Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Litva portalında III Bakı Beynəlxalq Humanitar Forumuna həsr edilmiş məqalə yerləşdirilib

Litva portalında III Bakı Beynəlxalq Humanitar Forumuna həsr edilmiş məqalə yerləşdirilib

08.11.2013 [09:12]

Litvanın slaptai.lt portalında III Bakı Beynəlxalq Humanitar Forumuna həsr edilmiş məqalə yerləşdirilib. Hər il keçirilən bu tədbir dünya birliyinin siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini, o cümlədən tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini bir araya toplayır.
Foruma dünyanın 70 ölkəsindən gəlmiş 800-ə yaxın nümayəndə Bakı şəhərinin gözəlliyinə, qonaqpərvərliyinə, azərbaycanlıların səmimiyyətinə heyran olduqlarını vurğulayıblar.
60-a yaxın fotoşəkillə illüstrasiya edilmiş məqalədə bildirilir ki, III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövrdə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” və başqa mövzulara həsr olunmuş “dəyirmi masa”lar keçirilib.
Forumun işində Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yuras Pojela, deputat Mantas Adomenas, “Elita” şirkətinin baş direktoru Qrajina Ramanauskayte və Litva Jurnalistlər Şurasının sədri Radzeviçius Dainiusdan ibarət nümayəndə heyəti də iştirak edib.
Forum başa çatandan sonra qonaqlar Azərbaycanın Gəncə, Lənkəran və Naxçıvan bölgələrinə səfər ediblər.
Məqalənin sonunda qeyd edilir ki, Azərbaycan haqqında bəzən qərəzli şəkildə yaradılan yanlış təsəvvürlərə baxmayaraq, əslində o, Cənubi Qafqazın olduqca müasir, sivil, demokratik və sülhsevər bir ölkəsidir.

Paylaş:
Baxılıb: 948 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31