“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin on ikinci cildi çapdan çıxıb
23.10.2013 [10:34]
“Bu gün Azərbaycan öz sosial-iqtisadi inkişafında yeni prioritetlə və inkişaf perspektivləri ilə səciyyələnən növbəti mərhələyə qədəm qoyur. Ölkədə sosial-iqtisadi inkişafın davamlı dinamikliyini təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, infrastruktur obyektlərinin müasir tələblərə uyğun yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulub.
Bununla yanaşı, Azərbaycan dövlətinin iqtisadi siyasətində əhalinin həyat səviyyəsinin yüksəldilməsi, onun sosial təminatının yaxşılaşdırılması mərkəzi yer tutur. Biz öz praktiki fəaliyyətimizdə belə bir müddəanı rəhbər tuturuq ki, sosial sahənin yetərli inkişafı nəinki başlıca məqsəd, həm də dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən biridir”.
AzərTAc xəbər verir ki, bu sözlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on ikinci cildindən - dövlətimizin başçısının 2005-ci il sentyabrın 7-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Qloballaşma və əmək miqrantlarının sosial müdafiəsi” mövzusunda Avropa iclasındakı çıxışından götürülüb.
Nəşrin buraxılışına məsul Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Çoxcildliyin bu kitabında ölkəmizin iqtisadi, siyasi və mədəni cəhətdən daha da müasir dövlətə çevrilməsinə, ordu quruculuğunun inkişafına dair materiallar, Dağlıq Qarabağ münaqişənin nizama salınması ilə əlaqədar ölkəmizin prinsipial mövqeyi həmişə olduğu kimi geniş yer tutub.
Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarına səfərləri, bu rayonların sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş çıxışları, nitqləri və digər materiallar toplanıb.
Burada, həmçinin ölkəmizdə səfərdə olmuş UNESCO-nun o vaxtkı baş direktoru Koişiro Matsuura və onun başçılıq etdiyi nümayəndə heyəti, həmin vaxt Moskvanın və bütün Rusiyanın patriarxı olan II Aleksi, çoxsaylı xarici nümayəndə heyətləri ilə görüşləri, dərin məzmunlu söhbətləri, nüfuzlu mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələr, müraciət və məktubları da dərc edilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
On ikinci cildə daxil olan materiallar 2005-ci ilin avqustundan sentyabradək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxGündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23

