Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Diplomatik Akademiyasında “İnsan resurslarının idarə edilməsi sahəsində son meyillər” mövzusunda forum keçirilib

Azərbaycan Diplomatik Akademiyasında “İnsan resurslarının idarə edilməsi sahəsində son meyillər” mövzusunda forum keçirilib

08.11.2013 [09:26]

Noyabrın 7-də Azərbaycan Diplomatik Akademiyası (ADA) və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) birgə təşkilatçılığı ilə “İnsan resurslarının idarə edilməsi sahəsində son meyillər” mövzusunda forum keçirilib.
AzərTAc xəbər verir ki, forumun məqsədi insan resurslarının idarə edilməsi sahəsində ölkədə və dünyada gedən son meyilləri müxtəlif təşkilat və biznes qurumlarının insan resurslarının idarə olunması üzrə məsul şəxsləri ilə müzakirə etmək və qarşılıqlı faydalı fikri mübadiləsi aparmaq olub.
ADA-nın prorektoru Emin Hüseynov çıxış edərək forumun insan resursları üzrə menecerlər arasında faydalı şəbəkənin qurulması baxımından əhəmiyyətli olduğunu söyləyib. E.Hüseynov ADA-nın fəaliyyəti, təhsil ocağında təklif edilən magistratura və ixtisasartırma proqramları haqqında iştirakçılara məlumat verib.
Prorektor ADA-da fəaliyyət göstərən Karyera İdarəetmə Mərkəzinin tələbələrin akademiyanı bitirdikdən sonra iş həyatına hazırlanması və işlə təmin olunmasında oynadığı roldan danışıb.
Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev insan resurslarının idarə edilməsi sahəsində geniş təcrübəsini iştirakçılarla bölüşüb. O deyib ki, mərkəz 2011-ci ildən başlayaraq bank və qeyri-bank biznes qurumlarına onların sifarişləri əsasında həm işləyənlərin, həm də iş üçün müraciət edən namizədlərin bilik səviyyələrinin müvafiq olaraq iddia etdikləri vəzifələrə uyğunluğunun test vasitəsi ilə qiymətləndirilməsi xidmətlərini göstərir.
Forumda insan resurslarının idarə edilməsində son meyillər, insan resurslarının planlaşdırılması və işə qəbul sahəsində qabaqcıl təcrübələr, kadr ehtiyatının yaradılması və idarə edilməsi, işçi heyətinin təlimləndirilməsi, inkişafı və digər müvafiq mövzular ətrafında çıxışlar edilib, fikir mübadiləsi aparılıb.
Tədbirdə, həmçinin ADA-da insan resursları klubunun yaradılması ideyası ətrafında müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 1033 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31