İtkin düşmüş şəxslərin taleyi...
02.07.2026 [10:54]
Ermənistan torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı çoxsaylı cinayətlər törədib. Azərbaycana qarşı hərbi təcavüz zamanı dinc insanlar kütləvi qətlə yetirilib, girov götürülüb, eləcə də yaşayış məntəqələri tamamilə dağıdılıb. Eyni zamanda, müharibə dövründə itkin düşmüş minlərlə azərbaycanlının taleyi bugünədək məlum deyil. Ümumiyyətlə, itkin düşmüş şəxslərin taleyi Azərbaycanın gündəliyində mühüm yer tutur. Dövlətimiz bu məsələ ilə bağlı müxtəlif platformalarda çıxış edir, məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil edir.
ICMP ilə fəal əməkdaşlıq edilir
Yeri gəlmişkən, iyunun 30-da Bakıda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, general-leytenant Şərafət Həsənov İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında təmasların İkinci Qarabağ müharibəsindən əvvəlki illərə təsadüf etdiyini, sonradan bu təmasların inkişaf etdirilərək əməkdaşlıq mərhələsinə çatdırıldığını bildirib. Qeyd edib ki, 2022-ci ilin aprelində Katrin Bombergerin rəhbərliyi ilə qurumun nümayəndə heyətinin Azərbaycana səfəri zamanı aparılmış müzakirələrin yekunu olaraq Dövlət Komissiyası və ICMP arasında itkin düşmüş şəxslərə aid məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi sahəsində əməkdaşlığa dair Protokol imzalanıb. Həmin vaxtdan bəri əməkdaşlıq intensiv xarakter alıb. “Azərbaycanın aidiyyəti dövlət qurumlarının razılığı ilə 2023-cü ilin iyun ayında ICMP-nin Qiymətləndirmə missiyası Azərbaycana səfər edib və müvafiq hesabat hazırlayıb. Bu hesabat 2025-ci ilin mart ayında Bakı şəhərində təşkil olunmuş konfrans çərçivəsində Dövlət Komissiyasına təqdim edilib. Həmin tədbirdə də nümayəndə heyətinə ICMP-nin baş direktoru Katrin Bomberger rəhbərlik edib. Aparılmış müzakirələr və keçirilmiş görüşlər zamanı ICMP-nin nümayəndə heyəti tərəfindən qurumun axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə sahəsindəki imkanları və uğurları, maddi-texniki bazası, kadr potensialı və işlədiyi yeni elmi metodikalar barədə ətraflı məlumat verilib, qurum tərəfindən hazırlanmış elektron məlumat bazasının Azərbaycana təqdim edilməsi və aidiyyəti dövlət qurumlarının mütəxəssislərinə müxtəlif istiqamətlər üzrə, o cümlədən məlumat bazasının idarə edilməsi müvafiq rəy və protokolların beynəlxalq standartlara uyğun tərtibi sahəsində təlimlərin keçirilməsinə hazır olduqları bildirilib. Respublikamıza səfərin, keçirilmiş görüşlərin və aparılmış müzakirələrin nəticəsi olaraq ICMP-nin itkin düşmüş şəxslər probleminin həllində, yeni texnologiyaların və metodologiyaların tətbiqi sahəsində ölkəmizə dəstək verəcəyi və əməkdaşlığın davam etdirilməsi razılaşdırılaraq 2025-ci il üzrə “İş planı təklifi” hazırlanıb və icra edilib”, - deyə Ş.Həsənov diqqətə çatdırıb.
Sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinə dair təqdimat edilib.
“Bu, qlobal humanitar problemdir”
Xarici işlər nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Elnur Məmmədov çıxışında silahlı münaqişələr zamanı insanların itkin düşməsini yalnız ayrı-ayrı ailələrin deyil, bütövlükdə cəmiyyətlərin yaddaşında dərin iz buraxan faciə olduğunu vurğulayıb. Deyib ki, BMT Baş katibinin 2025-ci ilin mayında təqdim etdiyi “Silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi” hesabatında dünyada çoxsaylı münaqişələrdə müşahidə edilən böyük insan tələfatının əsas səbəblərindən biri kimi beynəlxalq humanitar hüquqa hörmətin olmaması göstərilib. Bu reallıq bir daha təsdiq edir ki, itkin düşmüş şəxslər məsələsi yalnız milli gündəmin deyil, qlobal humanitar gündəmin də prioritet mövzularından biridir.
Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin (HTBİ) rəisi, tibb xidməti general mayoru Rüfət Əliyev çıxışında Ermənistanla Azərbaycan arasındakı münaqişədən uzun müddət keçdiyini və aşkarlanmış məzarlıqlardan götürülmüş sümük nümunələrinin xüsusilə ətraf mühit amilləri nəticəsində ciddi şəkildə deqradasiyaya məruz qaldığını qeyd edib. Bildirib ki, DNT-nin fraqmentasiyası və kimyəvi zədələnmələr genetik profillərin əldə olunmasına ciddi maneələr yaradır. Onun sözlərinə görə, mütəxəssislər tərəfindən gücləndirilmiş protokolların və digər metodların tətbiq edilməsi sayəsində məhkəmə-tibbi ekspertiza mərhələsində çətin genetik tapşırıqları yerinə yetirmək mümkün olub.
İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger çıxışında təşkilat tərəfindən Azərbaycana göstərilən dəstəkdən danışıb. Bildirib ki, bununla bağlı ilk məsələ əməkdaşlıq, ikincisi isə itkin düşmüş şəxslər məsələsinin həlli üçün müasir mexanizmlərin inkişaf etdirilməsidir: “Əməkdaşlıq məsələsinə gəldikdə, ilk növbədə, dövlət daxilində əməkdaşlığın olması son dərəcə vacibdir. Azərbaycan nümunəsində görürük ki, bu məsələ ilə məşğul olmaq üçün itkin düşmüş şəxslər üzrə Dövlət Komissiyası yaradılıb və burada bu istiqamətdə fəaliyyət göstərən çoxsaylı dövlət qurumları, nazirliklər təmsil olunur. Fikrimizcə, belə bir institutun mövcudluğu son dərəcə əhəmiyyətlidir və dövlətlərin itkin düşmüş şəxslər məsələsinə necə yanaşmalı olduqlarının mühüm göstəricisidir”.
İndiyədək 934 şəxsə məxsus sümük qalıqları qəbul olunub
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, professor Ədalət Həsənov çıxışında Birinci Qarabağ müharibəsi ilə əlaqədar indiyə qədər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edildiyini, 327 şəxsin qalıqlarının eyniləşdirildiyini, 226 şəhidin meyitinin ailələrinə təhvil verildiyini deyib. Ədalət Həsənov, eyni zamanda, diqqətə çatdırıb ki, bu il iyulun 1-də 3, 3-də isə digər 3 şəhidin qalıqları ailələrinə təhvil veriləcək.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə ICMP arasında əməkdaşlıq gündəliyi, münaqişədənsonrakı dövrdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyət, habelə bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.
Ceyhun Bayramov Katrin Bombergerlə görüşüb
Ceyhun Bayramov Ermənistanın hərbi təcavüzü nəticəsində təxminən 4 minə yaxın azərbaycanlının taleyinin bu günədək naməlum qaldığını diqqətə çatdıraraq, itkin düşmüş şəxslər məsələsinin Azərbaycan üçün prioritet humanitar istiqamətlərdən biri olduğunu vurğulayıb. Bu çərçivədə Ermənistan tərəfindən kütləvi məzarlıqların yerləri, basdırılma faktları və mina xəritələri ilə bağlı mövcud məlumatların tam şəkildə təqdim edilməsinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Tərəflər Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsində itkin düşmüş şəxslər məsələsinə dair müddəanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu istiqamətdə etimadın qurulması və humanitar nəticələrin aradan qaldırılması üçün praktiki addımların vacibliyini qeyd ediblər.
Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə ICMP arasında formalaşmış faydalı tərəfdaşlıq yüksək qiymətləndirilərək, bu əməkdaşlığın itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, identifikasiya imkanlarının gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Nazir Azərbaycan tərəfinin 44 günlük Vətən müharibəsindən sonra humanitar öhdəliklərinə sadiq qalaraq, mürəkkəb təhlükəsizlik şəraitinə və mina təhlükəsinə baxmayaraq genişmiqyaslı axtarış işləri həyata keçirdiyini, aşkarlanmış 2 mindən artıq erməni hərbçisinin cəsədini qarşı tərəfə təhvil verdiyini diqqətə çatdırıb. Bu addım Azərbaycanın beynəlxalq humanitar hüquqa hörmətinin və humanitar məsələlərdə konstruktiv yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilib.
Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkar olunan kütləvi məzarlıqlar, aparılan ekshumasiya və identifikasiya işləri, habelə aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər və ICMP-nin digər ölkələrdə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

