2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir
30.10.2013 [09:43]
2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir.
AzərTAc xəbər verir ki, bu sözləri oktyabrın 29-da “Fairmont Baku” otelində 2015-ci ildə ilk dəfə Azərbaycanda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıqla bağlı keçirilən mətbuat konfransında Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikke deyib.
P.Hikke ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib, Atletlər Kəndinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb və mötəbər yarışa hazırlıqdan məmnunluqlarını ifadə edib.
Qonaq vurğulayıb ki, burada güclü və peşəkarlardan təşkil olunmuş komanda çalışır. Dövlətin idmana göstərdiyi qayğı isə bizi çox sevindirir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olması burada idman siyasətinin düzgün istiqamətdə aparılmasından xəbər verir.
AOK-nın prezidenti görüləcək işlərə dair ciddi müzakirələrin aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Avropa Oyunlarına qalan 19 ay əslində çox az müddətdir. Amma biz peşəkarları cəlb etməklə qısa vaxt ərzində məqsədlərimizə nail olacağıq. Avropa Oyunlarına öz yanaşmamız olacaq. Bakının bu mötəbər yarışa təşkilatçılıq etməsi mühüm hadisədir.
Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. O, idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirib.
Bildirib ki, iki gün ərzində Bakıda Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin növbəti iclası keçirilib. İclas çərçivəsində idman infrastrukturu, atletlərin məskunlaşması istiqamətində müzakirələr aparılıb. Komitənin üzvlərinə mövcud idman obyektləri nümayiş olunub, inşası davam edən infrastruktur barədə ətraflı məlumat verilib.
İşlərin plan üzrə davam etdiyini diqqətə çatdıran nazir infrastrukturun əksəriyyətinin 2014-cü ilin sonunda idmançıların ixtiyarına veriləcəyini diqqətə çatdırıb. Bildirib ki, yalnız Olimpiya stadionu və Su İdman Sarayının 2015-ci il fevralın 1-də istifadəyə verilməsi nəzərdə tutulub.
Nazir noyabrda AOK-un Romada təşkil olunacaq konqresində “Bakı 2015” ilə bağlı təqdimatın keçiriləcəyini bildirib. Qeyd edib ki, bununla əlaqədar hazırda Bakıda ölkəmizin turizm potensialını, mədəniyyətini və incəsənətini özündə əks etdirən videoçarxlar çəkilir. Növbəti təqdimatın isə Soçidə təşkil olunması nəzərdə tutulub.
Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin üzvü Spiros Kapralos yarışın başlanmasına az vaxt qaldığını, bu səbəbdən də hazırlığın sürətlə davam etdiyini bildirib. S.Kapralos sponsorluq və yarışın yayımlanması istiqamətində hazırlanmış proqramın müzakirə edildiyini vurğulayıb.
Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. İlk Oyunlarda 19 növ üzrə 6 min 351 idmançı qüvvəsini sınayacaq. Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma - 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160 idmançı), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şosse - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika - 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (300) növləridir.
İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:16
Dünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40

