Avropanın aparıcı liderləri Azərbaycan Prezidentini təbrik edirlər
31.10.2013 [09:46]
Dövlətimizin başçısına ünvanlanan təbrik məktublarında ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu, beynəlxalq əməkdaşlıqda əhəmiyyəti vurğulanmaqla yanaşı, mövcud əlaqələrin qarşıdakı illərdə daha da inkişafına dair inam açıq şəkildə ifadə olunur
Məlum olduğu kimi, 9 oktyabrda Azərbaycanda növbəti prezident seçkiləri keçirildi və dövlətimizin başçısı İlham Əliyev səslərin 84,54 faizini qazanaraq qalib gəldi. Bu, Azərbaycan xalqının ötən 10 ildə uğurla həyata keçirilən siyasətə və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlara münasibətinin real ifadəsi idi. Seçicilərin yüksək fəallıq göstərməsi (72,31 faiz) və hətta bir çox Avropa dövlətlərindən də yüksək seçici fəallığının qeydə alınması xalqımızın bu böyük əhəmiyyət kəsb edən kampaniyaya münasibətinin nümayişidir. Eyni zamanda, Azərbaycan dövlətinin seçkilərin şəffaf, ədalətli keçirilməsi və xalqımızın iradəsini tam əks etdirməsi üçün gördüyü tədbirlər prosesin yüksək səviyyədə təşkilinə şərait yaratmaqla ölkəmizin demokratik dəyərlərə sadiqliyini də ortaya qoydu. Təbiidir ki, nüfuzlu beynəlxalq təşkilatlar, çoxsaylı xarici müşahidə missiyaları, ekspertlər, yerli və xarici qeyri-hökumət təşkilatları 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərini müsbət qiymətləndirdilər. Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlardan, o cümlədən, xarici dövlətlərdən olan 1400-dən artıq müşahidəçinin vahid rəyi ondan ibarət oldu ki, seçkilər demokratik, şəffaf, ədalətli və obyektiv keçirilib.
Avropanın lokomotiv dövlətlərinin rəhbərləri Azərbaycan Prezidentini təbrik edirlər
Bütün bunlar da nəticə etibarilə onu deməyə əsas verir ki, 9 oktyabr prezident seçkiləri bir daha Azərbaycan xalqının siyasi proseslərə baxışı, dövlət idarəçiliyinə münasibəti və iradəsini ifadə edir. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlər xalqımızın mövqeyinə hörmətlə yanaşmalı və Azərbaycan vətəndaşlarının seçimi ilə barışmalıdır. Elə beynəlxalq münasibətlər, demokratik norma və prinsiplər və hadisələrə ədalətli yanaşma da bunu tələb edir. Ona görə də, seçkilərdən dərhal sonra dünyanın aparıcı dövlətlərinin liderləri Azərbaycan Prezidentinə təbrik məktubları ünvanlayaraq, xalqımızın iradəsi ilə hesablaşdıqlarını göstərdilər. Əlbəttə ki, aparıcı dövlətlərin liderlərinin Azərbaycan Prezidentinə göndərdiyi məktublarda yer alan yüksək fikirlər, eyni zamanda, bu dövlətlərin Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna münasibəti, həmçinin, ölkəmizin beynəlxalq əməkdaşlıqda əhəmiyyətini bir daha təsdiq edir. Həmin liderlər Azərbaycanda həyata keçirilən siyasi kursa və xalqımızın seçiminə hörmətlərini ifadə etməklə yanaşı, gələcəkdə də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bir daha ortaya qoyurlar. O cümlədən, Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel, Fransa Respublikasının Prezidenti Fransua Olland, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun da dövlətimizin başçısına ünvanladıqları təbrik məktubları məhz bu məqamları əks etdirir.
