“3+3” yenidən gündəmdə...
27.12.2025 [09:39]
Səmimi əməkdaşlıq, normal qonşuluq münasibətləri və qarşılıqlı hörmət tərəfdaşlıq platformalarını reallığa çevirə bilər
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbə fonunda Bakı sülh təşəbbüslərinin əsas müəllifi kimi çıxış edərək bölgədə əməkdaşlıq perspektivlərinin pozitiv istiqamətdə inkişafına güclü təkan verib. Azərbaycan regionda qarşıdurma deyil, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modellərini irəli sürərək uzunmüddətli sabitliyin təmin olunmasına çalışır. Bu kontekstdə irəli sürdüyümüz nəqliyyat, logistika və iqtisadi inteqrasiya təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır. Orta dəhlizin şaxələndirilməsi, Zəngəzur dəhlizinin (TRİPP) aktiv fəaliyyətə başlaması istiqamətində atılan addımlar, Şərq - Qərb və Şimal -Cənub nəqliyyat xətlərinin daha da gücləndirilməsi Avrasiyanın yeni iqtisadi xəritəsinin formalaşmasına real zəmin yaradır. Bu layihələr təkcə Azərbaycanın deyil, bütövlükdə region ölkələrinin iqtisadi maraqlarına xidmət edən strateji platformalar kimi çıxış edir.
Postmüharibə dövründə Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən 3+3 regional əməkdaşlıq formatı da bölgənin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Səmimi əməkdaşlıq, normal qonşuluq münasibətləri və qarşılıqlı hörmət prinsipləri əsasında bu formatın uğurlu mexanizmə çevrilməsi mümkündür. Nəticə etibarilə formalaşacaq əməkdaşlıq mühiti Cənubi Qafqazda rifahın, təhlükəsizliyin və davamlı inkişafın əsas təminatçısına çevrilə bilər.
Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması...
Azərbaycanın səyi ilə Cənubi Qafqazın stabil və sabit ünvan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması bütövlükdə region üçün yeni perspektiv deməkdir. Azərbaycanın yürütdüyü siyasətin hədəfi məhz budur - əsas prioritetimiz geniş bir coğrafiyaya yeni inkişaf tempi qazandırmaqdır. Sülhün imzalanmasına bir addım qalmış Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan yeni iqtisadi-siyasi güc mərkəzinin formalaşdırılması üçün əməkdaşlıq platforması təklif edir, bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün bütün diplomatik, iqtisadi, siyasi rıçaqlarından istifadə edir. Qeyd edildiyi kimi, “3+3” formatı kimi müəyyənləşdirilən, Azərbaycan ilə Türkiyənin təşəbbüsü ilə həyata keçirilən platforma da özündə regional əməkdaşlıqların möhkəmləndirilməsini əks etdirməkdədir.
Yeri gəlmişkən, Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bildirib ki, rəsmi Moskva Azərbaycanla Ermənistan arasındakı dialoqda müsbət dinamika, eləcə də region daxilində əlaqələrin bərpası və qurulması istiqamətində perspektivlər görür. O, Rusiya tərəfinin nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesinin başlanmasını alqışladığını vurğulayıb. Mariya Zaxarova Rusiyaya məxsus taxılın Azərbaycan ərazisindən tranzit yolu ilə keçməklə Ermənistana tədarükünü qeyd edərək, bunun regional “3+3” əməkdaşlıq formatının inkişafının aktuallığını təsdiqlədiyini bildirib. O, həmçinin Moskvanın bu platformanın iclaslarında gürcü həmkarlarını da iştirakçılar arasında görmək istədiyini qeyd edib.
Regional əməkdaşlıq platforması...
Qeyd edək ki, “3+3” formatında ilk iclas Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsindən 2021-ci il 10 dekabr tarixində Moskvada keçirilmişdi. Sonrakı tədbir isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşıb. Moskva toplantısında iqtisadiyyat, energetika, ticarət, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, təbii ehtiyatlar, təhsil, mədəniyyət, turizm kimi sahələr üzrə əməkdaşlığın perspektivi nəzərdən keçirilmişdisə, Tehranda baş tutan beştərəfli görüşdə regional kommunikasiya məsələsi də müzakirə predmetinə çevrilmişdi. Bu formatda növbəti görüş isə ötən ilin oktyabrında Türkiyədə baş tutdu. Bu ilin yayında isə Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazır olduğunu bəyan edib.
Vurğulayaq ki, bu formatın missiyası iqtisadi əməkdaşlıq platforması təşkil etmək, bütövlükdə bölgənin maraqlarını özündə ehtiva edən addımların atılmasını təşviq etməkdir. Regionda iqtisadi münasibətlərin inkişafı və əməkdaşlığın möhkəmləndirilməsi üçün ən vacib şərtlərdən biri məhz Ermənistanın öz qonşuları ilə münasibətlərini sülh və ədalət çərçivəsində qurmasına əsaslanır.
SADİQ
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

