Prezident seçkiləri şəffaf, ədalətli, azad şəkildə keçirilib
24.10.2013 [09:05]
Prezident İlham Əliyev: Azərbaycan demokratiya yolu ilə uğurla addımlamışdır və seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsidir
Seçki hər bir dövlətdə sabit vətəndaş cəmiyyətinin, mütərəqqi inkişafın əsasını təşkil edir. 1993-cü ildən Azərbaycanda keçirilən seçkilər bütünlüklə cəmiyyətin iradəsini özündə əks etdirib. 1995-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası seçkilərin şəffaf və demokratik keçirilməsi mexanizmlərini özündə əks etdirib və prioritetləri müəyyənləşdirib. Bu əsasda da Azərbaycanda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılıb. Təkmilləşdirilərək Avropa standartlarına uyğunlaşdırılan Seçki Məcəlləsi isə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının azad seçim etməsinə şərait yaradır. Məhz Seçki Məcəlləsində demokratik prinsiplərə əsasən vətəndaşlara seçkilərdə azad iştirak etmək, seçmək, seçilmək hüququ verilib.
Oktyabrın 9-da keçirilən prezident seçkiləri də ölkəmizdəki demokratik prinsiplərə sədaqəti növbəti dəfə təsdiq etdi. Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə ölkə rəhbəri seçildi. İstər yerli, istərsə də beynəlxalq müşahidəçilər ölkəmizdə keçirilən prezident seçkilərinin azad, şəffaf, demokratik keçdiyini, xalqımızın öz iradəsini azad şəkildə ifadə etdiyini təsdiqlədilər. Prezident İlham Əliyev oktyabrın 19-da keçirilən andiçmə mərasimindəki nitqində də bildirib ki, ölkəmizdə keçirilən seçkilər xalqımızın iradəsini tam şəkildə əks etdirib: “Prezident seçkiləri şəffaf, ədalətli, azad şəkildə keçirilmiş və Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir”.
Qeyd edildiyi kimi, Azərbaycan xalqı ötən 10 ildə görülən işlərə, ölkəmizdə həyata keçirilən böyükmiqyaslı fəaliyyətə, o cümlədən, ölkəmizin beynəlxalq arenada əldə etdiyi yüksək nəticələrə qiymət verdi. Bu gün Azərbaycan dövləti birmənalı olaraq nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, daha böyük coğrafiyanın aparıcı siyasi aktoru kimi çıxış edir. Cənubi Qafqaz bölgəsinin iqtisadiyyatının üçdə iki hissəsi məhz ölkəmizin payına düşür. Bundan başqa, Azərbaycan dövləti son 10 ildə böyük inkişaf yolu keçib. Ölkəmizdə yoxsulluğun həddi 10 dəfələrlə azalıb, bir milyondan artıq yeni iş yerləri yaradılıb ki, bunun da böyük qismi daimi iş yerləridir. Vurğulamaq lazımdır ki, bu gün Azərbaycan dövləti stabil inkişaf yolundadır və Azərbaycan xalqı da oktyabrın 9-da keçirilən prezident seçkilərində məhz bu stabil inkişafa, ümumilikdə son 10 il ərzində görülən işlərə növbəti dəfə öz razılığını və obyektiv münasibətini ifadə etdi. Prezident İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqində də vurğulayıb ki, ötən 10 il ərzində verilən bütün vədlər icra edilib: “Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir. Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini Heydər Əliyev siyasətinin davamına verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edilmişdir”.
Son 10 ildə ölkəmizdə bütün vətəndaşların sosial rifahının yüksəldilməsi, o cümlədən, aztəminatlı insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atılıb. Əməkhaqlarının, təqaüdlərin həcmi, sosial müavinətlər ildən-ilə artırılır. Bundan başqa, bu gün ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi yoxdur, bütün qaçqın və məcburi köçkünlər rahat evlərlə təmin olunub. Bütün bu sadalananlar oktyabrın 9-da xalqımızın Prezident İlham Əliyevə növbəti dəfə etimad göstərməsinin əsas səbəbləri kimi çıxış etdi.
Bundan başqa, xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan hər zaman insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm işlər görür. Ölkəmizdə azad və şəffaf seçkilərin keçirilməsi istiqamətində bütün şərait yaradılıb. İstər seçkidə seçici qismində, istərsə də namizəd qismində iştirak edən vətəndaşlar öz hüquqlarından yüksək səviyyədə istifadə edə bilirlər. Bütün bunların təməlində isə demokratik seçkilərin keçirilməsinin əsas şərti qismində çıxış edən qanunvericilik bazası dayanır.
Azərbaycan hakimiyyəti birmənalı olaraq, azad, şəffaf, ədalətli seçkilərin keçirilməsi yönündə öz iradəsini nümayiş etdirib. Hələ 2005-ci ilin noyabrında keçirilən parlament seçkiləri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam seçkilərə hazırlıq və seçki dövründə baş verə biləcək qanun pozuntularının qarşısını almaq, seçkiləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə icra hakimiyyəti orqanlarının üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək məqsədi daşıyırdı. Seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncamda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanunazidd olaraq müdaxilə edəcəyi təqdirdə ölkə qanunvericiliyinə uyğun məsuliyyətə cəlb ediləcəyi göstərilib. Bundan başqa, sənəddə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun səlahiyyətləri çərçivəsində seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verməmək və bu cür faktlar aşkar olunduğu təqdirdə qanunvericiliyə uyğun məsuliyyət təyin edilməsi kimi göstərişlər yer alıb.
Həmçinin, məhz dövlət başçısının 2005-ci ildə imzaladığı Sərəncamda namizədlərə efir vaxtının verilməsi və digər məsələlər də öz əksini tapmışdı ki, bu da ölkəmizdə azad və ədalətli seçkilərin keçirilməsində mühüm rol oynayır. Bu fakt özü Azərbaycan hakimiyyətinin, Prezidentinin ölkədə şəffaf, azad seçkilər keçirilməsində maraqlı olduğunu göstərir. Oktyabrın 9-da keçirilən prezident seçkiləri də məhz bu cür - demokratik prinsiplər əsasında baş tutdu. Azərbaycan xalqı yüksək seçki mədəniyyətinə, ən doğru seçim etmək bacarığına malik bir xalq olduğunu növbəti dəfə sübuta yetirdi. Prezident İlham Əliyev də andiçmə mərasimindəki nitqində bu məsələyə xüsusi olaraq toxunub: “Azərbaycan demokratiya yolu ilə uğurla addımlamışdır və seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsidir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