Almaniya Azərbaycanı etibarlı tərəfdaş kimi dəstəkləməyə hazırdır
Məlum olduğu kimi, Avropanın istər siyasi həyatında, istərsə də iqtisadiyyatının inkişafında Almaniya Federativ Respublikası çox mühüm rola malikdir. Heç də təsadüfi deyil ki, bu ölkəni Avropanın lokomotivi də adlandırırlar. Qoca qitənin gələcək həyatının müəyyənləşməsində rəsmi Berlinin aldığı qərarlar birbaşa rol oynayır. Avropada ən böyük iqtisadiyyata sahib olan Almaniya əhalisinin sayına görə də bu qitənin ən böyük dövləti hesab olunur. Almaniya ilə əməkdaşlıq Azərbaycan Respublikası üçün də mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası öz müstəqilliyini elan etdikdən, xüsusən, 1993-cü ildən sonra Almaniya Federativ Respublikası ilə münasibətlərdə yeni mərhələ başlayıb. Hazırda bu münasibətlər öz inkişaf dinamikasına görə ən yüksək həddə çatıb. Azərbaycan Prezidenti İlham Əliyevin yenidən dövlətimizin başçısı seçilməsi isə həm də onu deməyə əsas verir ki, qarşıdakı illərdə də bu dinamika qorunub saxlanacaq, iki dövlət arasında əlaqələr inkişaf xəttini davam etdirəcək. Elə Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış təbrik məktubundan da bu, aydın görünür. Ölkələrimiz arasında ikitərəfli xoş münasibətlərin gələcək inkişafı ilə bağlı böyük nikbinliyin ifadə olunduğu məktubda xanım Merkel həmçinin, əminliyini vurğulayıb ki, Azərbaycan “Şərq tərəfdaşlığı” çərçivəsində Avropa İttifaqı ilə sıx əməkdaşlığın potensialından tam istifadə edəcəkdir. Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasında ikitərəfli xoş münasibətlərin gələcək inkişafına böyük nikbinliklə baxıram. Əminəm ki, Azərbaycan “Şərq tərəfdaşlığı” çərçivəsində Avropa İttifaqı ilə sıx əməkdaşlığın potensialından tam istifadə edəcəkdir.
Ölkənizin inkişafına, xüsusilə, hüquqi dövlət və demokratik cəmiyyət quruculuğuna yönəlmiş siyasətinizi qətiyyətlə davam etdirmək işində Sizə uğurlar diləyirəm.
Almaniya indiyədək olduğu kimi, Azərbaycanı bu yolda etibarlı tərəfdaş kimi dəstəkləməyə hazırdır.
Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm”.
Fransa Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə sadiqdir
Qeyd etmək yerinə düşər ki, Fransa Respublikasının Prezidenti Fransua Ollandın da Prezident İlham Əliyevə təbrik məktubunda eyni səmimiyyət və xoş niyyət aydın sezilir. Avropa İttifaqının mühüm dövlətlərindən biri olan və bu qitədə “sözüeşidilən” Fransanın birinci şəxsinin Azərbaycanla bağlı ismarıcları əlbəttə ki, kifayət qədər ciddi qəbul olunur və məmnunluq yaradır. Fransa Prezidenti Azərbaycanın dövlət başçısını yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edərək ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində, siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığımızın inkişaf etməsində qərarlı olduğunu ifadə edib:
“Hörmətli cənab Prezident,
Azərbaycan dövlətinin başçısı vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edir və yeni mandatınızın icrasında müvəffəqiyyətlər arzulayıram.
Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə sadiq qalaraq siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığımızın inkişaf etməsini arzulayıram.
Eyni zamanda, noyabr ayının 29-da Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı Zirvə Görüşündə müzakirə mövzusu olan Azərbaycan ilə Avropa İttifaqı arasında yaxınlaşmanı diqqətdə saxlamanızı alqışlayıram.
Həmçinin, Sizi əmin edirəm ki, Fransa Minsk qrupunun həmsədri kimi uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə dəstək verməyə qərarlıdır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Birləşmiş Krallıq Azərbaycanın son 20 ildə nail olduğu tərəqqini qeyd edir
Son olaraq isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
“Hörmətli cənab Prezident, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Mən Birləşmiş Krallıq ilə Azərbaycan arasında genişlənən güclü ikitərəfli münasibətlərdən məmnunluğumu bildirirəm. Azərbaycanın iqtisadi yüksəlişi böyük təəssürat bağışlayır və şadam ki, Britaniya şirkətləri bu işdə mühüm rol oynamışlar. “Şahdəniz-2” layihəsinə dair Yekun Sərmayə Qərarı ilə bu istiqamətdə işin davam etdirilməsini səmimiyyətlə arzulayıram. Bu qərar ilin sonunadək qəbul olunarsa, xarici işlər naziri imzalanma mərasimində iştirak etmək üçün Bakıya səfərdən məmnun olardı. Bu, ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirən önəmli mərhələ olacaqdır”.
