövlət Musiqili Komediya Teatrının, 3 saylı Vərəm Əleyhinə Dispanserin, C.Hacıyev adına Uşaq Musiqi məktəbinin, Bibiheybət qəsəbəsindəki mədəniyyət evi və qəsəbə kitabxanasının, iki poliklinikanın, 44 saylı uşaq bağçasının binaları, Dağüstü parkın bir hissəsi əsaslı təmir olunub və yenidən qurulub. Hökumət evinin qarşısındakı ərazidə yeraltı qaraj istifadəyə verilib, 20-ci yaşayış sahəsində 35 kilovoltluq iki yeni yarımstansiya şəbəkəyə qoşulub. Bibiheybət qəsəbəsində post məntəqəsi açılıb, 70 saylı uşaq bağçası üçün iki mərtəbəli əlavə korpus tikilib. Heydər Əliyev Fondu tərəfindən Badamdar qəsəbəsindəki 136 saylı uşaq bağçası əsaslı təmir edilib.
Hazırda rayon ərazisində yerləşən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, Qurban Abbasov küçəsində yeni iş mərkəzinin tikintisi, veloparkın yaradılması, binaların fasadlarının üzlənməsi, Dənizkənarı Milli parkın Bayraq Meydanı istiqamətində genişləndirilməsi, “Qız qalası”nda bərpa və konservasiya işləri davam etdirilir. Həmçinin Badamdar şossesi boyunca ərazi abadlaşdırılır, bir sıra binaların və tikililərin fasadları təmir olunur və ya yenidən qurulur.
İcra Hakimiyyətinin başçısı sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də söhbət açıb. Belə ki, hesabat dövründə 422 ailəyə ünvanlı sosial yardım təyin olunub, 750 işaxtaran vətəndaş daimi işlə təmin edilib. Əhalinin imkansız təbəqəsinə vaxtaşırı yardım göstərilib, xeyriyyə aksiyaları keçirilib.
İclasda Milli Məclisin deputatı Fuad Muradov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov və başqaları çıxış ediblər. İlin ötən 9 ayında görülmüş işlərə nəzər salınıb, qarşıda duran vəzifələrdən bəhs olunub.
Sonda “Attila” İdman Klubunun dünya və Avropa çempionatlarında qalib gəlib və mükafata layiq yerlər tutmuş bir qrup üzvünə və onların məşqçilərinə mükafatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