Məktubda daha sonra deyilir: “Birləşmiş Krallıq Azərbaycanın son 20 ildə nail olduğu tərəqqini qeyd edir. Ölkənizin müasir, inkişaf edən və dünyəvi cəmiyyət quruculuğu istiqamətində uğurları böyük təəssürat bağışlayır. Azərbaycanın dostu kimi, Birləşmiş Krallıq əmindir ki, sosial və iqtisadi inkişafın demokratik və siyasi təkmilləşməyə uyğun aparılması davam edəcəkdir”.
Beləliklə, göründüyü kimi, Avropanın aparıcı liderləri dövlətimizin başçısına ünvanladıqları təbrik məktublarında ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunu, beynəlxalq əməkdaşlıqda əhəmiyyətini vurğulamaqla yanaşı, qarşıdakı illərdə mövcud əlaqələrin inkişafına dair inamlarını açıq şəkildə ifadə edirlər. Bu, eyni zamanda, Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkilərinə və xalqımızın birmənalı seçiminə bu dövlətlərin rəsmi münasibətini göstərir.
Müxalifətə məsləhət: eynəklərinizi dəyişin!
Çox təəssüflər olsun ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən narahat olan, xalqımızın iradəsi və mövqeyi ilə hesablaşmayan müəyyən dağıdıcı qüvvələr var ki, onlar bu seçkilərə münasibətdə də eyni ampluadan çıxış edirlər. Beynəlxalq təşkilatların və dünyanın aparcı liderlərinin Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı yüksək fikirlərini həzm edə bilməyən həmin qüvvələr müxtəlif imitasiya ilə ictimai rəyi çaşdırmağa çalışırlar. Anti-azərbaycançı dairələrin təlimatlarını yerinə yetirən müəyyən beynəlxalq təşkilatlar var ki, onlar ölkəmizin əleyhinə təbliğat kampaniyası aparır, 9 oktyabr prezident seçkilərinin yüksək səviyyədə təşkilini vurğulayan və Azərbaycan dövlətinin demokratik dəyərlərin inkişafı istiqamətində addımlarını təqdir edən siyasətçilərə, təşkilatlara qarşı müxtəlif təzyiqlər göstərirlər. Əlbəttə ki, burada yeganə məqsəd həmin təşkilatlarla Azərbaycan arasında mövcud olan mütərəqqi münasibətləri korlamaqdır. Amma sonrakı proseslər sübut etdi ki, bu cəhdlər heç bir effektə malik deyil və Avropanın aparıcı dövlətləri seçkilərlə bağlı öz müsbət mövqelərini ortaya qoydular. Bu zaman isə anti-azərbaycançı mərkəzlərin təlimatlarını icra edən radikal müxalifət partiyalarının rəhbərləri başqa vasitələrlə ictimaiyyət arasında yanlış təsəvvürlər yaratmağa cəhd göstərdilər. Məsələn, Müsavat Partiyasının sədri İsa Qəmbər Avropa liderlərinin Azərbaycanın dövlət başçısına ünvanladığı təbrik məktublarına münasibət bildirərkən deyib ki, guya Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin məktubunda təbrik olmayıb. Halbuki, yuxarıda da təqdim etdiyimiz məktubdan görünür ki, xanım Merkel cənab İlham Əliyevi seçkilərdə parlaq qələbəsi münasibətilə təbrik edir. Bunu inkar edən İsa Qəmbərin isə ya görmə problemi var və o, mütləq ən qısa müddətdə eynəklərini dəyişdirməli, ya da mövcud olan bir məsələni inkar etməklə cəmiyyət qarşısında özünü növbəti dəfə yalançı vəziyyətinə düşürməyinin səbəbini açıqlamalıdır.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55

